1-ci qrup ixtisasları

I qrup üzrə ən prestijli ixtisaslar

Bu qrupun adı çəkilərkən hər birimizin ağlına Fizika, Kimya və Riyaziyyatın vəhdəti gəlir. Tamamilə texniki yönümlü olan bu ixtisas qrupu abituriyentlərə nələr vəd edir? Bu qrup üzrə ən yaxşı ixtisaslar hansılardır və həmin ixtisaslar üzrə harada təhsil almaq olar? Gəlin buna nəzər salaq!

 

 

İnformasiya texnologiyaları

 

Nəinki dövrümüzün, hətta gələcəyin ən tələbatlı ixtisaslarından biridir. Siz bu ixtisası bitirib nəinki proqramlaşdırma üzrə, həmçinin “Data analitikası”, “Süni intellekt (AI – Aritifical Intelligence)”, oyun yaratmaq və s. bu tipli sahələrə də yönələ bilərsiniz.

 

Bu ixtisası ölkəmizdə oxuya biləcəyəniz universitetlər bunlardır:

 

“ADA” Universiteti

 İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 419.3

 

Bakı Mühəndislik Universiteti (BMU) –

 

İnformasiya texnologiyaları Ə 400.6 (400.6)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 541.2 (541.2)

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) –  

İnformasiya texnologiyaları Ə 455.0 (455.0)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 553.4(553.4)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 596.4 (594.4)

 

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin Cənubi Koreyanın İnha Universiteti ilə apardığı ikili diplom proqramı sayəsində tələbə sonuncu kursu dövlət hesabına Cənubi Koreyada oxuya bilər. Amma bunun üçün müəyyən şərtlər ödənilməlidir.

 

Azərbaycan Texniki Universiteti (AzTU)

İnformasiya texnologiyaları Ə 255.6(263.8)

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)

İnformasiya texnologiyaları Ə 283.1 ( 283.1)

İnformasiya texnologiyaları (tədris ingilis dilində) Ə 374.0 (377.8)

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

İnformasiya texnologiyaları Ə 454.6 (454.6)

İnformasiya texnologiyaları Q 250.0 ( 399.1 )

İnformasiya texnologiyaları (Zaqatala filialı) Ə 250.0 (-)

 

Milli Aviasiya Akademiyası(MAA)

İnformasiya texnologiyaları Ə 401.6 (403.2)

 

Naxçıvan Dövlət Universiteti (NDU)

İnformasiya texnologiyaları Ə 314.4 (314.4)

 

Azərbaycan Dövlət Aqrar Universiteti (AAU)(Gəncə şəhəri)

İnformasiya texnologiyaları Ə 281.8 (281.8)

 

Azərbaycan Texnologiya Universiteti (ATU)  (Gəncə şəhəri)

İnformasiya texnologiyaları Ə 250.0 ( 336.6 )

 

Sumqayıt Dövlət Universiteti (SDU)

 

      İnformasiya texnologiyaları Ə 250.0 ( 261.6 )

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti)

İnformasiya texnologiyaları Ə 250.0 ( 252.6 )

 

Bakı Avrasiya Universiteti

İnformasiya texnologiyaları Ə 250.0 ( – )

 

 

 

Memarlıq

 

Tarix boyunca hər zaman öz təlabatını qorumaqla ön plana çıxan bu ixtisas sizə həm daxili, həmdə xarici dizayn sahəsində peşəkar olmaq şansını yaradır. Əgər sizində əl qabiliyyətiniz və marağınız varsa, bu ixtisas sizin üçündür. Bu ixtisasın tədris olunduğu universitetlərin sayılı olmasına baxmayaraq, mükəmməl tədris olunduğu danılmazdır. Memarlıq ixtisasının tədris olunduğu ən yaxşı universitetlər məhz bunlardır:

 

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU)

 

            Memarlıq Ə 200.0 (289.3)

            Memarlıq (tədris ingilis dilində) Ə 439.9 (439.9)

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası  (ADRA)

 

           Memarlıq Ə 200.0 ( 353.9 )

 

Bakı Mühəndislik Universiteti (BMU)

 

     Memarlıq Ə 200.0 (287.3)

           Memarlıq (tədris ingilis dilində) Ə 200.0 (327.6)

Naxçıvan Dövlət Universiteti

Memarlıq Ə 200.0(-)

Qeyd: Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq ixtisasının diplomu nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını aldığı üçün, diplom beynəlxalq arenada tanınır.

 

 

Kompüter elmləri

 

 

Tez-tez “İnformasiya texnologiyaları” və ya “Kompüter mühəndisliyi” ilə adı birgə hallanan bu ixtisas həm oxşarlığı, həm də öz spesifikliyi ilə fərqlənir. İş imkanları olduqca geniş olan bu ixtisasa hansı universitetlərdə yiyələnmək olar, gəlin nəzər salaq:

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU

           Kompüter elmləri Ə 519.9 (519.9)

           Kompüter elmləri (tədris ingilis dilində) Ə 592.9 (592.9)

 

 “ADA” Univeristeti

Kompüter elmləri (tədris ingilis dilində) Ə 434.9

 

 

Xəzər Universiteti 

Kompüter elmləri (tədris ingilis dilində) Ə 481.4 (481.4)

 

Gəncə Dövlət Universiteti (GDU)

      Kompüter elmləri Ə 250.0 ( 279.0 )

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA)

Kompüter elmləri Ə 607.6 (607.6)

 

Azərbaycan Texniki Universiteti (ATU)

Kompüter elmləri Ə 322.9 ( 327.3 )

 

Bakı Dövlət Universiteti (BDU)

Kompüter elmləri Ə 397.5 (397.5)

Kompüter elmləri Q 250.0 ( 263.4 )

Kompüter elmləri (tədris ingilis dilində) Ə 558.2 (558.2)

 

 

UFAZ (Fransız-Azərbaycan Universiteti)

Kompüter elmləri (tədris ingilis dilində) Ə 558.2 (558.2)

Qeyd: UFAZ-ın (Fransız-Azərbaycan Universiteti) qəbul şərtləri biraz fərqlidir. Belə ki, siz əgər DİM-in keçirdiyi qəbul imtahanından 500 və üzəri bal toplamısınızsa, artıq bu vaxt UFAZ-ın daxili imtahnında iştirak edə bilərsiniz. Ətraflı məlumat üçün linkə keçid edin: 

https://www.ufaz.az/az/admissions/undergraduate-admissions/undergraduate-program

 

Mühəndislik nədir?

Mühəndislik riyazi elmi prinsipləri, yaradıcılıq və təcrübəni istifadə edərək insana faydalı olan məhsulları təbii qaynaqlardan meydana çıxarmaqdır. Bu peşə növü elmə, elmi məlumatlara əsaslanaraq müştərinin tələblərini qarşılayacaq məhsulları hazırlamaqdan ibarətdir. Başqa sözlə desək, elm və sənət arasında sanki bir körpü yolunu oynayır. Günümüzdə mühəndislik altı əsas hissəyə bölünür ki, onlar aşağıdakılardır :  

Təyyarə Kosmos mühəndisliyi

Kimya Mühəndisliyi

İnşaat mühəndisliyi

Elektrik Mühəndisliyi

Kompüter mühəndisliyi

Mexanika mühəndisliyi

 

 

Neft-qaz mühənsidliyi

 

 

Əgər sizin neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları maraqlıdırsa, bu ixtisas sizin üçündür. Bu prestijli ixtisas da öz daxilində müxtəlif qollara ayrılır. Belə maraqlı sahənin bütün səviyyələrində mütəxəssis olmaq istəyənlər üçün ölkəmizdə gözəl imkanlar var.

 

Bakı Ali Neft Məktəbi

      Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 639.3 (639.3)

            Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 589.1

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

           Neft-qaz mühəndisliyi Ə 401.4 (414.9)

           Neft-qaz mühəndisliyi Q 200.0(-)

           Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) Ə 573.3 (573.3)

            Neft-qaz qurğuları mühəndisliyi Ə 355.7(355.7)

Sumqayıt Dövlət Universiteti

            Neft-qaz mühəndisliyi Ə 200.0 ( – )

            Neft-qaz mühəndisliyi Q 200.0 (-)

Qeyd:  Qeyd edək ki,  BANM da bu ixtisaslar üzrə kadr hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin ikili diplom proqramı əsasında aparılır.

 

 

 

Sistem mühəndisliyi

 

     IT və bu tipli  ixtisaslarla oxşarlıq təşkil edən Sistem mühənsiliyində siz müasir kompüter-informasiya sistemlərinin proqramlaşdırması, layihələndirməsi, robot texnikası və komplekslərinin proqramlaşdırılması və s. ilə bağlı bacarıqlara aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

 

            Sistem mühəndisliyi Ə 451.6 (451.6)

            Sistem mühəndisliyi (tədris ingilis dilində) Ə 510.1 (510.1)

            Sistem mühəndisliyi (tədris ingilis dilində) Ə 566.4 (566.4)

 

 

Azərbaycan Texniki Universiteti

 

                 Sistem mühəndisliyi Ə 241.2 ( 376.9 )

 

Bakı Mühəndislik Universiteti

 

 

      Sistem mühəndisliyi Ə 311.5(365.4)

 

 

Milli Aviasiya Akademiyası

 

                  Sistem mühəndisliyi Ə 337.2 ( 408.3)

 

 

Uçuş mühəndisliyi

 

El arasında desək, Pilot olmaq istəyənlər ekrana yaxın əyləşin! Uçuş mühəndisi ixtisasını seçməklə siz arzunuz olan təyyarələri idarə edə biləcəksiniz. Gələcəyinə heç bir şübhə olmayan, tələbləri də çox olan bu özünəməxsus ixtisasa siz ölkəmizdə  bu universitetdə yiyələnə bilərsiniz: 

 

Milli Aviasiya Akademiyası

Uçuş mühəndisliyi Ə 320.2 (320.2)

Qeyd: Bu ixtisasa qəbul olmaq üçün siz “Fiziki hazırlıq”, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət imtahanlarından uğurla keçməlisiniz və yaşınız 23-dən çox olmamalıdır.

 

 

Kimya mühənsiliyi 

 

Mühəndisliyin fundamental və vazkeçilməz sahəsi olan kimya mühəndisliyi ixtisasına yiyələnərək siz həyatın bütün sahələrinə xitab edən bir peşənin sahibi olacaqsınız.  Qida məhsullarının tərkibindən tutmuş, gündəlik istifadə etdiyimiz enerji, geyim mallarının tərkibi və s. bir çox sahələr kimya mühəndisliyindən asılıdır. Kifayət qədər geniş yayılmış bu maraqlı peşəyə siz aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Kimya mühəndisliyi Ə 303.7 (306.8)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 542.2 (542.2)

Bakı Dövlət Universiteti

Kimya mühəndisliyi Ə 327.1 (338.1)

 

Bakı Mühəndislik Universiteti

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 200.0 (375.8)

 

Bakı Ali Neft Məktəbi

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 635.1 (635.1)

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 583.4

 

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

Kimya mühəndisliyi Ə 200.0 ( – )

 

Sumqayıt Dövlət Universiteti

Kimya mühəndisliyi Ə 200.0 ( – )

 

Xəzər Universiteti

Kimya mühəndisliyi (tədris ingilis dilində) Ə 200.0 (446.3)

 

 

 

Sənaye mühəndisliyi 

 

İnsan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndisliyin bir sahəsidir. Həmçinin sizə prototiplərin yaradılması, satılması və eyni zamanda Fizika, Riyaziyyat və s. fənləri maraqlıdırsa, bu ixtisas sizin üçündür. Bu çoxşaxəli peşəyə siz aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Sənaye mühəndisliyi Ə 288.6 (294.1)

Sənaye mühəndisliyi (tədris ingilis dilində) Ə 418.0 (418.0)

 

Bakı Mühəndislik Universiteti

Sənaye mühəndisliyi Ə 200.0 (257.3)

Sənaye mühəndisliyi (tədris ingilis dilində) Ə 200.0 (314.6 )

 

 

Sumqayıt Dövlət Universiteti

             Sənaye mühəndisliyi Ə 200.0 (-)

Şərh bildir