2-ci qrup ixtisasları

 

2-ci qrup ixtisasları

Beynəlxalq münasibətlər

 

Beynəlxalq münasibətlər ixtisası siyasət elminin bir qoludur. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Beynəlxalq münasibətlər ixtisasını seçənlər üçün xarici dil biliyi, xüsusən də ingilis dili çox vacibdir. İxtisasın Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası və Xəzər Universitetində ingiliscə tədrisi mümkündür. Beynəlxalq münasibətlər ixtisasının məzunları dövlət və özəl müəssisələri ilə yanaşı, magistr təhsili alıb pedaqoq kimi də fəaliyyət göstərə bilərlər. Yaşadığımız dövrün qloballaşma və inteqrasiya dövrü olduğunu nəzərə alaraq gələcəkdə bu ixtisas üzrə kadrlara olan ehtiyacın artacağını deyə bilərik.

Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, Naxçıvan Universiteti və Bakı Avrasiya Universitetində bu ixtisasın tədrisi mövcuddur. 

  • Bakı Dövlət Universiteti – 314.3( 495.9) / əyani
  • Bakı Dövlət Universiteti – 200.0 (-) / qiyabi
  • Bakı Dövlət Universiteti – 411.1 (497.2) / tədris ingilis dilində
  • Azərbaycan Dillər Universiteti – 287.6 (-) / əyani
  • Bakı Slavyan Universitet – 268.1 (-) / əyani
  • Azərbaycan Dövlət İdarəçilik Akadademiyası – 540.8 (540.8) / əyani
  • Qərbi Kaspi Universiteti – 200.0 (-) / əyani
  • Qərbi Kaspi Universiteti – 200.0 (-) / qiyabi
  • Xəzər Universiteti – 200.0 (-) / tədris ingilis dilində 
  • Bakı Avrasiya Universiteti – 200.0(-) / əyani
  • Odlar Yurdu Universiteti – 200.0 (-) / əyani
  • Naxçıvan Universiteti – 200.0 (-) / əyani
  • ADA – 403.0 / əyani

 

 

Biznesin idarə edilməsi

 

Biznes fəaliyyəti ticarət-istehsal-ticarət sxemi üzrə əmtəənin son istehlakçıya çatdırılması ilə əlaqədar həyata keçirilən fəaliyyətdir. Bu ixtisasın məqsədi tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə biliklərin verilməsidir. İqtisadiyyata marağı olanlar üçün uyğun sahədir. İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar ixtisas üzrə konkret sahə (maliyyə, marketinq, menecment, risk menecmenti və s.) seçərək karyeralarını davam etdirə bilərlər.

Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Odlar Yurdu Universitetində bu ixtisasın tədrisi mövcuddur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 334.5 (557.2) / əyani
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 188.2 (-) / qiyabi
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 409.8 ( 556.1) / tədris ingilis dilində
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti – 286.5 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti – 373.0 (548.7) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti – 201.1 (-) / qiyabi
  • Azərbaycan Dövlət İqtisad Universiteti – 610.2 ( 610.2) / əyani
  •  Azərbaycan Dövlət İqtisad Universiteti -315.0 (550.5) / tədris türk dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti (Zaqatala) – 150.0 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti (Zaqatala) – 163.2 (-) / qiyabi 
  • Bakı Mühəndislik Universiteti – 274.5 (-) / əyani
  • Bakı Mühəndislik Universiteti – 185.1 (556.8) / tədris ingilis dilində
  •  Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) – 162.4 (-) / əyani
  • Azərbaycan Turizm və Menecment Universiteti – 259.4 (-) / əyani
  • Gəncə Dövlət Universitet – 160.0 (-) / əyani
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) – 177.2 (-) / qiyabi
  • Sumqayıt Dövlət Universiteti – 199.0 (-) / əyani
  • Sumqayıt Dövlət Universiteti – 184.2 (-) / qiyabi
  • Mingəçevir Dövlət Universiteti  163.5 (-) / əyani
  • Lənkəran Dövlət Universiteti 150.0 (-)
  • Azərbaycan Kooperasiya Universiteti 150.0 (-) / əyani
  • Azərbaycan Kooperasiya Universitesi 150.0 (-) / qiyabi
  • Azərbaycan Universiteti 150.0 (-) / əyani
  • Azərbaycan Universiteti 150 (-) / tədris ingilis dilində
  • Qərbi Kaspi Universiteti 169.2 (-) / əyani
  • Xəzər Universiteti 150.0 (549.7) / tədris ingilis dilində
  • Bakı Avrasiya Universiteti 150 (-) / əyani
  • Odlar Yurdu Universiteti 162.8 (-) / qiyabi
  • Odlar Yurdu Universiteti 150(-) / əyani
  • Bakı Biznes Universiteti 154.6 (-) / əyani
  • ADA  499.1 / tədris ingilis dilində

 

 

İqtisadiyyat

 

İqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən peşəkar mütəxəssis yetişdirir. Bu ixtisasın məzunları dövlət strukturlarının müvafiq sahələrində, ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik, orta və iri təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilirlər. Bu sahənin ən önəmli müsbət cəhətlərindən biri də müsahibat, audit və s. ixtisaslarından fərqli olaraq yox olmağa doğru irəliləməməsidir. Lakin bəzi yeni yaranan branşlar, məsələn, dayanıqlı iqtisadi inkişafın təşkili, davranış iqtisadiyyatı, iqtisadi analitika proqramlaşdırılması, data analitikası və emalı kimi sahələr digərlərindən daha çox rəğbət görür və daha perspektivli təəssürat bağışlayır. 

Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetində bu ixtisasın tədrisi mövcuddur.

  • Bakı Dövlət Üniversiteti  332.7 (529.9) / əyani
  • Bakı Dövlət Üniversiteti 200.0 (-) / qiyabi
  • Bakı Dövlət Üniversiteti 310.9 (525.9) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 326.2 (534.5) / əyani
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 491.8 (529.1) /  tədris ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti 384.3 (525.6) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti  200.0 (-) / qiyabi 
  • Azərbaycan Dövlət İqtisad Universiteti  615.5 ( 615.5) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti  361.2 ( 531.6) / tədris türk dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti -Zaqatala 200.0 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti -Zaqatala 200.0 (-) / qiyabi
  • Bakı Mühəndislik Universiteti 281.5 (-) əyani
  • Bakı Mühəndislik Universiteti 200.0 (547.8 ) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət İdarəçilik Akadademiyası 579.7 (579.7) / əyani
  • ADA  405.8 / əyani
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyası 453.2 (525.5) / əyani
  • Naxçıvan Dövlət Universiteti 381.2 (525.8) / əyani
  • Naxçıvan Dövlət Universiteti 200.0(-) / qiyabi
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (527.0 ) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 ( 535.6) tədris ingilis dilində
  • Gəncə Dövlət Universiteti   200.0 (-) / əyani
  • Gəncə Dövlət Universiteti   200.0 (-) / qiyabi
  • Sumqayıt Dövlət Universiteti 206.3 (-) / əyani 
  • Sumqayıt Dövlət Universiteti 200(-) / qiyabi
  • Mingəçevir Dövlət Universiteti Ə  200.0 (-) / əyani 
  • Mingəçevir Dövlət Unversiteti 200.0 (-) / qiyabi
  • Lənkəran Dövlət Universiteti 200.0 (572.1) / əyani
  • Azərbaycan Kooperasiya Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti  200.0 (-) / əyani
  • Azərbaycan Universiteti 200.0 (-) /  tədris ingilis dilində
  • Qərbi Kaspi Universiteti 200.0 (-) / əyani
  • Qərbi Kaspi Universiteti 200.0 (-) / qiyabi
  • XƏZƏR Universiteti  200.0 (534.8) / tədris ingilis dilində
  • Bakı Avrasiya Universiteti 200.0(-) / əyani
  • Bakı Avrasiya Universiteti 200.0 (-) / qiyabi
  • Bakı Biznes Universiteti 200.0 (-) / əyani
  • Bakı Biznes Universiteti 200.0 (535.9) / tədris ingilis dilində
  • Naxçıvan Universiteti 200.0 (-) / əyani
  • Naxçıvan Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası  200.0 (-) / əyani
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 200.0 (-) / qiyabi

 

 

Marketinq 

 

Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların tələbatlarının müəyyən edilməsi, bu tələbatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir. Bu ixtisas iqtisadiyyat, psixologiya və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahə üzrə demək olar ki, əksər dövlət və özəl qurumlarda marketinqin seçilən spesifik istiqaməti üzrə müxtəlif vəzifələrdə çalışmaq olar. İnsan amilinin böyük rol oynadığı digər sahələr kimi marketinq ixtisasının da həm bu günü, həm də gələcəyi çox parlaqdır.

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə), Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetində bu ixtisasın tədrisi mövcuddur.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 398.3 ( 469.5) / tədris ingilis dilində
  • Azərbaycan Memarlıq və İinşaat Universiteti 246.5 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 384.3 (469.2) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 195.2 (-) / qiyabi
  • Azərbaycan Dövlət İqtisad Universiteti 328.8 ( 472.0) / tədris türk dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti- Zaqatala 150.0 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti-Zaqatala 152.7 (-) / qiyabi
  • Azərbaycan Turizm və Menecment Universiteti 246.5(-) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti  160.4 (477.0) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti  150.0 (479.6) / tədris ingilis dili
  • Gəncə Dövlət Universiteti 150.0 (-) / əyani
  • Azərbaycan Texnologiya Universiteti. 150 (-) / əyani
  • Azərbaycan texnologiya Universiteti.  161.2( -) / qiyabi
  • Sumqayıt Dövlət Universiteti 187.9 (-) / əyani
  • Mingəçevir Dövlət Universiteti  150.0 (543.6) / əyani
  • Lənkəran Dövlət Universiteti 150.0 (-) / əyani
  • Lənkəran Dövlət Universiteti 150.0 (-) / qiyabi
  • Azərbaycan Kooperasiya Universiteti  150.0 (-) / əyani
  • Azərbaycan Kooperasiya Universiteti 150.0 (-) / qiyabi
  • Azərbaycan Universiteti.  150.0 (-) / əyani
  • Azərbaycan Universiteti. 150.0 (-) / tədris ingilis dili
  • Qərbi Kaspi Universiteti 150.0 (-) / əyani
  • XƏZƏR 150.0 (472.1) / tədris ingilis dilində
  • Bakı Avrasiya Universiteti 150.0 (-) / əyani
  • Odlar Yurdu Universiteti. 150.0 ( -) / əyani
  • Bakı Biznes Universiteti 162.3 (-) / qiyabi
  • Bakı Biznes Universiteti 150.0 (-) / əyani
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 150.0 (-) / əyani

 

 

Mühasibat

 

Mühasibatlıq ixtisası bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Bu ixtisasın əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatın aparılması yönündə bilik və bacarıqlar qazandırmaqdır. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan, iqtisadiyyat və hüquq sahəsi ilə maraqlananlar üçündür. Hal-hazırda bu ixtisasa böyük tələbat olsa da, gələcəkdə texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən hesab olunur. Bununla belə, bu yöndə son yaradılan texnologiya və texnikalarla yaxından tanış olaraq onlarla işləmək bacarığına yiyələnildiyi halda gələcəkdə bu sahə üzrə tələbatlı mütəxəssislərdən ola bilərsiniz.

Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Universiteti, Qərb Universiteti, Naxçıvan Universiteti, Bakı Biznes Universiteti və Odlar Yurdu Universitetində bu ixtisas tədris olunur.

  • Azərbaycan Dövlət İqtisad Universiteti 481.4 (566.2) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti  255.8 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 630.9 ( 630.9) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti 455.6 (567.6) / tədris türk dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti – Zaqatala 200.0 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti – Zaqatala  200.0 (-) / əyani
  • Bakı Mühəndislik Universiteti 316.6 (-) / əyani
  • Bakı Mühəndislik Universiteti 200.0 (566.2) / tədris ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti 272.6 (-) / əyani
  • Naxçıvan Dövlət Universiteti 364.4 (568.4) / əyani
  • Naxçıvan Dövlət Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Dövlət Aqrar Universiteti 243.2 (-) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (567.7) / tədris ingilis dilində
  • Gəncə Dövlət Universiteti 200.0 (-)  / əyani
  • Azərbaycan Texnologiya Universiteti 200.0 (-) / əyani
  • Sumqayıt Dövlət Universiteti 231.2 (-) / əyani
  • Sumqayıt Dövlət Universiteti  200.0 (-) / qiyabi
  • Mingəçevir Dövlət Universiteti 200.0(-) / əyani
  • Lənkəran Dövlət Universiteti 200.0 (-) / əyani
  • Lənkəran Dövlət Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Kooperasiya Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti 200.0(-) / tədris ingilis dilində
  • Qərbi Kaspi Universiteti 200.0 ( 621.1) / əyani
  • XƏZƏR (tədris ingilis dilində) 200.0 (566.9) / əyani
  • Bakı Avrasiya Universiteti 200.0 (-) / əyani
  • Bakı Avrasiya Universiteti 200.0 (-) / qiyabi
  • Odlar Yurdu Universiteti 200.0 (-) / qiyabi
  • Odlar Yurdu Universiteti 200.0 (-) / əyani
  • Bakı Biznes Universiteti 200.0(-) / qiyabi
  • Bakı Biznes Universiteti 200.0 (-) / əyani
  • Naxçıvan Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 200.0 (-) / qiyabi
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 200.0 (-) / əyani

 

 

Coğrafiya 

 

Coğrafiya – insanla təbiətin qarşılıqlı təsiri, eyni zamanda onların yayılma qanunauyğunluqlarını öyrənir. Özündə yerlə bağlı olan, demək olar ki, bütün elm sahələrini birləşdirir. Coğrafiyaçıların bu gün əsas fəaliyyəti müxtəlif proseslərin və hadisələrin izahı, səbəblərini müəyyənləşdirmək və gələcək üçün proqnozlar verməkdir. Biologiya, kimya, fizika, ekologiya, tarix, riyaziyyat, iqtisadiyyat, sosiologiya ilə maraqlananlar bu ixtisası seçə bilər. bu ixtisas dünyanın fiziki proseslərini, bütün iqtisadi və siyasi amillərin formalaşmasına təsiri baxımından, qloballaşan və inkişaf edən dünyada qeyd edilən hadisələri dərindən öyrənmə və araşdırma, proqnozların verilməsi kimi əhəmiyyətli funksiyaları yerinə yetirdiyindən bu sahə üzrə ixtisaslı kadrlara daima ehtiyac olacaqdır.

  • Bakı Dövlət Universiteti 300.6 ( 333.5) / əyani
  • Bakı Dövlət Universiteti  232.3 (341.5) / qiyabi
  • Naxçıvan Dövlət Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Kooperasiya Universiteti  200.0 (-) / əyani

 

 

Maliyyə 

 

Maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarəedilməsinin təşkili deməkdir. Bu ixtisas şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Dövlət səviyyəsində də eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Qısa olaraq, maliyyə ixtisası maliyyə mənbələrinin idarəedilməsi deməkdir. Bu ixtisas riyaziyyatı sevənlər üçün uyğun ola bilər. Maliyyə ixtisası elə bir seçimdir ki, iqtisadiyyatın istənilən sahəsində çalışmaq mümkündür. Hal-hazırda bu ixtisas gələcək üçün ən çox perspektivlər vəd edən ixtisaslar arasındadır. Analitik yönümlü olması, insan zəkasına əsaslanması günümüzün və yaxın gələcəyin texnologiyaları tərəfindən insan amilinin sıxışdırılmasının qarşısını alır. Eyni zamanda ölkəmizdə də ixtisaslı kadrlara olan tələbat artmaqdadır. 

  • Azərbaycan Dövlət İqtisad Universiteti 437.0 (604.2) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 251.3 (-) / qiyabi
  • Azərbaycan Dövlət İqtisad Universiteti 643.4 (643.4) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti 413.7 9 (605.6) / tədris türk dili
  • Azərbaycan Dövlət İqtisad Universiteti -Zaqatala 200.0 (-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti -Zaqatala 200.0 (-) / qiyabi
  • Bakı Mühəndislik Universiteti 307.3 (-) / əyani
  • Bakı Mühəndislik Universiteti 256.9 (606.1) / tədris ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti 273.2 (-) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (-) /qiyabi
  • Gəncə Dövlət Universiteti 200.0 (-) / əyani 
  • Sumqayıt Dövlət Universiteti 228.8 (-) / əyani
  • Mingəçevir Dövlət Universiteti 200.0 (-) / əyani
  • Lənkəran Dövlət Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Kooperasiya Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Kooperasiya Universiteti  200.0 (-) / əyani
  • Azərbaycan Universiteti. 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti. 200.0(-) / tədris ingilis dilində
  • Qərbi Kaspi Universiteti 200.0 (-) / əyani
  • Xəzər Universiteti 200.0 (616.3) / tədris ingilis dilində
  • Bakı Avrasiya Universiteti  200.0 (-) / əyani
  • Bakı Avrasiya Universiteti 200.0 (-) / əyani
  • Odlar Yurdu Universiteti. 200.0 (-) / qiyabi
  • Odlar Yurdu Universiteti. 200.0 (-) / əyani
  • Bakı Biznes Universiteti 200.0 (-) / qiyabi
  • Bakı Biznes Universiteti 200.0 (-) / əyani
  • Naxçıvan Universiteti 229.3 (-) / əyani
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası   200.0 (-) / qiyabi
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası  200.0 (-) / əyani

 

 

Coğrafiya müəllimliyi

 

İxtisas təbiətdə baş verən hadisələri və onların baş vermə səbəblərini ardıcıllıqla təhsil alanlara ötürür. Onlara təbiət və insanlar arasında kompleks şəkildə münasibətləri aşılayır, insanların iqtisadi və siyasi fəaliyyətlərini izahlı şəkildə ötürür. Şagirdlərdə sintez və dəyərləndirmə bacarıqlarını inkişaf etdirməklə coğrafi proqnozlarının verilməsi, yeni ideya və fikirlərin, layihələrin təqdim olunmasını inkişaf etdirir. Bu ixtisas üzrə orta ümumtəhsil məktəblərində, özəl kurslarda, ekologiya və turizm sahəsində çalışmaq mümkündür. Bu sahədə hazırlanan kadrlar dövrün siyasətçiləri, iqtisadçıları və coğrafiyaçıları olaraq ən vacib fiziki, iqtisadi və siyasi problemlərin həllində böyük rol oynayır.

  • Bakı Dövlət Universiteti 408.8 (408.8) / əyani
  • Bakı Dövlət Universiteti – Qazax 200.0(-) / əyani
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti 324.4 (384.6) / əyani
  • Naxçıvan Dövlət Universiteti 282.7 (386.3) / əyani
  • Gəncə Dövlət Universiteti 254.0 (395.1) / əyani
  • Sumqayıt Dövlət Universiteti 249.7 (385.0) / əyani
  • Xəzər universiteti 200.0 (399.8) / əyani
  • Naxçıvan Universiteti  200.0 (-) / əyani
  • Bakı Qızlar Universiteti 200.0 (-) / əyani

 

 

Menecment

 

Bu ixtisas müəssisə idarəçiliyini və onun effektiv idarəolunması yollarını öyrənir. Menecmentin əsas rolu müəssisənin fəaliyyətini və səmərəliliyini təşkil etməkdir. Menecment dedikdə təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma, qərar qəbul etmə, təşkiletmə, liderlik və nəzarət) məcmusu nəzərdə tutulur. Bu ixtisas düzgün və effektiv idarəetməni öyrənir. Menecment ixtisası iqtisadiyyata, idarəetməyə marağı olanlar üçün uyğundur. Sivilizasiyanın inkişafının istənilən dövründə effektiv idarəedilməyə ehtiyac hər zaman vardır. Menecment çoxprofilli ixtisas olduğundan onun növlərinin böyük bir əksəriyyəti bütün dövrlər üçün öz aktuallığını qoruyur və istər iqtisadi, istərsə də sosial tərəqqidə vacib rol oynayır.

  • Bakı Dövlət Universiteti 309.8 (489.8) / əyani
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 269.3 ( 524.6) / əyani
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 404.1 ( 495.3) tədris ingilis dilində
  • Azərbaycan Texniki Universiteti 283.6 (-) / əyani
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti 260.4(-) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 346.6 (490.4) / əyani
  • Azərbaycan Dövlət İqtisad Universiteti 200.0 (-) / qiyabi
  • Azərbaycan Dövlət İqtisad Universiteti-Zaqatala 200.0 (-) / əyani
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası Ə 518.4 ( 521.2)
  • Azərbaycan Turizm və Menecment Universiteti 250.8 (500.5) / əyani
  • Azərbaycan Turizm və Menecment Universiteti 200.0 (-) / tədris ingilis dilində
  • Milli Aviasiya Akademiyası 271.7 (511.8) / əyani
  • Naxçıvan Dövlət Universiteti 285.7 (511.4) / əyani
  • Azərbaycan Dövlət Aqrar Universiteti 200.0 (499.2) / alman proqramı
  • Gəncə Dövlət Universiteti 200.0 (-) / əyani
  • Sumqayıt Dövlət Universiteti 200.0 (-) / əyani
  • Sumqayıt Dövlət Universiteti 200.0 (-) / qiyabi
  • Azəbaycan Kooperasiya Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Universiteti tədris 200.0 (-) / tədris ingilis dilində
  • Qərbi Kaspi Universiteti 200.0 (-) / əyani
  • Xəzər Universiteti 200.0 (493.8) / əyani tədris ingilis dilində
  • Odlar Yurdu Universiteti 200.0 (-) / əyani
  • Bakı Biznes Universiteti 200.0 (-) / əyani
  • Azərbaycan Texnologiya Universiteti 200.0 (-) / əyani

 

Şərh bildir