3-cü qrup ixtisasları

3-cü qrup ixtisasları

Bu qrupun adı çəkilərkən hər birimizin ağlına humanitar fənlər üzrə daha uğurlu olan abituriyentlərin müraciət etdiyi qrup gəlir. Tarix və Ədəbiyyat fənlərinin üstünlük təşkil etdiyi bu ixtisas qrupu abituriyentlərə nələr vəd edir? Bu qrup üzrə ən aktual ixtisaslar hansılardır? Gəlin buna nəzər salaq!

Sosial iş

Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm bilavasitə yardım edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. 

Sosial iş ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 504.4 ( 504.4) / əyani 
  • Bakı Dövlət Universiteti – 398.2( 413.3) / qiyabi
  • Bakı Dövlət Universiteti – 525.8 (525.8) / tədris ingilis dilində
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti – 464.8 (464.8) / əyani
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 418.9 (418.9) / əyani
  • Naxçıvan Dövlət Universiteti – 444.8 (444.8) / əyani 
  • Gəncə Dövlət Universiteti – 385.0 (385.0) / əyani
  • Gəncə Dövlət Universiteti – 327.4 (338.1) / qiyabi
  • Azərbaycan Kooperasiya Universiteti – 274.6 (342.6) / əyani
  • “Azərbaycan” Universiteti – 284.8 (329.0) / əyani
  • Bakı Avrasiya Universiteti – 322.3 (330.7) / əyani
  • “Odlar Yurdu” Universiteti – 291.8 (337.5) / əyani
  • Bakı Biznes Universiteti – 303.8 (339.0) / əyani
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 290.3 ( 326.9) / əyani

Sosial iş ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Sosial iş ixtisası: https://www.ixtisas.az/sosial-ish-i2/

Sosial iş ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/sosial-ish-en-humanist-ish/

https://www.ixtisas.az/sosial-isde-karyera-planlamasi/

https://www.ixtisas.az/sosial-ish-beledchisi/

 

Hüquqşünaslıq

Bu sahə insanlığın qədim peşələrindən biri kimi qəbul edilir. Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə digər ixtisaslardan fərqlənir. Əvvəla, hüquqşünas olmaq üzərinə böyük məsuliyyət götürmək tələb edir. Sadəcə gəlir əldə etmək üçün bu sahəni seçən şəxs böyük uğur əldə edə bilməz. Hüquqşünas bəzən hüquqlarını müdafiə etdiyi şəxsin bütün problemlərini öz üzərinə götürməyi bacarmalıdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünas da daim öz üzərində işləməlidir. Hüquqşünas hüquq bazası haqqında məlumatı yaxşı bilən bir mütəxəssisdir. Onlar əsaslı sübutlar və dəlillər toplayır və bunun əsasənda qərar verirlər.

Hüquqşünaslıq ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti –  561.9 (617.0) / əyani
  • Bakı Dövlət Universiteti – 532.6 (-) / qiyabi
  • Bakı Dövlət Universiteti – 650.4 (650.4) / tədris ingilis dilində
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 640.9 (640.9) / əyani
  • “ADA”  Universiteti – 551.0 / tədris ingilis dilində
  • Milli Aviasiya Akademiyası – 555.0 (623.9) / əyani 
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası – 546.0 (619.2) / əyani
  • Naxçıvan Dövlət Universiteti – 544.9 (623.7) / əyani
  • Naxçıvan Dövlət Universiteti – 503.6 (-) / qiyabi

Hüquqşünaslıq ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Hüquqşünaslıq ixtisası: https://www.ixtisas.az/huquqsunasliq-ixtisasi/

 

Jurnalistika

Jurnalistika kütləvi rabitə kanalları vasitəsilə ilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən peşədir. Jurnalistika siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s. xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir. İxtisas sahibləri jurnalist adlanır.

Jurnalistika ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 325.7 (424.4) / əyani
  • Bakı Dövlət Universiteti – 272.1 (-) / qiyabi
  • Bakı Dövlət Universiteti – 473.4 (473.4) / tədris ingilis dilində
  • Azərbaycan Dillər Universiteti – 274.8 (424.3) / tədris ingilis dilində
  • Bakı Slavyan Universiteti – 298.1 (-) / əyani

Jurnalistika ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: 

Jusnalistika ixtisası: https://www.ixtisas.az/jurnalistika-ixtisasi/

Jurnalistika ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/jurnalistika-umumi-maraqlar-ixtisasi/

https://www.ixtisas.az/jurnalistika-her-dovrun-qehremani/

 

Dövlət və İctimai münasibətlər

Dövlət və İctimai Münasibətlər üzrə bakalavr proqramı, ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçiləri hazırlayır. Məzun olduqdan sonra bu sahədə ixtisaslaşmış tələbələr hərtərəfli və effektiv siyasət tərtib etmək üçün mürəkkəb real məsələlərin həlli sahəsində analitik və kəmiyyətvari düşüncə tərzini tətbiq edə bilirlər. Gücləndirilmiş ünsiyyət bacarıqları və sosial məsuliyyət bu proqramın ayrılmaz hissəsini təşkil edir. Məzunlar yerli, milli və ya regional səviyyədə özəl, qeyri-kommersiya və ictimai sektorlarda peşəkar həyatda üstünlüklərə malik olurlar. 

Dövlət və İctimai ixtisaslar ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 505.2 (609.1) / əyani
  • Bakı Dövlət Universiteti – 470.8 (-) / qiyabi
  • Bakı Dövlət Universiteti – 542.7 (606.4) / tədris ingilis dilində
  • AzərbaycanRespublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 602.8 (602.8) / əyani
  • “ADA”  Universiteti – 496.6 / əyani

Dövlət və İctimai münasibətlər ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: 

Dövlət və İctimai münasibətlər ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/pesekar-siyasetci-olmaq-asandirmi/

 

Tərcümə (Azərbaycan – Koreya dili)

İxtisas iki dil arasında tərcümə işini öyrənir. Verbal ünsiyyətin formasına görə tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə tərcümə kimi növləri də mövcuddur. 

Ardıcıl tərcümə – tərcüməçi danışanın nitqinə bir neçə dəqiqə qulaq asır, qeydlər götürür, sonra isə həmin hissəni tərcümə edir.

Sinxron tərcümə – tərcüməçi onun üçün nəzərdə tutulmuş köşkdə oturaraq, qulaqcıq vasitəsilə natiqi dinləyir və eyni zamanda tərcümə mətnini qarşısındakı mikrofona danışır.

Pıçıltı ilə tərcümə – sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirdikdə tərcüməçi köşkündə yox, öz müştərisinin yanında duraraq danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır. 

Tərcümə fakültəsi tərkibində 20 ildən çoxdur fəaliyyət göstərən “Korea Corner” hər il müxtəlif tədbirlər keçirir. Əsasən inşa müsabiqələri, quizlər, kino festivalları və s. hər il koreyasevərlərin marağına səbəb olur. Hal-hazırda tam müasir innovasiyalarla təchiz olunan Koreya mərkəzinin qapıları sözün əsk mənasında tələbələrin üzünə hər zaman açıqdır. İstədiyiniz zaman daxil olub bütün infrastrukturdan istifadə edə bilərsiniz.

Tərcümə (Koreya dili – Azərbaycan dili) ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Azərbaycan Dillər Universiteti – 547.9 (547.9) / əyani

Tərcümə (Azərbaycan – Koreya dili) ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: 

Tərcümə (Azərbaycan – Koreya dili)  ixtisası: https://www.ixtisas.az/tercume-ixtisasi-azerbaycan-dili-koreya-dili/

Tərcümə (Azərbaycan – Koreya dili) ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/koreya-ya-karyera/

Şərh bildir