4-cü qrup üzrə ən prestijli ixtisaslar

Bu qrupun adı çəkilərkən hər birimizin ağlına tibbə aid ixtisaslar gəlir. Kimya və Biologiya kimi fənlərin üstünlük təşkil etdiyi bu ixtisas qrupu abituriyentlərə nələr vəd edir? Bu qrup üzrə ən aktual ixtisaslar hansılardır? Gəlin buna nəzər salaq!

Psixologiya

Psixoloqlar bir şəxsin davranışlarını ya da hərəkət etmə formalarını araşdırır. Öyrəndiyi bilik və bacarıqlar ilə səbəbləri müəyyən edib problemi aradan qaldırmağa çalışırlar. Psixologiya sahəsində bir neçə məsələyə aydınlıq gətirmək istərdim. Belə ki, psixoloq və psixatrın fərqli sahələr olduğunu bilməli və buna əsasən seçimimizi etməliyik deyə düşünürəm. Hər şeydən öncə, bu iki sahə arasındakı əsas fərq təhsil pillələrində başlayır. Psixoloqlar 4 illik bakalavr və istədikləri təqdirdə magistr təhsili alırlarsa, psixatrlar 6 illik tibb bakalavr təhsili və rezidentura təhsili alırlar. Digər bir məsələ isə yönəldikləri sahələrdir ki, psixatrlar, əsasən, ruhi və psixi xəstəliklərlə işləyir, diaqnoz qoyur, müalicə edir və dərman yaza bilirlər. Bu səbəbdən onlar həkimdirlər və bu səlahiyyətləri var. Psixoloqların isə bu cür səlahiyyətləri yoxdur, onların əsas “silahı” söz və istifadə etdikləri terapiyadır. 

Psixologiya ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 460.1 (460.1) / əyani
  • Bakı Dövlət Universiteti – / 329.6 (376.9) / qiyabi
  • Bakı Dövlət Universiteti – / 514.1 (514.1) / tədris ingilis dilində
  • Naxçıvan Müəllimlər Universiteti – 200.0 (313.4) / əyani
  • Gəncə Dövlət Universiteti – 253.1 (290.8) / əyani
  • Sumqayıt Dövlət Universiteti – 276.0 (298.5) / əyani
  • Sumqayıt Dövlət Universiteti – 229.7 (313.6) / qiyabi
  • Azərbaycan Kooperasiya Universiteti – 200.0 (-) / əyani
  • Qərbi Kaspi Universiteti – 298.8 (300.7) / əyani
  • Qərbi Kaspi Universiteti – 200.0 (354.6) / qiyabi
  • Bakı Qızlar Universiteti – 200.0 (314.9)
  • “Odlar Yurdu” Universitet – 200.0 (290.6)
  • Xəzər Universiteti – 395.7 (401.1)

Psixologiya ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Psixologiya ixtisası: https://www.ixtisas.az/psixologiya-ixtisasi/

Psixologiya ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/psixologiya-haqqinda/

https://www.ixtisas.az/onlarin-esas-silahi-soz-ve-istifade-etdikleri-terapiyadir-psixologiya/

 

Kimya

Kimya fundamental tədqiqatların aparıldığı, material və reaksiyaları analiz edən sahədir. Yeni reaksiya və yeni materialları mütaliə edir, onlar haqqında məlumatlar araşdırır. Maddələr və materiallar üzərində çalışdığı üçün onların xassələrini, reaksiyaların gedişatını öyrənən sahədir. Kimyaçılar tərəfindən alınmış maddələr sayəsində kimya mühəndisləri yeni məhsulların alınmasında və istehsalatda istifadə edirlər. Kimyanı öyrənmək bir laboratoriyada karyera qurmağı məhdudlaşdırmır, müxtəlif sahələrdə karyera qura bilərsiniz. Sizin dərəcənizlə birbaşa əlaqəli işlərə aşağıdakılar daxildir:

  • Akademik tədqiqatçı
  • Analitik kimyaçı
  • Kimya mühəndisi
  • Elmi laboratoriya işçisi
  • Ali təhsil müəllimi
  • Elm yazarı
  • Orta məktəb müəllimi

Kimya ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 413.7 (413.7) / əyani
  • Gəncə Dövlət Universiteti – 225.6 (225.6) / əyani
  • Sumqayıt Dövlət Universiteti – 255.8 (303.2) əyani 
  • Bakı Dövlət Universiteti –  514.4 (514.4) / tədris ingilis dilində

Kimya ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Kimya ixtisası: https://www.ixtisas.az/kimya-ixtisasi/

Kimya ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/rengli-kimya-heyati/

https://www.ixtisas.az/her-kimyacinin-konlunden-bir-keshf-kecer-kimya/

 

Biologiya

Biologiya (Bios – canlı, logos – elm) canlı təbiət haqqında kompleks elmdir. Hal-hazıda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Bioloqlar elmi-tədqiqat işləri aparır, nəzəriyyələri, konsepsiyaları və metodları təkmilləşdirir və inkişaf etdirir. Biologiya, mikrobiologiya, bakteriologiya, sitologiya, genetika, zoologiya, botanika, ekologiya ilə, həmçinin xüsusilə tibb və kənd təsərrüfatı sahəsi ilə əlaqəli elmi biliklərin praktiki tətbiqi ilə məşğul olurlar.

Biologiya ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Bakı Dövlət Universiteti – 402.6 (402.6) / əyani
  • Bakı Dövlət Universiteti – 280.7 (-) / qiyabi
  • Bakı Dövlət Universiteti – 505.1 (505.1)/ (tədris ingilis dilində)
  • Gəncə Dövlət Universiteti – 241.2 (275.6) / əyani
  • Sumqayıt Dövlət Universiteti – 260.9 (316.3) / əyani 
  • Qərbi Kaspi Universiteti – 235.2 (254.2) / əyani 
  • “Odlar Yurdu” Universitet – 200.0 (231.3); Subbakalavrlar üzrə: 91.3 (92.7) / əyani 
  • Naxçıvan Dövlət Universiteti – 256.6 (257.7); Subbakalavrlar üzrə: 94.8 (95.5) / əyani 
  • Naxçıvan Dövlət Universiteti – 200.0 (-) / qiyabi

Biologiya ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Biologiya ixtisası: https://www.ixtisas.az/biologiya-ixtisasi/

Biologiya ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/biologiya-heyatdir/

 

Stomatologiya

Stomatologiya dedikdə diş, üz, boyun, çənə və ağız boşluğu ilə bağlı fərqli problemlər və estetik işlərlə məşğul olan sahə nəzərdə tutulur. Həmçinin bu sahə həmin orqanların və onları təşkil edən toxumaların anatomiyası, fiziologiyası, profilaktikası və müalicəsi ilə də məşğuldur. Stomatologiya bu sahələrə bölünür: 

– stomatoloq terapevt;

– stomatoloq cərrah;

– stomatoloq ortoped;

– stomatoloq periodontist;

– stomatoloq ortodontist və s. 

Kimya və Biologiya ilə maraqlananlar üçün uyğun sahədir. 

Stomatologiya ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Azərbaycan Tibb Universiteti – 563.7 (563.8) / əyani
  • Naxçıvan Dövlət Universiteti – 542.5 (545.5) / əyani

Stomatologiya ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Stomatologiya ixtisası: https://www.ixtisas.az/stomatologiya-ixtisasi/

Stomatologiya ixtisası haqqında məqalələr: https://www.ixtisas.az/stomatologiya-ixtisasina-f%c9%99rqli-baxis/

 

Əczaçılıq

Əczaçılıq dərmanşünaslığın vacib, ayrılmaz sahəsi olub, dərman vasitələrinin hazırlanması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmasına xidmət edir. Habelə, müvafiq sahələrin dərman təchizatının təşkilinə dair xüsusi elmi və praktiki bilikləri özündə birləşdirən ixtisasdır. 

Əczaçılıq dərmanları sənaye – texnoloji prosesləri ilə bağlı olan bölümüdür. Bu ixtisasın əsasını dərmanlar, onların xammal vəziyyətindən tutmuş, hazırlanıb aptek və digər tibb müəssisələrinə, ordan isə vətəndaşlara çatdırılması kimi çox şaxəli iş sahələri təşkil edir. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkin bilik sahibi olan insanlara əczaçı deyilir. 

Əczaçılıq ixtisası aşağıdakı universitetlərdə tədris olunur:

  • Azərbaycan Tibb Universiteti – 526.7 (526.7) / əyani
  • Naxçıvan Dövlət Universiteti – 490.9 (490.9) / əyani 
  • Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) – 246.5 (246.5) / əyani

Əczaçılıq ixtisası haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

Əczaçılıq ixtisası: https://www.ixtisas.az/eczachiliq-ixtisasi/

Şərh bildir