Əziz dostlar,

“ixtisas.az” layihəsi və “Dövlət Məşğulluq Agentliyi”nin birgə əməkdaşlığı ilə abituriyent və valideynlər üçün nəzərdə tutulan “Abituriyent forumu”nda sizi gözləyirik!

Forumun əsas məqsədi abituriyentlərin ixtisas və universitet seçimi zamanı qarşılaşdıqları çətinlikləri, edilən səhvləri işıqlandıraraq onlara yol göstərmək, seçimdən sonrakı mərhələdə doğru qərarlara yönləndirmək, eyni zamanda bu dövrdə valideynlərin övladları ilə olan münasibətə fərqindəlik yaratmaqdır.

Forumda bəhs olunacaq mövzular:

– Nəcəf Allahverdiyev – “İmtahan həyəcanına yox!”
– Elçin Əzimli – “Abituriyent valideyni olmaq”
– Adil Vəliyev – “Universitet seçimində nəyə diqqət etməli?”
– Rüfət Hüseynzadə – “Gələcəyin əmək bazarı və peşələri”
– Ramina Mürşüdova – “Universitet illərini necə səmərəli keçirməli?”

Qəbul imtahanlarının yaxınlaşdığı dövrdə stress, həyəcan və qərarsızlıq yaşayan abituriyent və valideynlər, bu forum məhz sizin üçündür.

✅Forumda iştirak tamamilə ödənişsizdir.

Forum 19 may 2021, saat 19:30-da keçiriləcəkdir.

Qeydiyyatdan keçən iştirakçılara bir gün öncədən mail vasitəsilə forum haqqında bütün məlumatlar göndəriləcəkdir.

Qeydiyyat linki:  http://bit.ly/AbituriyentForumu

Şərh bildir