Ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!

Bakıda fəaliyyət göstərən aşağıdakı Qabiliyyət İmtahanı Komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni (https://eservices.dim.gov.az/qabiliyyet) çap edə bilərlər.

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Qeyd: Fortepiano aləti üzrə məşq etmək istəyənlər 30 iyun tarixində saat 10:00-dan 16:00-dək Bülbül adına orta ixtisas musiqi məktəbinə gələ bilərlər.

İXTİSAS KOMİSSİYA KODU

Rəngkarlıq 10

Qrafika 11

Heykəltəraşlıq 12

Dekorativ- tətbiqi sənət (sahələr üzrə) 15

İnstrumental ifaçılıq (alətlər üzrə) 20,21,22,23,31

Vokal sənəti (akademik vokal) 24

Vokal sənəti (xanəndəlik) 25

Populyar musiqi və caz ifaçılığı (vokal) 26

Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) 36

Dirijorluq (sahələr üzrə) 27

Vokal sənəti (milli vokal) 28

Bəstəkarlıq 29

Musiqişünaslıq 30

Musiqi müəllimliyi 32

Təsviri sənət 16

Heykəltəraşlıq 17

İnstrumental ifaçılıq (alətlər üzrə) 33,34

Vokal sənəti (xanəndəlik) 35

Vokal sənəti (klassik vokal) 37

Aşıq sənəti 41

Bədii yaradıcılıq 57

Mənbə: Dövlət İmtahan Mərkəzi

Şərh bildir