İxtisasın təsviri

   Aviasiya təhlükəsizliyi mühəndisliyi ixtisası aviasiya təhlükəsizliyi, xilasetmə və yanğınsöndürmə, həmçinin axtarış və xilasetmə sahələrində işləri öyrənir və tədqiq edir. Aviasiya təhlükəsizliyi mühəndisləri mülki və ya hərbi təyyarələr və helikopterlər və onların hissələrini tərtib edir və yaxud  təyyarənin harada təmir ediləcəyini təyin etdikləri təyyarə təmiri zavodlarında işləyirlər. Onların iş günü, bir qayda olaraq, iki hissəyə bölünür: ofisdə və dükanlarda və ya sınaq stansiyalarında işləmək.

İxtisasın tarixi

    Aviasiya təhlükəsizliyi kafedrası 1999-cu ildə yaradılmışdır. Kafedrada 2000-ci ildə “Aviasiya təhlükəsizliyinin təşkili mühəndisliyi”, 2001-ci ildə isə “Qəza-xilasetmə və axtarış işlərinin təşkili mühəndisliyi” ixtisasları açılmışdır. 2009-cu ildə hər iki ixtisas “050617-Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi” ixtisası adı altında birləşdirilmişdir. Bu ixtisas üzrə təhsil alan tələbələr ikinci kursu bitirdikdən sonra “Aviasiya təhlükəsizliyinin təşkili mühəndisliyi” və “Qəza-xilasetmə və axtarış işlərinin təşkili mühəndisliyi” üzrə ixtisaslaşırlar. Beynəlxalq mülki aviasiya haqqında Konvensiyaya 17-ci Əlavənin (Təhlükəsizlik. Beynəlxalq mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması) standartlarına əsasən beynəlxalq və yerli hava limanlarında aviasiya təhlükəsizliyi tədbirlərinin təşkili və həyata keçirilməsi üçün “Aviasiya təhlükəsizliyinin təşkili mühəndisliyi” ixtisaslaşması üzrə mütəxəssislər hazırlanır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝Aeroportda qanunsuz müdaxilələrin qarşısını almaq;
  • ➝Sərnişinlərin baqajda əl çantasında bomba,silah, narkotik və bu kimi təhlükəli maddələrin keçirilməsinin qarşını almaq;
  • ➝Sərnişinlərin yüklərinin yoxlanılmasına nəzarət;
  • ➝Verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • ➝Geyim formasını pozmamaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  •   ➝ Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar ?

 Bu ixtisası bitirdikdən sonra qızlara diplom müdafiəsi zamanı iş təklif olunur. Oğlanlar isə  hərbi xidməti bitirdikdən dərhal sonra işlə təmin olunurlar və onlar öz fəaliyyətini Heydər  Əliyev adına beynəlxalq hava limanında davam etdirirlər. İxtisas üzrə ölkəmizdə aşağıdakı aviaşirkətlərdə iş imkanları vardır:

  • ➝ Azal;
  • ➝ Buta;
  • ➝ Silk way Airlenes və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝Nizam-intizamlılıq;
  • ➝Həm oğlan həm də qızlar fiziki və psixoloji cəhətdən tam sağlam olmalı və oğlanlar hərbi xidmətə yararlı olmalıdırlar;
  • ➝Nəzakətlilik, kommunikasiya bacarıqları;
  • ➝Komanda ilə işləmək bacarığı;
  • ➝Dil biliklər(rus və ingilis əsasən);
  • ➝Sürətli düşünmə, qərar qəbul etmə qabiliyyəti;
  • ➝Stressə dözümlülük;
  • ➝Çeviklik.

İxtisasın gələcəyi

     Müasir dövrümüz qloballaşma və inteqrasiya dövrü olması  müxtəlif xarakterli səhayətlərin daima artmasına rəvac verir.  Bu səyahətlərin önəmli bir qismini isə aviasəyahətlər təşkil edir. Ölkəmizdə turizm sənayəsinin inkişafına olan xüsusi diqqət  isə bu sahə üzrə ixtisaslı kadrlara olan tələbə müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq ixtisası perspektivli  hesab etmək olar.

Əmək haqqı 

 Bu sahə üzrə orta ayləq əmək haqqı 500 AZN-dən başlıyır. Bilik və bacarıqlara əsasən vəzifə artdıqca məvaciblərdə yüksəlir.