Biznesin təşkili və idarə edilməsi ( audit üzrə )

Biznesin təşkili və idarə edilməsi ( audit üzrə )

Biznesin təşkili və idarə edilməsi ( audit üzrə )

İxtisasın təsviri

  Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur. Auditor fəaliyyətinin əsas məqsədi maliyyə və mühasibat hesabatlarının etibarlılığını təmin etmək, eləcə də müxtəlif maliyyə və təsərrüfat əməliyyatlarının mövcud qanunvericiliyə uyğun olub-olmamasını yoxlamaqdır. Qeyd etmək lazımdır ki, auditorlar və audit firmalar sahibkarlığın digər növləri ilə məşğul olmaq hüququna sahib deyillər.

İxtisasın gələcəyi

  Audit ixtisasının gələcəyi ilə bağlı müxtəlif ssenarilər mövcüddur. Uzunmüddətli dövr üçün  daxili yoxsa xarici audit fəaliyyətinin ön planda olacağı,audit fəaliyyətinin texnoloji dəyişikliklərə nə qədər məruz qalacağı barədə fərqli fikirlər mövcüddür. Qeyd olunan qeyri-müəyyənliklərdən dolayı bu istiqamət üzrə ixtisaslaşmış şəxslərin sahə üzrə dəyişiklikləri yaxından izləyərək, öz bilik və bacarıqlarını inkişaf etdirməsi önəmlidir.

Universitet

→ Bakı Avrasiya Universiteti