Biznesin təşkili və idarə edilməsi ( ümumi təyinatlı )

Biznesin təşkili və idarə edilməsi ( ümumi təyinatlı )

Biznesin təşkili və idarə edilməsi ( ümumi təyinatlı )

İxtisasın təsviri

  Biznesin idarə edilməsi ixtisasının məqsədi isə tələbələrə biznes fəaliyyətinin səmərəli təşkili və idarə edilməsinin əsas prinsip və metodları barədə nəzəri və praktiki biliklərin verilməsidir. Bu ixtisas iş proseslərinin inkişafı və optimallaşdırılması üçün məsul şəxslər yetişdirir.Biznesin idarəedilməsi (ümumi təyinatlı) ixtisası əsasən iki funksional sahəni: idarəetmə strategiyası­nı və ümumi strategiyanı dərindən mə­nim­səməyə im­kan verir. Bu ixtisası seçən magistrantlar  idarə­etmə üzrə ümumi biliklərə yiyələnirlər və onlar geniş spektrdə karyera seçimi etmək imkanını əldə edirlər.
   

İxtisasın gələcəyi

  İxtisasın əhatə dairəsi çox geniş olduğundan, karyera imkanları da çox genişdir. Lakin bununla yanaşı əmək bazarında rəqabət olduqca yüksəkdir. İxtisas sahibləri  bu sahə üzrə fundamental biliklərlə yanaşı, yeni istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnərək(məsələn elektron kommersiya) rəqabət üstünlüyü əldə edə bilərlər.

Universitetlər

→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ “Xəzər”Universiteti