11-ci sinfi bitirən hər abituriyentin ortaq problemi var: “İxtisas seçmək”

11-ci sinfi bitirən hər abituriyentin ortaq problemi var: “İxtisas seçmək”

11-ci sinfi bitirən hər abituriyentin ortaq problemi var: “İxtisas seçmək”

  Bugünə kimi çox adam məndən bu barədə soruşub: İxtisaslar, onun prespektivləri, oxuyub bitirdimsə, nə işləyə bilərəm? Adətən eyni cavab verirəm. İxtisaslı kadra hər zaman iş var ixtisasdan asılı olmayaraq.

  Mən hal-hazırda 3-cü kurs tələbəsiyəm. İxtisasım Ümumi iqtisadiyyatdır (ingilis dilində). Mən nə zaman qərar verdim ki, gələcək işim iqtisadiyyat yönümlü olacaq? Bu barədə danışmaq istərdim. Təxminən 7-8-ci sinifdə oxuyarkən özümdə bir bacarığı kəşf etdim. Mən digər sinif yoldaşlarıma görə qat-qat tez hesablama əməliyyatı edirdim. Düşündüm ki, mən bu bacarığı necə istifadə edə bilərəm? Qərar verdim ki, özümü iqtisadiyyat yönümlü ixtisaslara yönəldim və orada bu bacarıqdan istifadə edim. Çalışın ki, sizdə öz bacarıqlarınızı nəzərə alaraq bunu edin. Əgər sizin xüsusi bacarığınız yoxdursa, o zaman öz maraq dairənizi nəzərə alın və buna tək qərar verin. Tək qərar verməsəz, gələcək işinizi sevməyə bilərsiniz. Bir sözlə, bu sizin  ixtisas seçiminizdir və siz şəxsi maraqlara görə qərar verməlisiniz.  Universitet seçimi də önəmlidir.  İlk öncə universitetin təhsili ilə maraqlanın sonra yerləşdiyi ərazi, infrastruktur və s. kimi amillərə fikir verin və mütləq xarici dildə oxuyun. Çoxunuz düşünürsünüz ki, “yox çətin olacaq, dil biliyim azdır”. Qətiyyən elə düşünməyin. Mən qəbul olan zaman  “A1” səviyyəsində idim. Yəni başlanğıc səviyyə, amma indi hər şey əladır.  

  Öz ixtisasımı sevirəm, amma bəzən çətinliklər ola bilir. Necə deyərlər, sevgi qurban tələb edir, ona görə də çətinliyə alışmaq lazımdır. İqtisadiyyat elminin konkret həddi yoxdur ki, onu təsvir edim. İqtisadiyyatda kifayət qədər fərziyələr var. Hər kəs biz söz deyir. Bizim ixtisasın mənfi tərəflərindən biri də budur. Digəri isə özüm yaşayıram iş həyatında. Ölkəmizdə daimi olaraq vergi sistemində dəyişiklik olur. Bu bəzən yorucu ola bilir, amma qalan hər şey yolundadır. İqtisadiyyat yönümlü əksər fənlərdən xəbəriniz olur və bu sizin gələcəkdə iş tapmağa kömək edir. Kiçik məlumat da vermək istərdim. Universitetlər universitetdə təhsil aldığınız zaman ixtisas dəyişməyə icazə verir.

  Tələbə olan zaman bir çoxunuzun  arzusu olacaqdır “Ölkə xaricində təhsil almaq”. Bu mümkündür. Universitet daxilində bir neçə beynəlxalq proqramlar var ki, sizə xaricə bir semestrlik təhsil almağa göndərir. Buna Erasmus, Mövlana kimi proqramları misal çəkmək olar. Tələblər əsasən bu tipli olur - universitetdə olan ortalama, ingilis dili qabliyyəti və universitetdən əvvəl olan nailiyyətlər və s. bu tipli tələblər. Yaşınız mütləq 18-dən çox olmalıdır. Hər birinizə məsləhət görərdim xaricdə oxumağı. Gələcək üçün sizə yaxşı “background” olacaqdır. 

  Bir çoxumuz universiteti bitirdikdən sonra ixtisasımız üzrə master təhsili almaq istəyirik. Master üzrə təhsil almaq hər bir tələbə üçün bir stimuldur. Bir sözlə siz bəzi məqamlarda bir addım önə olmuş olursunuz. Əksər adam öz ixtisasına uyğun master təhsili alır, amma almayan da vardır. Son zamanlarda azərbaycanlı tələbələr İtaliya, Polşa və Macarıstanda təhsilini davam etdirir. Bunun bir neçə səbəbi vardır ki, onlardan biri də qəbul olmağın asan olması və tələblərin nisbətən aşağı olmasıdır. Əgər siz gələcəkdə master təhsili almaq istəsəz, amma aşağı tələblər tələb edən ölkə istəsəz, dediyim ölkələrə müraciət edə bilərsiniz. Bir növ işiniz maddiyyatdan aslı olacaqdır. Amma biliyiniz yaxşıdırsa, mütləq Qərbi Avropa, Amerika, Cənubi Koreya kimi ölkələrə müraciət edin. O zaman siz daha yaxşı ixtisaslı kadr olacaqsınız, əgər oxusanız. 

  Kiçik qeyd yazmaq istərdim. Bəlkə də çoxunuz indidən universitet xəyallarını qurub və hətta özünə iş də tapıb. Amma bu heç də belə deyildir. Nəzərə alsaq ki, hər birimiz məktəbli olmuşuq və düz 11 ilimizi buna sərf etmişik ki, universitetə girək. 9-cu sinifdən başlayaraq əksər abituriyent ciddi dərs rejimində oxuyur və bu 3 il davam edir. Normal olaraq düşünür ki, yetərincə əziyyət çəkdim, bu 3 ildə bundan sonra artıq çox da oxumağa ehtiyac yoxdur. Səhv yanaşma tərzidir. Çalışaq ki, tələbə olanda da oxuyaq, özümüzü inkişaf elətdirək.

 

Özüm haqqında kiçik məlumat verim: Adım Ruslan, soyadım Əhədlidir. 

Təhsilimi Xəzər Universisteində davam etdirirəm, 3-cü kursam. Hal-hazırda  müsahib olaraq çalışıram .

Sual və təkliflər üçün : ruslan.ahadli@khazar.org 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.