3-cü qrup üzrə az axtarılan ixtisaslar

3-cü qrup üzrə az axtarılan ixtisaslar

3-cü qrup üzrə az axtarılan ixtisaslar

Antropologiya

  İnsan elmi olaraq adlandırılan antropologiyanın humanizm, biologiya və sosial elmlərin vəhdətindən yarandığı qeyd olunur və bu elm insanın bioloji, mədəni təkamülünü ələ alan yeganə elm sahəsidir. Antropologiya kainatın və dünyanın yaranması, həyatın başlanğıcı və inkişafı, insanın bioloji təkamülü, irqlərin yaranması, yayılması və fiziki xüsusiyyətləri, cəmiyyətlərin və mədəniyyətlərin ortaya çıxması, inkişafı və dəyişməsini, bu mövzularla bağlı tarixi və günümüzdəki məsələləri araşdıran və bu sahə üzrə təhsil verən ixtisasdır. Yəni antropologiya insanın insan ola bilməsi üçün keçirdiyi mərhələləri tədqiq edir. İnsanın heyvanlarla olan fərqlilikləri və bunun tədqiqi üçün skelet və əzələ sisteminin araşdırılması da bu ixtisasın digər vəzifələrdəndir. Antropoloqlar insanla təkcə bioloji varlıq kimi yox, həm də mədəni mühit kontekstində maraqlanırlar. Buna görə antropologiya özündə cəmiyyətdə insanı öyrənən digər fənləri də ehtiva edir. İxtisas biologiya və tarixlə maraqlananlar üçün uyğundur.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur?

  • İlkin və mədəni insanın yaranmasının araşdırılması;

  • Qədim insanın bədən quruluşu və xüsusiyyətlərinin araşdırılması;

  • Qədim insanın yaşayışının öyrənilməsi;

  • Qədim insan mədəniyyətinin tədqiq edilməsi;

  • Ekspedisiyaların, laboratoriyaları tədqiqatların, eksperimentlərin təşkili;

  • Aktiv tədqiqat: məqalə yazmaq, kitab yazmaq, jurnallarda nəşr etmək;

  • Müəyyən irqlərin sosial, iqtisadi, etnik və siyasi xüsusiyyətlərinin öyrənilməsi;

  • Alınan məlumatları tapmaq, müqayisə etmək, sistemləşdirmək;

  • Araşdırmalardan əldə edilən nəticələrin tətbiq edilməsi;

  • Aralıq və son tədqiqat nəticələrinin qeydə alınması;

  • Yeni tədqiqat obyektlərinin axtarışında fəal iştirak.

 

Harada bu ixtisasa sahiblənmək olar?

  • Bakı Dövlət Universiteti
  • Keçid balı: 442.4 (453.1)



 

Bədii yaradıcılıq və ekran drammaturgiyası 

   “Bədii yaradıcılıq və ekran drammaturgiyası” ixtisası üzrə təhsil alan məzunlar dramaturq (bədii yaradıcılıq) və ssenarist (ekran drammaturgiyası) ixtisaslarına yiyələnirlər. Təhsil zamanı tələbələr istər dramaturji əsərlərin və bədii ssenari, rejissor ssenarilərinin yazılma qaydalarını, ədəbiyyat nəzəriyyəsinin incəliklərini, rejissorluq və bu sahəyə yaxın bütün peşələr barədə məlumat və təcrübə toplayırlar. Eyni zamanda istedadlı tələbələr müxtəlif teatrlarda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, fəqli kino prodakşn və studiyalarda, tədbirlərdə, televiziyalarda təcrübə keçəcək, iştirak edə biləcəklər. Eyni zamanda aktyor, rejissor, yazıçı, şair və digər tanınmış simalardan təhsil alacaq, onlarla tanış olacaq, yaradıcılıqlarına daha yaxından bələd olacaqlar. Bu hal tələbələrin fərdi yaradıcılığında mühüm rol oynayır (məsələn, bizə Ramiz Rövşən, Natiq Rəsulzadə, İntiqam Vəliyev, Əli Əmirli, Cəmil Quliyev, Nizaməddin Şəmsizadə, Yaşar Nuri, Tofiq Hüseynov və sairə tanınmış yazıçı, ssenarist, aktyor və rejissorlar dərs demişlər). “Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə təhsil alan tələbələr həmçinin kino və teatr sahələri üzrə tənqidçi peşəsinə də yiyələnə bilərlər. Qısa olaraq deyim ki, bu ixtisas peşə üzrə çox şaxəlidir. Yəni buranı bitirən tələbələr yazıçı, şair, ssenarist, dramaturq, jurnalist, redaktor, tənqidçi və bu sahəyə bir neçə peşəyə yiyələnə bilərlər. 

 

Bu ixtisas sahibi nə işlə məşğul olur?

  • Teatrlar üçün pyeslərin yazılması;

  • TV və Prodakşnlar üçün layihələrin yazılması, hazırlanması;

  • Mədəniyyət evlərində tədbirlərin (məs, Yeni il, Novruz Bayramı və s.) təşkil edilməsi;

  • Şən və Hazırcavablar klubuna rəhbərlik etmək;

  • Fərdi yazıçı kimi fəaliyyət göstərmək;

  • Qəzetlər üçün məqalə yazmaq;

  • Teleserial, film və verilişlər üçün ssernarilərin yazılması.

 

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Keçid balı: 324.1 (336.0)
  •  

 

İslamşünaslıq 

  İslamşünaslıq ixtisası ölkəmizdə ən geniş yayılmış dinlərdən biri olan İslam dininin dərindən öyrənilməsi, dəqiq mənbələrdən tədqiq olunaraq ən doğru informasiyaların xalqa çatdırılması və dövlətdə olan ümumdini məsələrlə məşğul olanması üçün yaradılmışdır. İxtisasın əsas məqsədlərindən biri ölkədəki din xadimi olmaq istəyən insanlarla, təzyiqlərə məruz qalmamaları və daha neytral və doğru bilgi əldə etmələri üçün imkan yaratmaqdır. İslamşünas nə İslamı tənqid etmək, nə də üzr istəməklə məşğul olmur, İslam mənəvi dəyərlər və ardıcıllarının istiqamətləri haqqında məlumat öyrənir, müsəlman qanunlarını, adətlərini, gündəlik həyatını, müsəlman xalqlarının maddi və mənəvi mədəniyyətini araşdırır, müsəlman fəlsəfəsi üzrə mütəxəssisdir, İslamın sivil parametrləri üzrə ixtisaslaşmışdır. Peşə dinə maraq göstərənlər üçün uyğundur. 

 

Bu ixtisas sahibi nə işlə məşğul olur?

  • İnsanların dini məsələlərilə maraqlanmaq;

  • İnsanlara doğru olan informasiyaları çatdırmaq;

  • Cəmiyyət arasında dinin doğru təbliğatını aparmaq;

  • Ölkənin din barədə olan siyasətinə əks ola biləcək təbliğatların qarşısını almaq;

  • Multikultural dəyərlərə istinad edərən dinin dövlətdəki profilini və yerini möhkəmləndirmək;

  • İslamşünaslıq sahəsində nəzəri və metodoloji tədqiqatlar aparmaq;

  • İslam araşdırmalarının metodlarının, metodoloji və konseptual yanaşmalarının öyrənilməsi;

  • Müasir İslam tədqiqatlarının inkişafına ənənəvi və innovativ yanaşmaların öyrənilməsi.

 

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan İlahiyyat İnstitutu
  • Keçid balı: 200.2 (200.2)


 

Kinoşünaslıq

  Kinoşünas kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən mütəxəssisdir. Kinoşünaslıq ixtisası üzrə təhsil alan tələbələr televiziya verilişlərində redaktor işini, filmlər haqqında məqalə və resenziya hazırlamağı, filmlərin janr və üslublarını fərqləndirməyi, filmlərin müxtəlif növlərini fərqləndirməyi, kinoteatrlar üçün repertuar hazırlamağı, filmlər haqqında diskussiyada iştirak etməyi və s. öyrənilər. Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. 

Kino tarixi bütün bu sahələrin hamısından ən çox zəhmət, əziyyət tələb edən sahədir. Həyatının yarısından çpxunu arxivlərdə, kitabxanalarda keçirməlisən. Tarixlə bağlı hər bir faktı zərrəbinlə axtarıb tapmalısan. Kino tənqidçisi filmə baxır və film haqqında tənqidi fikirlərini əsaslandıraraq yazır. Kino nəzəriyyəçisi filmi nəzəri baxımdan əlaqələndirir. Kino tarixçisi isə daim axtarışda olmalıdır. İxtisas dünya incəsənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur?

  • Kinoteatrlar üçün repertuar hazırlamaq;

  • Filmlərin müxtəlif növlərini fərqləndirmək;

  • Filmlər haqqında məqalə və resenziya hazırlamaq;

  • Filmlərin janr və üslublarını fərqləndirmək;

  • Film festivallarında iştirak etmək;

  • Kino sənətinin təhlili;

  • Filmlərin təqdimatı;

  • Mətbuat açıqlamaları yaratmaq;

  • Mətbuatla əlaqə;

  • Kollekclərdə və ya universitetlərdə tədris keçmək;

  • Tələbələr üçün tədris materialların yaradılması;

  • Film arxivlərinin aparılması;

  • Mərasimlər üçün film toplusunun yaradılması;

  • Çəkiliş meydançalarında konsultasiyaların aparılması.

 

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Keçid balı: 309.5 (329.6)
 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.