Biznesin idarə edilməsi və təşkili

Biznesin idarə edilməsi və təşkili

Biznesin idarə edilməsi və təşkili

   Biznesin idarə edilməsi və təşkili 

  Salam, dostlar,
   

  Gələcək tələbələr, karyera qurmaq istəyənlər, dünyaya lazımlı kadr olmaq istəyənlər. Əgər hələ də ixtisas seçimində qərarsız qalmısınızsa, amma arzularınızda biznes və onun sahələrində fəaliyyət göstərmək istəyirsinizsə, yaxud öz işinizi qurub sərbəst çalışmaq istəyirsinizsə, məhz bu məqalə elə sizin üçündür.

   

  Biznesin idarə edilməsi və təşkili-İdarəetmə, İnsan Resursları, Marketinq-Satış, Mühasibatlıq, Maliyyə kimi bilikləri özündə cəmləşdirir və gələcəkdə istər öz işinizi qurarkən nələrə diqqət etməlisiniz, nələri biznesinizdə istifadə etməlisiniz kimi qabiliyyətlərə yiyələnməyə kömək edir və ya hər hansı bir şirkətdə çalışmağa zəmin yaradır. Düşünürəm ki, ixtisas yalnız iş həyatında deyil , həmçinin şəxsi həyatınızda da daha tədbirli və planlı olmağa kömək edir. Belə desək, şirkəti idarə edə biliriksə, həyatımızın da planlamasını edə bilirik.

  Biznesin idarə edilməsi və təşkili ixtisasının məzunları daha irəli görən olur və onların gələcək karyerası üçün nəyin yaxşı nəyin pis olduğunu analiz etmə qabiliyyətinə sahib olurlar (Təbii nəzəri yaxşı oxuyub praktikaya tətbiq edənlərdən danışıram). Gələcəkdə adınızın FORBES jurnalında çıxmasını istəyirsiniz? (Qulağa xoş gəlir), və ya şirkətlərin sizi komandalarına almaq üçün yarışmasına şahid olmaq istəyirsiniz? O zaman “Könlü balıq istəyənin quyruğu suda gərək “.

Əsas diqqət etməli olduğunuz bir necə açıq nöqtə var:

1) Əvvala nəzəri bilgilərə və analiz üsullarına, maliyyə və marketing məsələlərinə diqqət yetirməlisiniz.

2) Oxuduğunuz müddətdə yalnız sizə verilən kitablarlarla yetinməməlisiniz .Dale Carnegie və başqalarının idarəetmə sahəsində yazdığı kitablar sizin dərdinizə dərman olmalıdır.

3) Şəxsi münasibətlərinizi olduqca geniş tutmalısınız. Aktiv olmalısınız ki, ətrafınızda sizi tanısınlar. Bunun üçün hazırda olan könüllü proqramlarına ( sizin maraq və məqsədlərinizə uyğun gələninə) qoşulmağınız sizə çox sey qazandıracaq.

4)Biznes və İdarəetmə ilə bağlı hazırda ölkədə çoxlu sayda forum və kurslar, masterklaslar və təbirlər təşkil edilir. Həmin tədbirlərdə həm yüksək səviyyəli biznes adamları ilə ünsiyyət yarada bilərsiniz, hansı ki gələcəkdə sizə çox kömək ola bilər. Eyni zamanda, onların təcrübələrindən yararlana bilərsiniz, hansılar ki heç bir kitabda yazılmır.

5) İNGİLİS DİLİ- bu dilə yiyələnərək sizə çox sayda materialı dərsliyi əlçatan edəcək və ən əsası artıq dünya səviyyəli düşünə biləcəksiniz, yer kürəsi gözünüzdə çox da böyük görünməyəcək. Məsləhətim ilk kursdan öyrənməyə başlasanız mükəmməl olar. 4-cü kursda sertifikat alaraq bu nailiyyətinizi taclandıra bilərsiniz ( tez almayın İELTS 2 il keçərlilik müddəti var).

  Xaricdə təhsil

  Onu deyə bilərəm ki, xaricdə təhsil alsanız, amma öz ölkənizdə biznes qurmaq istəsəniz, bəzən aldığınız təhsil sizə 100% kömək etməyə bilər, yerli təcrübəyə əsaslanmalısınız ki, hansı ki, məhz elə kitabda deyildiyi kimi Situasiyalı Yanaşma. Hər kəs bilir ki, xaricdə hansı sahədən asılı olmayaraq (Azərbaycan dili Ədəbiyyat müəllimliyindən başqa) təhsil almaq bizi daha da çox inkişaf etdirir.

  Məsələ yalnız oxuduqlarımız olmur, yad ölkədə tək yaşamaq bizə ayaqlarımız üzərində sərbəst dayanmağı və çətin vəziyyətlərdən necə çıxmaq lazım olduğunu öyrədir.

Sizin dünya görüşünüz daha da inkişaf edir və özgüvəniniz artır. Bundan əlavə xariclə əlaqələriniz güclənir və bu sizin gələcək karyeranızda həqiqətən böyük rol oynayır. Xaricdə təhsil almaq hazırda bütün şirkətlər tərəfindən də arzuedilən bir meyar olduğuna görə rəqiblərinizlə müsabiqədə sizin köməyinizə çatır. Ən əsası Siz gəzərək, görərək və şirin əziyyət çəkərək əsil tələbəlik yaşama şansı qazanırsınız. Əgər sizin xaricdə təhsil alma kimi şansınız olmasa , məsləhətim qısa müddətli təcrübə proqramlarına qoşulmaqdır ( Əksəriyyəti 100% maliyyələşdirilir ).

  Yuxarıdakı fikirlərimdə də qeyd etdiyim kimi siz karyeranızı planlamağa elə təhsil aldığınız ilk ildən başlamalısınız.

  Sadəcə dərs oxuyaraq yaxşı idarəçi olacağınızı düşünürsünüzsə, yanılırsınız. Sizə 100% praktik təcrübə və insani münasibətlər lazım olacaq, buna görə də artıq part time işləyərək və ya təcrübə proqramları keçərək karyeranıza ilk addımları atmalısınız. Bu yolla siz çoxlu dostlar qazanmış olacaqsınız və nəzəriyyənin həyata tətbiqini biləcəksiniz. Əlavə olaraq etdikləriniz aktivliklər sizin CV formanızı daha da zənginləşdirəcək, nəticə etibarilə universiteti bitirəndə nə edim ki CV -də universitetdəki təhsildən başqa nəsə olsun sualından xilas olacaqsınız. Öz nümunəmdən deyə bilərəm ki, artıq universiteti bitirəndə işləyirdim və “ təcrübə keç”"aşağı maaşla başlamalısan çünki yenisən “kimi ifadələrdən yaxamı qurtarmışdım.
   Dostlar, əgər yuxarıda göstərdiyim punktlara əməl etməsəniz, biz işi tapmayacağıq! Siz təhsil aldığınız müddətdə dil bilgisinə yiyələnsəniz və təcrübi bilikləriniz olsa, iş tapmaq üçün universitetin bitməsini gözləməyəcəksiniz.

   Xüsusilə, Biznes tələbələrinin həmişə beynində "Necə pul qazana bilərəm?" sualı olduğu üçün yolları erkən kurslardan axtarmağa başlayacaqsınız. 

  Ümumilikdə, deyə bilərəm ki, ilk dəfə təcrübə proqramlarına qoşulmağınız daha məsləhətlidir, çünki həm işi öyrənib, həmdə xırdaca məbləğ pul ala biləcəksiniz ki, şəxsi ehtiyaclarınızı qarşılaya biləsiniz.

  Ümid edirəm ki, yazdığım fikirlər, ən əsası təcrübələr işinizə yarayacaq , çünki özüm sınaqdan keçirmişəm və bəhrəsini görmüşəm. Bütün inkişaf etmiş ölkələrin kökündə pul onun da biznesi dayanır. Uzun sözün qısası, ixtisas seçərkən balım buraya düşdü deyə yox, mən kim olmaq istəyirəm sualına cavab verin. İnsan sevdiyi və həvəslə gördüyü işdə uğur əldə edir.

    Abdullayeva Əfsanə
   Çin Xalq Respublikası, Şencen Catterbox co.ltd

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.