Çörəyini dənizdən çıxaranlar

Çörəyini dənizdən çıxaranlar

Çörəyini dənizdən çıxaranlar

Dəniz Naviqasiyası mühəndisliyi ixtisasına yiyələnən şəxslər Gəmi kapitanı,Kapitanın Baş Köməkçisi,Kapitanın 2- ci və 3- cü köməkçisi (və ya digər adıyla növbə köməkçisi) kimi vəzifələrə haqq qazanmış olur.

  İlk olaraq bu ixtisası bitirənlər 3- cü köməkçi olaraq gəmilərdə işə başlaya bilərlər.Bəzi şirkətlərdə isə 2- ci köməkçi kimi başlamaq mümkündür. Bu ixtisasın bakalavr diplomu ilə yanaşı, gərəkli beynəlxalq sertifikatlar əldə etdikdən sonra işçi diplomu Azərbaycan Dövlət Dəniz Administrasiyasında imtahan verərək əldə edilir.
Beynəlxalq sertifikatlar barədə məlumat  dənizçilərin hazırlanması və növbə çəkməyə dair kodeksdə verilmişdir.İxtisasın təhsili Azərbaycanda sadəcə Azərbaycan Dövlət Dəniz Akademiyasında mümkündür. Əldə olunan diplom 186 ölkə tərəfindən tanınmış hesab olunur. Beynəlxalq Dənizçilik Təşkilatının təlim - tədris sisteminə uyğun şəkildə dərslər peşəkar dənizçilər və kadrlar tərəfindən öyrədilir. Akademiyanın hər tədris müddəti bitdiyində gəmilərə təcrübə keçmək üçün tələbələr göndərilir. Bununla da 4 il ərzində ildə təxminən 3 ay olmaqla praktiki bacarıq toplanılıb 1 il edir. Bakalavrı bitirən tələbə kapitanın növbə köməkçisi olmaq üçün imtahana girməyə haqq qazanır.

  Bu sahədə uğur qazanmaq üçün ediləcək ilk addım tədris prosesində ixtisas fənləri ilə yanaşı, ingilis dili bacarığını mükəmməl şəkildə inkişaf etdirmək lazımdır. Əmin olun ki, bu kimi biliklərə malik dənizçilər üçün uğur qazanmaq su içmək kimi rahat olacaqdır. Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün ixtisası bitirən tələbələr bu ixtisasa yaxın olan “Shipping and shipping management” və ya Gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması, Dənizçilik şirkəti idarə olunması kimi ixtisaslara xaricdə tanınmış universitetlərdə magistr olaraq yiyələnə bilərlər. Bunlara İsveçdə World Maritime University kimi təhsil müəssisələrini misal gətirmək olar.Təbii ki bunun üçün də hava və su kimi lazım olan ingilis dili İELTS imtahan sxemi ilə ən azı 6.5 olmalıdır. Bundan başqa bakalavr dönəmində SOLAS,MARPOL,STCW,ISGOTT,COLREG kimi mühüm rəhbər hesab edilən konvensiyaları mütailə etmək, onlarla yaxından tanış olmaq , gələcəyin dənizçiləri üstün peşə bacarıqlarının inkişafında təkan yaradacaqdır.

 Karyera planlamısının qurulmasında ilk şərt  dənizçi dənizdə təcrübə yığmalıdır. Matros olaraq işləmək, gəminin texniki - istismar hissəsi ilə tanış olmağa, gəmi avandanlıqlarının adlarını öyrənməkdə, dənizdəki situasiyalarla bir məsul işçi kimi tanış olmada böyük üstünlük gətirir.

  Karyeranın növbəti pilləsində Kapitan köməkçisi kimi çalışmaqdır. Bu zaman artıq işin rəsmi hissəsi ilə - gəminin idarə edilməsi, telekomunikasiya vasitələrindən istifadə olunması,beynəlxalq rəhbər sənədlər, kodekslər, barəsində daha dərin məlumatın əldə edilməsi və onların istehsalata tətbiqi kimi şanslara zəmin yaradır.

  Sadəcə bir növ gəmidə çalışmaq daha məqsədə uyğundur.Tankerlə başlanan karyera tankerlə, quru yük gəmiləri ilə başlayan karyera quru yük və konteyner gəmilərində, sərnişin gəmilərində başlayan karyera isə sərnişin gəmilərində davam etməsi, kapitan köməkçisinin bu tip gəmi üzrə bilik və bacarıqlarının mükəmməl şəkildə inkişafına gətirib çıxaracaqdır.

   Əsas məsələlərdən biri isə oxudum, sertifikatlarım, işçi diplomum var, necə iş tapa bilərəm?

   İş mövzusu ölkəmizdəki digər ixtisaslara nisbətdə problemli bir məsələ deyil. Xəzər dənizin verdiyi üstünlüklə 150 ildən artıq fəaliyyət göstərən, dünyanın ilk tankerini istifadə edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi kökənli bünövrəyə malik şirkət həm Xəzər, həmdə dünya dənizlərində öz gəmiləri ilə fəaliyyət göstərməktədir.

   Bundan başqa siz xaricdə iş tapmaqla bağlı çətinliklər yaşamayacaqsınız. Müvafiq bakalavr biliyinə və ingilis dili bacarığına sahib olan şəxslər üçün şans nisbəti daha yüksəkdir. Nəzərə alın ki, dünyanın 2/3 hissəsi sudur. Bu sular quruyana qədər gəmilərə və dənizçilərə həmişə ehtiyac olacaqdır. Nəzərə alsaq ki, dünya yük daşınmalarında əsas pay dəniz sektoruna düşür, bu o deməkdir ki,ən ucuz nəqliyyat vasitəsinə maraq daha böyükdür.

   Hər birinizə gələcək karyeranızda və dərslərinizdə uğurlar arzulayıram.

   Hikmət Mirzə
   Kapitanın Növbə-köməkçisi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.