Diplomlu deyil, dəyişməyi bacaran gənclər əsl mütəxəssis olacaqlar? Dəyişkənlik ixtisası!

Diplomlu deyil, dəyişməyi bacaran gənclər əsl mütəxəssis olacaqlar? Dəyişkənlik ixtisası!

Diplomlu deyil, dəyişməyi bacaran gənclər əsl mütəxəssis olacaqlar? Dəyişkənlik ixtisası!

  Əslində, yazmaq istədiklərim gələcəyin peşələri ilə əlaqədar olmaqdan daha çox, gələcəkdə bu gün sahib olduğumuz peşələrin necə əvəzlənəcəyi, bir çoxlarının isə tarixə qovuşacağı ilə bağlıdır. Bu gün dünyada baş verən qarışıq proseslər heç şübhəsiz cəmiyyətimizdən də yan keçməməkdədir. Bu proseslərin qarşıqlığı ondadır ki, heç kəs baş verənlərin nəticəsi barədə dəqiq nəsə deyə, proqnoz verə bilmək çətinliyi ilə qarşılaşır. Bir sözlə, gələcək dediyimiz məfhum bir o qədər bilinməz və haqqında dəqiq danışılacaq bir şey deyildir. Bütün strukturlar, qurumlar sürətli şəkldə dəyişkliyə məruz qalır və bu dəyişkilik ən qədim təşkilatlanmalardan biri olan təhsil ocaqlarının da dəyişməsinə zəmin yaradır. Bugünki təhsil sistemimizin əsas elementləri XVIII əsrin sonunda Prussiyada formalaşmış, XIX əsrdə isə ABŞ-da inkişaf etmişdir. Bu təhsilin əsas məqsədi əmrlərə tabe olan, zamanını idarə edə bilən, rutin prosesləri həyata keçirib, oxuma-yazmada təməl qaydalara yiyələnən sənaye iqtisadiyyatına bələd bir işçi qrupu hazırlamaq idi. Qeyd edək ki, bu sistem vədəsini çoxdan tamamlamışdır. Artıq bir doğru cavab axtarmaq əvəzinə fərqli cavablar ortaya qoyacaq ağıllı insanların ortaya çıxmasına ehtiyac vardır.

Müasir dövrdə təhsilin istiqamətini sürətlə dəyişən 6 faktor var:

  1. Məlumatın sürətlə artması

  2. Artan maddi tələb

  3. Bərabərsizliklər

  4. Təhsilin elektronlaşması

  5. Köhnə sistemi rədd edən “Z” nəsli

  6. Təhsildə dəyişimi təmin edəcək sahibkarlar (entrepreneurships)

  XXI əsrdə təhsilin əsas hədəfləri ambisiyalı, hədəflərini ortaya qoya bilən, tənqidi düşünə, problemlərin tez bir zamanda dolğun həllini bacaran, birgə əməkdaşlıq, adaptasiya qabiliyyəti, insiyatif və sahibkarlıq fəliyyətlərinə açıq, məlumat əldə etmə və onu analiz etmə qabiliyyətinə, maraq və xəyal dünyası olan gənclərin kəşf edilməsi olacaq.

   XIX əsrin təhsil sisteminin əsas tələblərinə gəlincə onları aşağıdakı kimi sadalamaq mümkündür:

a.Hər bir tələbənin  yüksək şəkildə İngilis dilini bilməsi  və ən az bir kodlaşdırma dilinə yiyələnməsi. Heç şübhəsizki, bunu kod yazmaq üçün deyil, alqoritmik düşünmə və problem həlletmə qabiliyyətini inkişaf etdirmək üçün edəcək;

b. Əlinə düşən hər bir fürsətdə fərqli qurumlarda stajlı və ya part-time işləmək;

c. Aktiv təhsil verən qurumlara baş vurmaq, dinləməklə yanaşı, düşünüb, danışıb və tətbiq edərək öyrənməyə həvəs göstərmək;

d. Karyera planlamasına fikir vermək;

e. Ölkədaxili, mümkün qədər xaricdə yay düşərgələrində iştirak etmək;

f. Qrup işlərində işləmə qabiliyyətini artıracaq bütün fəaliyyətlərdə yaxından iştirak etmək.

  Heç şübhəsiz ki, hər hansısa bir ixtisasa yiylənmək üçün təhsilin əldə ediləcəyi mühit və zəmin da bir o qədər əhəmiyyətlidir. Bu məqsədlə gənclərimizə mümkün qədər xaricdə təhsilə üsünlük vermələri tövsiyə edilir. Ancaq bu, yenə də işin tam həlli demək deyildir. Təhsil barəsində verilən qərar insan həyatının ən vacib məqamıdır. Bu səbəbdən hər bir addımdan öncə nəyə sahib olmaq istədiyin, gələcəkdə hansı peşələrə yiyələnib, nə cür fəaliyyətlərdə olmaq istədiyini dəqiq müəyyən etmək ən vacib addım hesab edilir. Bunun yolu isə  zamanın ruhunu anlamaq, gələcəklə bağlı geniş düşüncəyə sahib olmaq və bu yolda addımlayacağın bir yol yoldaşı, məsləhətçiyə bel bağlamaqdır. Bunun üçün:

  1. Məzmun (kirikulum) əvəzinə bacarıqları ortaya qoyacaq fəaliyyətlərə üstünlük vermək;

  2. Reallıqlar nə tələb edirsə, onu əldə etmək (əlavə bilgi zərərli olmasa belə, vaxtını vacib olan şeylərə ayırmaq)

  3. Beynəlxalq statuslu təhsil 

  4. Sahibkarlıq qabiliyyətini inkişaf etdirəcək fəaliyyətlər 

  5. Online kurslar (Coursera, Edex, FutureLearn və.s)

  Digər bir mühüm məqam isə gələcəkdə iş həyatına atılarkən məqsədinizin bəlli olmasıdır. Bir çox insan “Nə üçün işləyirsən?” sualına heç şübhəsiz “Pul qazanmaq üçün”-deyə, cavab verəcək. Ancaq əminliklə deyə bilərəm ki, bəzən heç bunun fərqinə belə varmırıq, nə üçün işlədiyimizi, məqsədimizin nə olduğunu bilmirik. Çünki hər zaman başqalarının bizim üçün qoyduğu hədəflər çərçivəsində işləməyə o qədər öyrəncəliyik ki, bu sual ətrafından belə son qədər geniş düşünüb-daşınmaq həvəsimiz olmur.  Unutmayın ki, karyeranızı müəyyən edəcək amil sizin seçiminizdir. İndi siz seçin, nə üçün işləyir və ya işləyəcəksiniz?

  1. Maddi qazanc

  2. Güc əldə etmək

  3. Müxtəliflik

  4. Həyat tərzini dəyişmək

  5. Azad olmaq

  6. İntellektual hədəflər

  7. Başqalarına faydalı olmaq

  8. Təhlükəsizlik

  9. Prestij, bahalı və marka geyimlər geyinmək

  10. Aidiyyat hissi, ortaq dəyərlər və maraqlar 

  11. Başqalarını və onlar arasındakı əlaqələri idarə etmək

  12.  Tanınmaq

  Unutmayın ki, əgər sizin üçün intellektual hədəflər əhəmiyyət kəsb edirsə, bir şirkətdə mütəxəssis və analitik kimi işləmək sizə çətin olacaq. Əgər sərbəst olmaq istəyirsinizsə, sahibkarlıq sizin üçün ən ideal ola bilər.Aidiyyat, başqalarına fayda vermək niyyətindəsiniszə, müəllimlik(mentorluq) və ya QHT-a üz tutmaq ən ideal variant olacaq. Onu da yaddan çıxarmayın ki, həyatda “Nə üçün işləyirsiniz?” sualından daha çətin və fəlsəfi bir sual vardır: “Həyatın məqsədi nədir?” Elə düşünürəm ki, hər tələbə məzun olmadan öncə bu suala öz-özlüyündə cavab tapmalıdır. 

Referans:

  1. Erhan Erkut. Kendisini Farklılaştıran Üniversite Öğrencisi Dünyayı da Farklılaştırır. 

  2. https://www.mbaskool.com/business-concepts/human-resources-hr-terms/4033-career-planning-.html

  3. https://medium.com/swlh/careers-of-the-future-42-new-professions-of-tomorrow-5d3905f8513

  4. http://erhanerkut.com/egitim/uc-rapor-1-2-3/

 

Dilavər Məmmədov- Təhsil mütəxəssisi/Dinşünas/Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi/Kaspi Təhsil Şirkəti/İdrak Lisey/ Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi-Sədr müavini

Milli Elmlər Akademiyasının Dissertantı 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.