Dünya enerji təlabatı

Dünya enerji təlabatı

Dünya enerji təlabatı

Dünya enerji təlabatı - Neft-qaz mühəndisliyi ixtisası

  Neft-qaz mühəndisliyi neft və təbii qazın yataqlardan çıxarılması prosesini əhatə edir. Bu proses layların kəşfi, layların qiymətləndirilməsi, qazma, istehsal və s kimi bir çox mərhələlərdən ibarətdir. Hər bir mərhələ isə özlüyündə bir neçə müxtəlif tətbiqləri, fərqli iş növlərini əhatə edir. Neft-qaz sənayesi, ümumilikdə, qlobal sənayedir və bütün dünyanın enerji təlabatının böyük bir hissəsini qarşılayır. Azərbaycan üçün isə bu sahəsinin xüsusi əhəmiyyəti vardır. Çünki dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda qazılmışdır, buna görə də bu sahə Azərbaycan iqtisadiyyatında böyük rol oynamaqla yanaşı, ölkə üçün qürur mənbəyidir.

  Neft-qaz mühəndisliyi texniki sahə olduğuna görə nəzəri biliklərlə yanaşı, həmin biliklərin tətbiqi də bu ixtisasda mühüm rol oyanır. Bu sahədə uğurlu olmaq üçün universitet illərindən başlayaraq mühazirələrdə, əyani dərslərdə öyrənilən biliklər istehsalat müəssisələrində tətbiq edilərək möhkəmləndirilməlidir. Bunun üçün müxtəlif yerli və xarici neft-qaz şirkətlərinin texniki kursları və təcrübə proqramları mövcuddur. Baxmayaraq ki, Neft-qaz mühəndisliyi bir çox sahəni əhatə edir, bu sahələr ya bir birinin davamıdır, ya da bir-biri ilə birbaşa əlaqəlidir. Ona görə də bu prosesin hansı hissəsində ixtisaslaşmadan asılı olmayaraq bütün proses haqqında dolğun bilikləri sahib olmaq lazımdır.

  Azərbaycanın neft sənayesi dünyanın ən qədim neft sənayelərindən olduğundan bu ixtisas Azərbaycanda çoxdan tədris edilir. Ölkənin bir çox texniki universitetlərində bu ixtisas mövcuddur.

  Hal-hazırda Azərbaycanın neft-qaz sahəsi üzrə ixtisaslaşmış univesitetlərində, xüsusi ilə yeni təsis olunmuş universitetlərdə bu ixtisas dünya standardlarına uyğun tədris edilir. Bakalavr səviyyəsində ölkə daxilində bu ixtisas üzrə keyfiyyətli tədris olmaq mümkündür. Təhsilin ingilis dilində olması beynəlxalq şirkətlərdə iş imkanı qazanmaqda üstünlük təmin edir.

  Neft-qaz sənayenin qloballığı məzunlara beynəlxalq səviyyədə hədsiz dərəcədə geniş karyera imkanları yaradır. Bu ixtisasın məzunları adətən spesifik bir sahə üzrə ixtisaslaşırlar, və onların həm milli, həm beynəlxalq neft və qaz şirkətlərində, həm də həmin şirkətlərə xidmət təqdim edən servis şirkətlərində geniş iş imkanı və seçimi olur.

  Bu sahədə işə başlamaq üçün təcrübə proqramlarında iştirak edib praktiki biliklər əldə etmək çox vacibdir. Bir çox hallarda şirkətlər təcrübə proqramlarının sonunda iştirakçılar arasından seçim edirlər. Məhz elə  buna görə də təcrübə proqramları bu ixtisasda mühüm başlanğıc hesab olunur.

  

Münəvvər Salmanova.
Schlumberger Angola, Sahə mühəndisi.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.