Elmin açarı - Riyaziyyat

Elmin açarı - Riyaziyyat

Elmin açarı - Riyaziyyat

 Riyaziyyat  sözü antik yunan dilində məlumat, öyrənmək, işləmək mənasını verən “máthēma” sözündən gəlməkdədir.

  Riyaziyyat insanoğlunun sonsuz mənalandırma qabiliyyətinin mükəmməl bir məhsuludur. Həyatı, təbiəti və kainatı anlamaq üçün ən yaxşı yoldur. Amma bir az qarışıq olduğu üçün insanların bir qismi bu elmi sevmir. Halbuki, riyaziyyat çox sirli və əyləncəli yanlara da sahibdir. Bütün elmlərin kralı hesab olunan riyaziyyat elmi 2000 ildən artıqdır ki, insanları maraqlandıran məsələlərin və bəşəriyyətə anlaşılmaz olan fenomenlərin izahatının axtarışındadır.

  Bəşəriyyətin riyazi kəşflərini təhlil etsək görərik ki, bütün dahiyanə tapıntılar qaçılmaz həqiqəti  əldə etmək istəyindən, informasiyanın təhlili və dəqiq mülahizələri ilə müxtəlif təbii hadisələrin tədqiqatı nəticəsində kəşf edilib. Bu gün riyaziyyat  bəşəriyyət üçün heç vaxt olmadığı kimi dəyərlidir,  ona görə də bu riyazi terminlərdə düşünməyi öyrənmək, hər bir şüurlu insan üçün mühüm tapşırıqdır. Riyaziyyat rəqəmlərlə işləməyi sevməyən insanlara belə maraqlı gələ bilər. Riyazi savad ali təhsil alan və almayan hər bir şəxs üçün vacibdir,çünki gündəlik həyatımızın ayrılmaz hissələrindən biridir. “Riyaziyyatı bilməyən kəs heç bir digər elmi öyrənə bilməz. O, hətta öz səhvlərini aşkar edə bilməz”. Riyaziyyatın bir digər rolu da ondan ibarətdir ki, insanın intellektual və yaradıcılıq fəaliyyətini inkişaf etdirir.

 

  Riyaziyyata bilik və qanunları əzbərləməklə deyil, riyazi düşünməklə, riyazi ifadə etmək və riyaziyyatı tətbiq etməyi öyrənməklə yiyələnmək olar. Hər hansı fikrin elmi olması demək həmin fikrin müşahidə, təcrübə, riyazi məntiq və riyazi üsullarla doğrulandığından əmin olmaq deməkdir. Bu dəqiq və etibarlı biliklərdən istifadə edərək gündəlik həyatda olan problemlər həll olunarsa həyat sadələşmiş olar. Buna görə də riyaziyyatı tətbiq və ifadə etmək olduqca vacibdir. Bu bacarıqlar problem yaradan insan yerinə problem həll edən insanların yetişməsinə səbəb olacaqdır.

  Həyatımızı sistemləşdirmək, gündəlik işlərimizi dahada planlı şəkildə görməyimizdə, beynimizi inkişaf etdirməyimizdə riyaziyyatın rolu böyükdür.

  İxtisasını dərinlikləri ilə bilən riyaziyyatçıya hər bir sahədə ehtiyac var.

Cahid Arifin də dediyi kimi: “Riyaziyyat əsas olaraq səbr hadisəsidir, bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır”.

 

Məmmədova Pərişan

Bakı şəhər 130 nömrəli məktəbin Riyaziyyat müəllimi

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.