Fizika dərslərində məsələ həllinin rolu
Məqalədə fizika dərslərində məsələ həlli üzrə məşğələlərin təşkili və keçirilməsi problemləri həmçinin məsələ həllinin rolu nəzərdən keçirilmişdir.
Açar sözlər və anlayışlar: fizika, məsələlər, fizikadan məsələ həlli, fizika dərsləri, məsələnin həllinin rolu.
Məlum olduğu kimi, fizikadan məsələləri həll edərkən bir sıra mühüm təlim işləri yerinə yetirilir, o cümlədən yeni mövzu üzrə anlayış və qanunauyğunluqlar öyrənilir və möhkənləndirilir, bilik və bacarıqlar formalaşdırılır və inkişaf etdirilir, eləcə də tələbələrin bilik səviyyəsi müəyyənləşdirilir.
Bu gün gənc nəsil fizika ilə bağlı etibarlı bilik və bacarıqlara sahib olmalı və onları praktikada tətbiq edə bilməlidir. Fizika təkcə müəyyən bir obyekt və ya hadisə haqqında bilik sistemi deyil, həm də gələcək hadisələr üçün proqnozlaşdırma və planlaşdırma bacarığı əldə etmək imkanıdır. Sadəcə desək, praktik məsələlərin həlli zamanı təbiətin fiziki qanunlarını, fiziki hadisə və prosesləri qiymətləndirmək, dünyanın vahid fiziki mənzərəsinin formalaşma mexanizmlərini və qanunlarını təhlil etmək üçün tədqiqat mövzusunu müəyyənləşdirmək vacibddir.
Məsələlərin həlli üçün yeni metodikalar tələbələrə məntiqi təfəkkürün psixologiyasını, yaddaşı, diqqəti və hadisələrin mahiyyətinə dərk etmə bacarığını inkişaf etdirməyə kömək edəcəkdir. Məsələləri müstəqil həll etmək bacarığı fizikanı öyrənməyin əsas meyarıdır. Fizikasında məsələlərin həlli üçün məşğələlərə kifayət qədər diqqət verilmir. Dərs saatları bütün ehtiyacları əhatə etmir. Məsələlərin növünü seçmək meyarları tətbiq edilmir, məsələlər həllin növü və mürəkkəbliyi ilə fərqləndirilmir.
Bu məqalə həmin problemlərin, əsasən, aradan qaldırılmasına yönəlmişdir. Bu məqalədə fizikadan məsələlərin həllinin təşkili və yerinə yetirilməsi metodları müzakirə olunur. O cümlədən, seçilən məsələnin əhəmiyyəti, məsələnin həllinə psixoloji yanaşma, müxtəlif çətinlik səviyyəli məsələlər və onlara qoyulan tələblər, eləcə də belə məsələlərin həlli üsulları kimi mövzular ətraflı müzakirə olunur.
Məsələ həllində müəyyən bir ardıcıllıq yaratmaq və ona nəzarət tələbələrin müstəqil düşüncəsinin düzgün inkişafına kömək edir. Bu zaman məsələlər tələbələrin marağına səbəb olacaq şəkildə seçilir. Sadəcə desək, müşahidə, təcrübə və ya eksperimental suallarla bağlı texniki problemlər və onların həlli ən effektiv üsullardır.
Bu cür məsələlər, birincisi, tələbələrə müstəqil düşünmə bacarıqlarını inkişaf etdirilməyə, ikincisi, hadisələri təhlil etməyə və fiziki hadisənin və ya prosesin mahiyyətini qiymətləndirməyə kömək edir. Həmçinin, bu məsələlər praktikada səhv etmədən təcrübə qoymağa, nəzəri və praktik biliklər əsasında müstəqil nəticələr çıxarmağa kömək edəcəkdir.
Nəzəri cəhətdən baxılan məsələni sınaqdan keçirilənin təcrübədə elmi bilik səviyyəsinin meyarı kimi qəbul etmək olar. Hər hansı bir müstəqil iş kimi, belə məsələlərin həlli biliklərin möhkəmləndirilməsinə və praktik bacarıqların formalaşmasına, onları düzgün həll etmək qabiliyyətinin inkişafına müsbət təsir göstərir.
Məsələlərin həlli prosesi müəllimlərə tələbələrin uğurlarını və çatışmazlıqlarını, həmçinin təhsilin səmərəliliyini daim izləmək imkanı verir. Tələbələr məsələni müstəqil həll edərkən əvvəlcə məsələnin cavabına baxırlar. Əgər onları standart həll üsulları qane etmirsə, onlar yeni yaradıcı həll üsulları axtarırlar. Yaradıcı məsələ digər məsələlərdən onunla fərqlənir ki, həll prosesində yeni düşünmə tərzi-yaradıcı düşünmə yaranır. Belə nəticəyə gəlmək olar ki, belə məsələin həlli tələbənin müstəqil yaradıcı düşünməsini nəzərdə tutur.
Seçilmiş məsələlərin həlli üçün priyomları yaradarkən didaktik prinsiplərə əsaslanmaq lazımdır, yəni onlar sadədən və mürəkkəbə doğru məntiqi ardıcıllıqla tərtib edilməlidir. Kəsilməz təhsilin bütün mərhələlərində məsələləri tərtib edərkən tələbələrin psixofizioloji dünyagörüşlərini, bilik və bacarıqlarını nəzərə almaq lazımdır. Tələbələrə fizikadan məsələlərin həlli metodikasını öyrədərkən əsas tələblərdə aşağıdakı ardıcıllığa riayət etmək tövsiyə olunur:
-birincisi, məsələlərin həllini məsələnin şərtlərini öyrənmək və qəbul edilmiş simvollara əsaslanaraq məlumatları yazmaqla başlamaq. Məsələnin şərtlərini öyrənmək üçün fiziki hadisəni və ya prosesi təsəvvür etmək;
- ikincisi, məsələdə baxılan fiziki hadisələrə və proseslərə ən ciddi diqqət yetirilməlidir. Həll üsullarından birindən istifadə edilməklə alınan nəticə belə icmalın uğurundan çox asılıdır. Tələbələrin diqqətini ona yönəltmək vacibdir ki, bu təhlil çox vaxt prosesin başlanğıc və son vəziyyətində təsvir olunur və bu prosesi təsvir edən kəmiyyətləri təyin etmək lazımdır;
- üçüncüsü, məsələdəki hadisəni və ya prosesi təsvir edən qanunauyğunluqların (qanun, qayda, düstur) müəyyənləşdirilməsi;
- dördüncüsü, yaradılan tənliklərin düzgünlüyünün və dəqiqliyinin və ya tənliklərin sayını məchulların sayına uyğun olmasının yoxlanması, hesablama üçün son düsturun tapılması.
- beşincisi, düsturdan hesablama üçün istifadə edilməsi və tələb olunan kəmiyyətin hesablanması.
Məsələləri həll edərkən, həmişə kəmiyyətin müxtəlif ölçü vahidi sistemlərdə verilə bilməsinə diqqət yetirmək lazımdır. Buna görə də əvvəlcə bütün kəmiyyətləri eyni vahidlər sisteminə gətirmək lazımdır. Lazım gələrsə, məsələyə uyğun şəkilləri çəkmək və sonra hesablamaları aparmaq məsləhət görülür. Şəkillər, rəsmlər və sxemlər məsələləri həll etməyə və onların məzmununu təhlil etməyə kömək edir. Şəkillərin, rəsmlərin və sxemlərin buraxılması çox vaxt məsələlərin həllini çətinləşdirir və bəzən isə düzgün cavab almağa imkan vermir.
Ə.Yusupov və K. Tursunmetovun işlərində fiziki proseslərin, hadisələrin və qanunauyğunluqların, həll üsullarının təhlili əsasında məsələlər aşağıdakı qruplara bölünür: keyfiyyət, hesablama (arifmetik, cəbri, həndəsi), eksperimental, qrafik və yaradıcı.
Keyfiyyət məsələləri fiziki qanunlar, düsturlar və ifadələr əsasında həll olunan məsələlərdir. Bu cür məsələlərdə mürəkkəb hesablamalar aparılmır. Keyfiyyət məsələləri fiziki hadisələri və qanunauyğunluqları dəqiq təsvir edir, buna görə onlardan mövzunu möhkəmləndirmək üçün istifadə olunur. Buna görə də elmi-metodoloji baxımdan məsələlərin növünü tədris planına uyğun olaraq seçmək vacibdir.
Əvvəllər tipik məsələlərin həlli dərc edilmişdi . Aşağıdakı məsələləri daha ətraflı nəzərdən keçirək.
Arifmetik metod. Məsələni arifmetik metodla həll edərkən fiziki kəmiyyətlər üzərində yalnız arifmetik əməliyyatlar aparılır. Arifmetik metodun xüsusi bir cəhəti ondan ibarətdir ki, burada cəbri tənlikdən istifadə olunmur. Arifmetik metodda məsələləri həll edərkən yalnız hesablama metodlarından istifadə olunur.
Cəbri metod. Məsələləri cəbri biliklər əsasında cəbri metodla həll edərkən düsturlardan istifadə olunur, cəbri tənlikləri yaradılır və həll olunur.
Həndəsi metod. Məsələni həndəsi metodla həll edərkən həndəsi münasibətlərdən istifadə olunur.
Qrafik metod. Qrafik metod həndəsi metodla sıx bağlıdır. Qrafik metodda axtarılan kəmiyyət qrafikdən istifadə edilməklə müəyyən edilir.
Nəzəriyyəni təcrübə ilə əlaqələndirməyin yollarından biri eksperimental məsələlərin həllidir. Eksperimental məsələlərin xüsusi cəhəti ondadır ki, onların həllində laboratoriya işlərindən və ya virtual təcrübələrdən istifadə olunur. Eksperimental məsələlərin həlli prosesində tələbələrin fəallığı və müstəqil fəaliyyəti artır.
Qrafik məsələlər tələbələrin düşünmə qabiliyyətini artırmağa kömək edir. Qrafik məsələlərin həlli prosesində və ev tapşırıqlarının yerinə yetirərkən tələbələr fizika və riyaziyyatın qarşılıqlı əlaqələrindən istifadə edirlər. Qrafik məsələlərdə qrafik məsələnin şərtləri ilə verilir və bəzən qrafiki məlumatlara və ya nəticələrə əsaslanaraq qurmaq tələb olunur.
Yaradıcı məsələlərə praktikada və tələbələrin və şagirdlərin olimpiada və müsabiqələrə hazırlaşdırılması prosesində rast gəlinir. Təhsil prosesində yaradıcı məsələlardan çox nadir hallarda istifadə olunur, lakin onlar tələbələrin zehni fəallığını artırmaq üçün, eləcə də istedadlı tələbələrlə işləyərkən böyük əhəmiyyət kəsb edir.
Beləliklə, fizikadan eləcə də digər fənlərdən məsələlərin həlli üzrə məşğələləri təşkil edərkən aşağıdakılara riayət etmək zəruridir:
birincisi, elmi-metodiki cəhətdən məsələlərin tipini və sayını düzgün seçmək; ikincisi, bu məqsədlə məqalə müəllifləri tərəfindən tərtib edilmiş dərslikdən istifadə edərək məsələləri mürəkkəblik dərəcəsinə görə fərqləndirmək; üçüncüsü, məsələlərin tipi və sayını tədris qrupunun səviyyəsinə görə seçmək.
Məsələlərin həlli üzrə məşğələlərin düzgün elmi-metodiki təşkili və keçirilməsi tələbələrin biliklərini möhkəmləndirə və dərinləşdirə, onlarda yaradıcı təfəkkürü, nizam-intizama sevgini inkişaf etdirə və elmi araşdırmalara bacarığı formalaşdıra bilər.
Müəllif : Cahangirov Murad Muxtar oğlu
Fizika üzrə fəlsəfə doktoru
Əlavə dəstək üçün muradcahangirov@mail.ru ünvani ilə əlaqə saxlaya bilərsiniz.
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.