Fizika ilə uğurlu gələcəyini kəşf et

Fizika ilə uğurlu gələcəyini kəşf et

Fizika ilə uğurlu gələcəyini kəşf et

  Fizika ilə uğurlu gələcəyini kəşf et

  Fizika elmi – maddi aləmi təşkil edən cisimlər arasında mövcud olan qanunları öyrənən elmdir. Bizi əhatə edən maddi varlıq isə təbiətdir. Təbiətdə baş verən fiziki proseslər və bu proseslərin tabe olduğu qanunlar,qanunauyğunluqlar və hadisələrin əlaqə və səbəblərini məhz Fizika elmi araşdırır və müəyyən edir.

   Ölkəmizdə 1919-cu ildən ali məktəblərdə Fizika bir elm kimi tədris olunmağa başlamışdır. Ali məktəblərdə tədris, Ümumi Fizika kursunun mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom və nüvə fizikasından ibarətdir. 

   Fizika elmi texniki elm qrupuna daxil olduğundan tədrisi həm nəzəri, həm də tətbiqi olmaqla iki istiqamətdə aparılır. Tədrisin tətbiqi istiqamətdə aparılması üçün üniversitetlərdə laboratoriyalar mövcuddur. Laboratoriyalarda yerləşdirilmiş cihaz və ya qurğular vasitəsilə siz həm müşahidə edərək öyrənə, həm də tətbiq edərək mövzuları qavraya bilərsiniz.  Bundan başqa, bakalavrda fizika ixtisasına yiyələnən hər bir məzun üçün yerli və xarici təcrübə proqramlarına qoşulmaq, bu elmin ən müasir istiqaməti olan nanotexnologiya ilə məşğul olmaq şansı yaradılır. 

   Hal hazırda isə fizika elmi müxtəlif  elm sahələrinə bölünərək sürətlə inkişaf edir. Bu sürətli inkişafın həcmi gün keçdikcə artır və yeni informasiya texnologiyalarından, müasir avadanlıq və qurğulardan istifadə olunmağa başanılır.

  Müasir fizika, elementar zərrəcikləri, molekulun atom və nüvələrini, makroskopik aqreqatlarını – bərk cisimlərin, mayelərin və qazların təqdiqi ilə məşğul olur.

  Fizika digər elmlərlə müqayisədə nisbətən çətin elm sahəsi olmasına baxmayaraq özündə bütün təbiət qanunauyğunluqlarını cəmləyir. Buna görə də təcrübələrlə hər hansı hadisəni əyani görmək, bu elmin çətinlik dərəcəsini azaldır və hətta əyləncəli tərəflərindən biridir deyə bilərəm.

  Universitetdə təhsil aldığınız 4 il ərzində beynəlxalq bilik yarışlarında və konfranslarda iştirak etmək imkanı yaradılır. Bu həm ixtisasınızı daha yaxşı mənimsəməyiniz üçün, həm də sosial əhatənizin genişlənməsi üçün faydalı olacaqdır. Daha sonra müxtəlif təcrübə proqramlarına qoşulmaq, müəllim ixtisasında təhsil alanlar üçün nəzərdə tutulan təlim və seminarlara qatılaraq bu sahədə özünüzü inkişaf etdirməyinizi tövsiyə edərdim. 4 il ərzində əldə etdiyiniz yeni məlumatlar və təcrübələrdə iştirakınız sonrakı iş həyatınızda sizin köməyinizə çatacaq.  

   Fizikanı daha dərindən öyrənmək, eyni zamanda ixtisaslaşmış mütəxəssis olmaq istəyənlər üçün magistratura təhsili, daha sonra doktorantura təhsili də almaq mümkündür. Magistratura təhsili müddətində sizə öz biliklərinizi nümayiş etdirmək,  xaricdə baş tutacaq bir çox proqramlara qoşulmağınız üçün imkanlar yaradılır. Son olaraq deyə bilərəm ki, universitetlərimizdə Fizika elminin yüksək səviyyədə tədrisi  üçün şərait yaradılmışdır. 

   Əziz abituriyentlər, hal-hazırda sizin üçün ən önəmli məqamlardan biri gələcəkdə öz sahənizdə mütəxəssis kimi yetişməyiniz üçün doğru peşə sahibi olmağınızdır. Gələcəkdə işinə vurğun və ixtisasına sərf etdiyi vaxtın hər anından həzz alan bir mütəxəssis olmaq istəyirsinizsə, bugün yüz ölçüb bir biçməlisiniz. Bu ən məsuliyyətli yolda hər birinizə uğurlar arzu edirəm. 

 

Əfsanə Əmmayeva, 

Bakı Dövlət Universiteti, Kvant Elektonikası ixtisası magistr 2-ci kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.