Gələcəkdə uğur qazanacağım seçim

 Gələcəkdə uğur qazanacağım seçim

Gələcəkdə uğur qazanacağım seçim

  Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr daşınmaları optimizə etməyi, nəqliyyat vasitələrinin hərəkət rejimi və şərtlərini öyrənir, nəqliyyat daşınmalarında marşrutlar üzrə ixtisaslaşırlar. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi  həm yerli, həm də xarici şirkətlərdə çox tələbat olan ixtisasdır. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi ixtisası qısa formada nəqliyyat logistikası adlanır. Bu ixtisas üzrə təhsilini başa vuran tələbələr logistika ilə məşğul olan şirkətlərdə, nəqliyyat müəssisələrində, elmi-tədqiqat institutlarında, layihə təşkilatlarında çalışa bilər, yol hərəkəti təhlükəsizliyi mühəndisliyi, dispetçer, dövlət inspektoru və s. kimi fəaliyyət göstərə bilərlər.   Bu ixtisas üzrə təhsilini başa vurmuş tələbələr məhsulu təyinat nöqtəsinə çatdırmaq üçün hesablama, analiz aparan, ən yaxşı variantı seçən, xərci azaldıb, mənfəət yüksəldən mühəndis olacaqlar. 

    Yuxarıda qeyd etdiyimiz kimi ixtisas qısa formada nəqliyyat logistikası adlanır. Sual oluna bilər bəs logistika nədir ? 

   Logistika – məhsulunəmtəənin, servizin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyatxidmətanbar, materialların komplektləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.

    Logistika sahəsi materialların və hazır məhsulların alınması, daşınması, saxlanması və paylanmasını əhatə edir. Logistika – geniş peşəkar istiqamətdir, hansı ki, bütün dünyada bir çox mütəxəssisi birləşdirir. Xüsusilə, logistika malların və xidmətlərin – xammal təchizatçılarından istehlakçılara qədər bütün çatdırılma və bölgü prosesinə cavabdehdir.

    Logistika malların hərəkət infrastrukturu üçün lazım olan hər şeyin təminatı ilə məşğul olduğu üçün bu sahədə ixtisaslaşmış kadrlar hər yerdə və həmişə lazımdır. Bundan başqa, ali təhsilli işçilər müvafiq əmək haqqına ümid edə bilərlər. Xarici ali məktəblərin tələbələri arasında istiqamət kimi logistikanın məşhurluğu da məhz bununla izah olunur.

    Əgər siz ünsiyyətcilsinizsə, analitik düşünə bilirsinizsə, yaxşı təşkilatçısınızsa və xarici dilləri öyrənməyi sevirsinizsə, “Logistika” ixtisası barədə fikirləşin.

    İxtisaslı kadr kimi yetişmək üçün universitet dövründən aşağıdakılara diqqət yetirmək lazımdır:

- Daima öz üzərində işləmək, xüsusilə, ingilis dilini təkmilləşdirmək, gündəlik bu sahə üzrə materiallar oxumaq, üniveristetdən kənar fəaliyyət, ölkədə fəaliyyət göstərən logistika şirkətlərində tərcübə proqramında iştirak etmək, online kurslara qatılmaq və s. 

   İxtisaslaşmalar:

Xaricdə logistika sahəsində hansı istiqamətləri öyrənmək olar? Bir neçə populyar akademik ixtisaslaşma aşağıda verilib:

• Ümumi logistika

• Malların təslimi və çatdırılması

• İnventarlaşdırma və ehtiyatları idarə etmə

• Anbar uçotu və ehtiyatlara nəzarət

• Logistik zənciri idarəetmə

• Nəqliyyatda idarəetmə

• İstehsalı idarəetmə

• Avtonəqliyyat

• Dəmiryolu daşımaları

• Beynəlxalq daşımalar

• Beynəlxalq gəmiçilik

• Dəniz nəqliyyatı

• Naviqasiya işi

• Yüklərin göndərilməsi

  Xarici universitetlərdə logistikanın öyrənilməsi Bakalavriat səviyyəsində 3-4 il və magistratura səviyyəsində 1-2 il davam edir. Logistika sahəsində ixtisaslaşmış, xüsusilə – idarə və menecer fəaliyyətləri üçün həm ümumi biliklər, həm də dar ixtisaslaşma tələb olunur, Bakalavriatı bitirdikdən sonra mütəxəssislərin əksəriyyəti magistratura səviyyəsində təhsillərini davam etdirirlər.

  “Alman yolu” – Dövriyyənin həcminə görə Almaniyada Logistika 200 milyard avrodan çox dövriyyəsi olan alman iqtisadiyyatının üçüncü əsas sahəsidir. Bu səbəbdən Logistika ölkədə tələb olunan ixtisaslardan biridir. Dünyada Logistikanı müstəqil fənn kimi nadir hallarda öyrənirlər. Lakin Almaniyada ixtisaslaşdırılmış özəl universitet – Kyune Logistika Universiteti fəaliyyət göstərir. Orada hələ ki Magistratura proqramı təklif olunur. Lakin bir sıra Almaniya universitetləri alman dilində Logistikanı tədris edir.

 “Kanada yolu – Son illər Kanada, ABŞ və Meksikanın logistik inteqrasiyası haqqında danışmaq olar. Bu, ölkə ixracının 70%-nin ABŞ-a düşməsi faktından irəli gəlir. Böyük dəmir yolu şirkətlərinin, avtomobil şirkətlərinin birləşməsi baş verib. Ölkələr bir-birindən ən yaxşı logistik təcrübələri mənimsəyir.

   Bu sahə üzrə xaricdə təhsilin zəruriliyi digər sahələrdə olduğu kimi aşağıdakılardan ibarətdir:

1. Xaricdə təhsil almaq istəyən bir çox tələbə yeni  ölkəyə gəldikdə, fərqli mədəni perspektivlər ilə təəccüblənirlər. Xaricdə təhsil aldıqları  zaman fərqli yeni qidalar, ənənələr, sosial atmosferlə tanış olacaqlar.   

2. Xaricdə təhsil almağın ən böyük üstünlüklərindən biri də xarici dili öyrənməkdir. Bir dili öyrənmək üçün həmin ölkədə yaşamaq, bu dili daha tez qavramağa  kömək olur.

3. Xaricdə təhsilini bitirib geri dönən tələbələr artıq mədəniyyət, yeni dil bacarıqları ilə daha fərqli dünyagörüşü ilə müşahidə olunur. İş üçün müraciət etdikləri  şirkətlərdən  daha çox diqqət çəkəcəklər.

4. Gələcəkdə işə götürülən zaman  xaricdə təhsil almış  tələbələrə üstünlük veriləcək. Xaricdə təhsil almış tələbələr ünsiyyətdə, problemlərin həllində, cəmiyyətlə əlaqədə çox fərqlənirlər. İş və karyera həyatlarında çox böyük irəliləyişlər olacaq. 

Ətraflı məlumat üçün  https://ixtisas.az/az/logistika-ve-neqliyyat-texnologiyalari-muhendisliyi-ixtisasi-21

                           Mirəli Xanım,

 Milli Aviasiya Akademiyası, Bakalavr.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.