Günümüzdə Marketinq ixtisası nə qədər prestijlidir?

Günümüzdə Marketinq ixtisası nə qədər prestijlidir?

Günümüzdə Marketinq ixtisası nə qədər prestijlidir?

 

Günümüzdə Marketinq ixtisası nə qədər prestijlidir?

  Marketinq ixtisası - tələbələrə şirkətlərin öz məhsul və xidmətlərini kimlərə, harada, hansı formada satmağı öyrədir. “Müasir marketinqin atası” sayılan Filip Kotler deyir ki, marketinq şəxslərin və ya qrupların istəklərini və ehtiyaclarını dəyəri olan məhsullar yaratmaq, təklif etmək və başqaları ilə mübadilə etmək hesabına ödəyən sosial və ya idarə etmə prosesidir. Bu ixtisas haqqında onlarla, hətta yüzlərlə tərifə rast gələ bilərsiniz. Mənim daha çox bəyəndiyim tərif isə Rusiyada 1 nömrəli marketoloq sayılan İqor Manın verdiyi tərifdir. İqor Man deyir ki, marketinq mövcud müştərilərin saxlanılması, itirilmiş müştərilərin qaytarılması və potensial müştərilərin cəlb olunması üçün atılan addımlar toplusudur. Bu ixtisas üzrə çalışan şəxslər - marketoloq, marketer, bazar araşdırmaçısı adlanırlar.

Bəs uğurlu marketoloq olmaq üçün nə etmək lazımdır?

  Araşdırma, analiz, müqayisə bacarığı bu sektorun ən əsas tələblərindən biridir. Bu səbəbdən sosiologiya, psixologiya, statistika kimi fənlər bu ixtisas üçün xüsusi önəm kəsb edir. Məhz bu ixtisas üzrə təhsil alan və alacaq olan tələbələrin bu fənlərə daha çox diqqət ayırmasını məsləhət görürəm. Bundan əlavə yaradıcılıq, sərbəst düşünmə və qərar vermə bacarığı hər bir marketoloqda olması gərəkən özəlliklərdəndir.

  Bu ixtisası yetərincə biliyə sahib olaraq bitirən tələbələr üçün reklam, marketinq agentliklərində, özəl və ya dövlət şirkətlərində iş imkanları olduqca böyükdür. Günümüzdə ən prestijli ixtisaslardan biri olan marketinq iş imkanları daha çox olan sektorlardan biridir. Əgər ixtisasınız üzrə öyrəndiyiniz nəzəri biliklərinizi praktiki olaraq inkişaf etdirməmisinizsə bunun üçün agentlik və digər özəl şirkətlərdə təcrübə proqramları vardır. Bu təcrübə proqramları vasitəsilə siz iş həyatına ilk addımlarınızı atacaqsınız. Müəyyən qədər təcrübə topladıqdan sonra hər hansı agentlikdə, dövlət və ya özəl şirkətlərin birində işə başlaya bilərsiniz.

  Özüm Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil alıram. 1-ci kursda ixtisasımın marketinq olduğunu bildirəndə qohumlar, tanışlar, dostlar tərəfindən “Marketinq oxuyub marketdə işləyəcəksən?”, “Marketinq market demək deyil ki?” kimi saysız-hesabsız sualları cavablamaqdan bezmişdim. Təkcə universitetdə keçilən dərsləri oxumaq istəmirdim, daima youtube-dən marketinqə aid olan videolara baxır, biznes və marketinqə aid kitablar oxuyurdum. 2-ci kursun əvvəlində özəl şirkətlərin birində “Sosial Media Marketinqi” (SMM) üzrə təşkil olunan təcrübə proqramarının birində 3 aylıq təcrübəçi kimi işə başladım. Müəyyən qədər təcrübə topladıqdan sonra, özəl şirkətlərin birində işə başladım. Siz hər bir işdə müəyyən qədər çətinliklərə rast gələ bilərsiniz amma həvəsdən düşmək lazım deyil. Qarşınıza qoyduğunuz məqsəd üçün əlinizdən gələnin daha çoxunu etməyə çalışın. İnanın ki, hədəfiniz və məqsədiniz varsa, bacaracaqsınız. Uğurlar!

 


Nadir Ağabəyov (Sosial Media Marketinq Menecer)

nadir.agabeyov@taim.az

https://www.facebook.com/agabaynadir

 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.