Həyatımızı dəyişə biləcək sahə - İnformatika

Həyatımızı dəyişə biləcək sahə - İnformatika

Həyatımızı dəyişə biləcək sahə - İnformatika

 İnformatika – informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlib. İnformatika verilənlərin toplanması, saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsidir.  Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda öyrənilmişdir. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçirici materiallar, plastmasslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt. İngilisdilli ölkələrdə “informatika” termininin əvəzinə “computer science” terminindən istifadə olunur.

İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir.

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyatdır. Beləliklə, iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsusi ehtiyac yaranır. Ona görə də informatika ilə iqtisadiyyatın çox tərəfli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır.

Günümüz kompüter dövrüdür və bunu öyrənmək üçün informakita fənni bizə kömək olur. İnformatika ilk başda sənə çətin gələ bilər, ancaq öyrənməyə başladığın andan necə sadə və maraqlı olduğunu görəcəksən. Daha həvəslə öyrənməyə başlayıb geniş məlumat toplamaq istəyəcəksən. İnformatika fənni sənə kompüter haqqında təməl savad verəcək. Öyrəndiyin kompüter biliklərinin elmin istənilən sahəsində sənin köməyinə gəldiyini görəcəksən. Gerçəkdir ki, lap əvvəllərdən ümumi təhsil məktəblərində informatika fənninə geniş yer ayrılmamışdır, ancaq bugün bu sahədə geniş miqyaslı işlər görülüb. Ən əsası demək olar ki, məktəblərin çox hissəsi fərdi kompüterlərlə təmin edilib. İnformatika dedikdə ağlımıza kompüter gəlir və kompüterdə işləməyi bacaran hər kəs peşəsindən asılı olmayaraq işlərində uğurlu olacaq. Günümüzün əsas tələblərindən biri də ixtisasla yanaşı kompüter və dil biliklərimizin olmasıdır. “Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi, İnformasiya kommunikasiya texnologiyalari, İnformakita müəllimliyi” və başqa bir neçə ixtisas adı çəkmək olar ki, hazırda bu sahələr üzrə ixtisasını bilən savadlı kadrlara ehtiyac var.

Aslanbəyli Selcan

A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın İnformatika müəllimi.

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.