İnsan resurslarının idarə edilməsi

İnsan resurslarının idarə edilməsi

İnsan resurslarının idarə edilməsi

  Tarix boyu sivilizasiyanın inkişafı səbəbindən müxtəlif sahələrə tələb artmaqla yanaşı tibb, hüquq kimi az sayda sahələr özlərini peşəyə çevirməklə yanaşı digər sahələrin də peşəyə çevrilməsinə və peşə daxilində ixtisasların formalaşına təkan verib. Bu baxımdan istər dövlətin, istərsə də müəssisələrin idarə edilməsi üçün bu təşkilatlarda müxtəlif ixtisaslara aid peşə sahibləri yer almağa başladı. 

  Maliyyə sahəsinin obyekti pul, marketinq sahəsinin obyekti əmtəə və xidmətlər olduğu kimi İnsan resursları sahəsi və ya peşəsinin obyekti isə insandır. 

  Dövlətin inkişafı da ilk növbədə onun iqtisadiyyatının inkişafını təmin edəcək insan kapitalından, yəni səriştəli və ya təhsilli, sağlam insandan asılıdır.

  Sirr deyil ki, dövlətin özündə də müvafiq nazirlik və ya müəssisələri də insan resursları funksiyası olaraq həyata keçirdiyini görə bilərik.

  Buna görə də ölkədə sağlamlıq, təhlükəsizlik, təhsil və s. kimi zəruri ictimai ehtiyacları reallaşdıran funksiya insan resursları sahəsidir və hər hansı ölkədə Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Təhlükəsizliklə məşğul olan qurumlar bu fəaliyyəti həyata keçirirlər.

  İnsan məhsuldar qüvvə olmaqla pul, avadanlıq, məhsul (əmtəə və xidmət) və s. kimi resursları idarə etdiyindən səriştəli kadr özlüyündə digər sahələrin də uğurlu işləməsinə təsir edir.

Bəs insan resurslarının idarə edilməsi nədir ?

  İnsan resursları sahəsinə müxtəlif təriflər verə bilərik. Amma qısaca olaraq insan resurslarının idarə edilməsi təşkilatın məqsədlərinə nail olması üçün lazımi kəmiyyət və keyfiyyətdə işçi ehtiyacını müəyyən edən, işə qəbul edən, təlim və karyera yolu ilə inkişaf etdirən, işçilərin fəaliyyətlərini idarə edən, onların əməyinin ödənilməsi və şirkətdə insanların sağlamlığını, əməyinin mühafizəsini və şirkət təhlükəsizliyini təmin edən fəaliyyətdir. Qısaca olaraq, təşkilatı məqsədlərə çatmaq üçün iş qüvvəsinin effektiv və səmərəli idarə edilməsi kimi tərif verə bilərik.

  Sovet dövründə müəssisələrdə kadrlar şöbəsi olaraq adlanmaqla əsas işə qəbul, işdən azad kimi fəaliyyətləri həyata keçirən bir şöbə kimi daha çox yadda qalıb. Günümüzdə isə insan amilinin əhəmiyyətinin artması müəssisələrdə insan resursları şöbəsi olaraq adlanır. Amma təbii ki, insan resurslarının hər funksiyası eyni əhəmiyyət daşımır. 

  Müəssisənin ölçüsündən asılı olaraq insan resursları şöbəsi olmasa belə, müəssisənin işçi ehtiyacını qarşılamaq üçün bu fəaliyyəti icra edən vəzifəyə və  ya mütəxəssisə ehtiyac duyulur. 

  Ölkəmizdə hal-hazırda müxtəlif sahələrində kadrların çatışmazlığı bu kadrların cəlb edilməsi, kadrların hazırlanması, yüksək fəaliyyət nümayiş etdirmək üçün insan resursları sistemlərini quracaq və s.  kimi insan resursları fəaliyyətlərində ixtisaslı insan resursları peşəkarına ehtiyac gündən-günə artır. 

  Rəqabətin güclənməsi artıq müəssisələrdə də ixtisaslı kadrların işə götürülməsi və əldə saxlanılması baxımdan insan resursları peşəkarlarına olan ehtiyacı daha da artıracaq. 

  Hal-hazırda insan resursları sahəsində ixtisaslaşmaq üçün universiterlərdə biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə təhsil almaq ilkin ixtisaslaşma üçün zəruridir. Bu fakültə üzrə təhsil almaq müəssisələrdə insan resursları sahəsi ilə yanaşı digər sahələrinin necə işlədiyini öyrənmək imkanı verəcək. 

  Azərbaycanda Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Bakı Mühəndislik Univeristeti kimi təhsil müəssisələri ilə yanaşı Abşda Miçiqan Universiteti, Böyük Britaniyada Lansester univeristeti, Börminqem universiteti bu sahədə ixtisaslaşmaq üçün düzgün seçim olardı.

  Bu baxımdan bu sahədə daha güclü kadr olmaq üçün müvafiq insan resursları kurslarında iştirak etməklə yanaşı dil və kompüter bilikləri də önəmlidir.

 

  Hal-hazırda insan resurslarının işə qəbul və kadr inzibatçılığı istiqamətləri inkişaf etsə də, böyük şirkətlərdə inkişaf edən digər insan resursları funksiyaları olan təlim, karyera, işçilərin effektiv fəaliyyətinin nümayiş etdirməsi üçün fəaliyyətin idarə edilməsi də daha da önəmlidir

Orxan İsayev

İnsan Resursları üzrə Menecer

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.