İT sahələrinin gələcək inkişafı

İT sahələrinin gələcək inkişafı

İT sahələrinin gələcək inkişafı

 İnformasiya Texnologiyaları sahələri və onların gələcək inkişafı

  Son dövrlərdə dünyamızda İnformasiya Texnologiyalarının sürətli inkişafı bu sahədə olan tələbatın artmasına gətirib çıxarmışdır. Artıq rahatlıqla deyə bilərik ki, elektron informasiyanın sürətli artımı şirkətlərdə  İT komandalarına böyük ehtiyac yaradır. Başqa tərəfdən məsələyə baxsaq, buna bizneslə kompüter elmi arasında əlaqə yaradan sahə  də deyə bilərik (Data Analyst ,BİG Data ,Data Science kimi sahələr nümunədir). Sahənin bölgüsü isə çoxşaxəlidir. Siz bu sahədən yol alıb Təhlükəsizlik sahəsi, Veb dizaynerlik, Android developer, Proqramçı kimi 100 lərlə sahəyə yönələ bilərsiniz.

   İT sahəsində yerli univeristetlərdən çox şey gözləmək lazım deyil. Univeristet sizə yol göstərir və hər sahə haqqında ümumi təməl bilgiləri sizə çatdırır. İT sahəsi çox dinamik bir sahə olduğundan siz daim özünüz inkişafda saxlamalı, yeni texnologiyaları öyrənib tətbiq etməlisiniz.

  Daim özünüz axtarış etməlisiniz. Düşünün, universitet müddəti 4-5 ildir. Sizin universitetdə ilk illərdə aldığınız təhsil artıq bitirənə kimi köhnə, keçmiş bilgi sayıla bilər. İT sahəsinə aid bir çox mənbələr, saytlar, kitablar var. Daim onları izləməyə çalışın. İlk olaraq da ingilis dilini  müəyyən bir səviyyəyə çatdırın ki, gələcəkdə yeni şeyləri daha tez və öz mənbəyindən birbaşa öyrənmə imkanınız olsun.

  Hal-hazırda ölkəmizdəki univeristetlər İT sahəsində çox da inkişaf etmədiyi üçün bu sahədə akademik karyera qurmaq istəyənlərin xaricdə oxumağı onlar üçün böyük avantaj olacaq. Amma yenə də hər şey özünüzdən asılıdır. Xaricə gedib öz üzərinizdə işləməyəcəksinizsə, getməyin adı yoxdur. Xaricdə təhsil sizə çoxlu imkanlar təklif edəcək, lakin istifadəsi sizə qalır artıq. Ölkə olaraq isə Yaponiya, Estoniya, Çin, Macarıstan kimi ölkələri misal göstərmək olar, hansılar ki, heç də əlçatmaz deyil.

  İT sahəsi özlüyündə geniş sahədir və univeristetdə mümkün qədər çox sahəni görmüş olacaqsınız. Sonra bu sahələrdən hansında özünüzü rahat hiss edirsinizsə ora yönəlin. Çalışın spesifik bir sahəni mükəmməl öyrənin və sonra o birilərindən ən azından məlumatınız olsun. İlk başda heç birini tam bilmədiyinizə görə narahat olmayın hər bir sahəni yaxşıca araşdırın yoxlayın . 

Özümü inkişaf necə etdirə  bilərəm? -seçdiyiniz sahə barədə sizi əmin edə bilərəm ki, 100-lərlə vəsait, kitab, online dərslər tapa bilərsiniz. Bacardıqca bir məlumatı bir neçə mənbədən oxuyun. Bu, sizin bu sahədə bilikləri tam yaxşı,anlaşıqlı qavramağınıza kömək olacaq.

   Əgər bir sahəni öyrəndinizsə, ixtisasınızla bağlı təcrübə proqramlarına müraciət etməyə başlayın. Əgər özünüzə kifayət qədər güvənirsinizsə, birbaşa iş müraciətləri də edə bilərsiniz. İş vakansiyalarını Online iş elanları saytından və yaxud birbaşa şirkətlərə yaza bilərsiniz. Proyektlərdə iştirakınız və ya özünüzün hər hansısa bir layihəsi olması iş tapmağınızda müsbət təsir göstərir .

Təbriz Nağıyev, Əli Hüseynov 

(İnformasiya Texnologiyaları)

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.