Maliyyə: Həyata 1-0 öndə başlayın!

Maliyyə: Həyata 1-0 öndə başlayın!

Maliyyə: Həyata 1-0 öndə başlayın!

Maliyyə: Həyata 1-0 öndə başlayın!

  Mən, Nicat Ağayev, ADİU III kurs tələbəsiyəm. Maliyyə ixtisası üzrə təhsil alıram. Sizlərə abituriyent olduğum dönəmdən indiyə qədər keçdiyim yoldan bəhs edəcəyəm. Bu məqaləni oxumaqla başqalarına nisbətən həyata 1−0 öndə başlayacaqsınız. 

  Kiçik yaşlarımdan təhsil sahəsində uğurlar əldə etmişəm. Həmçinin bir sıra uğursuzluqlarım da olub. Səbəbini isə çox gec, universitet illərində anladım. Eyni səhvləri təkrarlamamağınız üçün sizlərə məsləhətlərim olacaq. Abituriyent dövründən başlayaraq sosiallaşın, daxili komplekslərinizi qırın. Səhvlərinizdən qorxmayın, daim öz üzərinizdə çalışın, şəxsi inkişafınıza yatırımlar edin. Hər zaman, amma hər zaman böyük düşünün, xəyallarınızı universitetlə məhdudlaşdırmayın. Çünki universitet uzun həyat yolunda kiçik bir açardır. Gələcəyiniz isə bu kiçik açarın açacağı bağlı qapıların arxasında dayanır.  

Universitet illərini faydalı keçirmək üçün nələri etməliyik?

  İlk olaraq, tələbəlik illərindən universitet daxilindəki təşkilatlarda (THİK, TGT, TEC və s.) fəaliyyət göstərməyə çalışın. Təşkil olunan ödənişsiz təlimlərdən, forumlardan yararlanın. Təlimlər sayəsində biliklərinizlə yanaşı, əlaqələriniz də artacaq. Unutmayın, mütləq hər kəsdən öyrənəcəyiniz yeni bir şey vardır. Netvörkinq (geniş tərəfdaş dairəsi ilə uzunmüddətli münasibətlər) sayəsində əldə etdiyiniz dostluqlar sizə karyera/biznes yolunda böyük üstünlüklər qazandıracaqdır. Bundan əlavə, universitetinizin SABAH qrupları və ya ikili diplom kimi üstünlüklərindən mütləq şəkildə yararlanın. Beynəlxalq dərəcəli sertifikatlar (ACCA, İELTS, TOEFL və s.) əldə etməyə çalışın. Maliyyə ixtisasında ACCA sertifikatı mühüm əhəmiyyət kəsb edir. ACCA F3 sertifikatı sayəsində peşəkar maliyyəçi və ya mühasib kimi karyeranıza başlaya bilərsiniz. 

  İkinci mərhələdə isə özünüzə bir mentor seçin. Seçdiyiniz mentor sizə həyat yolunuzda mayak olacaqdır. Onun sayəsində hədəflərinizə daha qısa zamanda çata biləcəksiniz. Unutmayın dostlar, vaxt insanın ən qiymətli resursudur. Bahalı vaxtınızı əsla ucuza satmayın. Hər şeydən öncə öz üzərinizdə çalışın.

  Sonuncu mərhələdə isə ixtisasınızla bağlı təcrübə proqramlarından yararlanmağa çalışın. Təcrübə proqramına qəbul olunmağınız üçün universitet dərslərindən savayı, yuxarıda qeyd etdiyim iki mərhələni mütləq şəkildə tamamlamalısınz. Əks halda, referansınız aşağı olacaq. Nəticədə sahib olduğunuz CV ilə rəqiblərinizə qarşı üstünlük qazana bilməyəcəksiniz. Öz ixtisasımdan sizlərə nümunə gətirmək istəyirəm. Maliyyə geniş üstünlüklərə malik ixtisasdır. Nəinki iş, hətta təcrübə proqramına qəbul olunmaq üçün kəskin rəqabətlə üzləşməli olursan. Məhz buna görə də qeyd etdiyim ilk iki mərhələni nəzərdən qaçırmayın. Hər zaman planlı şəkildə çalışın, özünüzü SWOT analizi (strategiya və planın hazırlanma metodu) edin. Uğuru yalnız 1% istedad, 99% zəhmətlə əldə edə bilərsiniz. Onun üçün də daim çalışın, dostlar!

Faydalı resurslar

  Son olaraq sizlər üçün tərtib etdiyim kitab siyahısı və fərdi inkişaf materiallarını təqdim edirəm.

Kitablar Fərdi inkişaf üçün YouTube kanalları
  1. Qriqori Petrov “Ağ zanbaqlar ölkəsi”   1. ZehinX
  2. Robert T. Kiyosaki “Varlı ata, Kasıb ata”   2. Elvin Dadaşsoy   
  3. Lev Tolstoy “İnsanı yaşadan nədir?”   3. Languages with Aslan
  4. Coşqun Kərimov “KVAN”   4. Joshgun Karimov   
  5. Coşqun Kərimov “Alamo 13”   5. Rashad Bayramov
  6. Brayan Treysi “Bəhanələrə yox”   6. Parviz Hasanov
  7. Ronda Börn “Sirr”   7. Sarkhan Rustamov
  8. Paulo Koelyo “Kimyagər”   8. You Will Speak 
  9. Mümin Sekman “Hər şey səninlə başlar”   9. Euro Abroad
  10.Anar Bayramov “Biznes idarəçilyi”   10. Barış Özcan

 

Nicat Ağayev,

ADİU III kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.