Məcburi seçim yoxsa arzularımız? - Biologiya

Məcburi seçim yoxsa arzularımız? - Biologiya

Məcburi seçim yoxsa arzularımız? - Biologiya

  Əziz oxucu!

  Ümid edirəm ki, yazdığım məqalə sənin gələcək ixtisas seçimin və karyeran üçün faydalı olacaqdır.

Gəlin sizinlə bir gerçəyi qəbul edək ki, Azərbaycanda 90% dördüncü qrupa hazırlaşan gənclərin əsas məqsədi Tibb Universitetinin tələbəsi olmaqdır. Lakin qəbul imtahanı zamanı topladığmız balın azlığı bizi məcbur edir ki, Tibbi yox, Biologiya ya da Kimya ixtisaslarını seçək.

  Elə mən də xəyalı Tibb, həyatı Bioloq olanlardanam. 

  İndi sizə məcburiyyət qarşısında seçdiyim biologiyanın əslində tam da istədiyim bir peşə olduğu haqqında danışacağam. Ümid edirəm ki, sonda Bioloq olmaq sizin üçün sadəcə seçim yox, həm də arzu olacaq.

  2011-ci ildə qəbul imtahanından az bal topladığım üçün Tibb universitetinə qəbul ola bilmədim. Balım Gəncə Dövlət Universitetinin Biologiya ixtisasına uyğun gəldiyi üçün üz tutdum Gəncədə Biologiya oxumağa.

  Tibb Universitetində təhsil alan dostlarım insan bədənindəki sümüklərin adını əzbərləyəndə, mənim çöldə-çəməndə nə qədər bitki var onların adını əzbərləməyim əvvələr mənə o qədər ağır gədiyini təsəvvür belə edə bilməzdiniz.

  Lakin, bu uzun çəkmədi. Sonrakı kurslarda artıq biz insan orqanizmi ilə bağlı dərslər keçəndə nə qədər gözəl bir ixtisasa sahib olacağım üçün həyəcanlanırdım.

  Mikrobiologiya, Genetika, İmmunologiya, Virusalogiya keçdikcə ixtisasıma daha da marağım artırdı. Və nəticədə mən artıq yay tətillərimdə Biokimya və Mikrobiologiya laboratoriyasında laborant köməkçisi kimi təcrübə eldə etməyə başladım. Laboratoriyada işlədikcə gündəlik qan analizləri,onların nəticələri, mikroblar,göbələklər aləmi, mikroskopla insan orqanizmində yaşayan, hərəkət edən mikroorqanizmlərə baxdıqca başa düşdüm ki,əslində mənim əsl marağım Tibb yox elə Bioloq olmaq imiş.

  Məhz bu ixtisasa marağımın günü gündən artması mənim təhsilimi fərqli ölkələrdə davam etdirməyimə və Biologiya elminin dərinliklərinə yiyələnməyimə səbəb oldu. Bakalavr ixtisasınız Biologiya olarsa, magistraturanı Biologiyanın digər qolları üzrə oxuya bilərsiniz. Məsələn, mənim kimi Mikrobiologiya üzrə ixtisasınızı davam etdirə bilərsiniz. 

  Qeyd edim ki, ölkəmizdə Biologiya ixtisasına maraq az olduğu üçün bu sahədə mütəxəssislər çox azdır və ölkəmizin savadlı kadrlara ehtiyacı var.

  Elə ixtisasın prioritet olması xaricdə bu sahə üzrə təhsil almaq istəyənlər üçün böyük şansdır. Dünyanın ən aparıcı univeristetləri Biologiya, Mikrobiologiya, Genetika və bu kimi sahələrdə tələbələrin təhsil alması üçün hətda təqaüdlər belə təklif edirlər.

  Əvvəl də qeyd etdiyim kimi Bioloq olmaq çox maraqlı bir peşədir. Həyatınızın sonuna qədər durmadan oxuyub, maariflənib və zövq alaraq işləyə biləcəyiniz çox azsaylı peşələrdən biridir.

  Sizə bir sirr verim,əslində bu sahənin ən həyəcanverici hissəsi bilirsiz nədir?
“Həkimlərin belə diaqnoz qoyması üçün biz Bioloqların əldə etdiyi analiz nəticələrinə ehtiyacı olmağı”.

  Təsəvvür edin, savadlı bir Mikrobioloq ya da Biokimyaçısız və həkimlər xəstələrini sizin yanınıza analiz üçün göndərirlər. Sizin verdiyiniz nəticə olmasa, olmaz.

  Odur ki, əgər Biologiya ixtisası üzrə təhsil alacaqsınızsa, bu ixtisasa sevərək yiyələnin. Maraqla oxuyun. Savadlı kadr olmağınız üçün çox çalışın. Bioloq olduğunuz üçün fəxr edin. Unutmayın ki, biz bioloqlar olmasaq, elmi tədqiqat inistutlarında işlər getməz, araşdırmalar aparıla bilməz, insan orqanizmindəki xəstəliklər və onların mənbələri aşkar oluna bilməz.

  Bioloq olmaq yalnız məktəbdə müəllim olmaq demək deyildir!

  Bir bioloq həm də elmi-tədqiqat universitetlərində araşdırmacı, tədqiqatçı, tibbi laboratoriyalarda laborant və kəşfçi ola bilər! 

 

Hörmətlə,

Zərxanım Ağayeva

Mançester Universitetinin – Tibbi Mikrobiologiya üzrə master tələbəsi

 

Biologiya ixtisası ilə bağlı videomüsahibəyə bu linkdən baxa bilərsiniz.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.