Müəllimlik müqəddəs sənətdir

Müəllimlik müqəddəs sənətdir

Müəllimlik müqəddəs sənətdir

 Müəllimlik müqəddəs sənətdir

  Haqqında bəhs edəcəyim ixtisas müəllimlikdir. Ümumiyyətlə, son dövrlər məhz bu ixtisasa olan təlabat böyüməkdədir. Səbəbi isə aydındır, müasir texnologiyalar və elm inkişaf etdikcə məhz onları necə istifadə etmək o cümlədən yaxşılaşdırmaq üçün öyrədə biləcək insanlara da təlabat artır. Həmçinin, özəl və dövlət məktəblərində, o cümlədən universitetlərdə müəllimlərə olan ehtiyac da günü-gündən artmaqdadır. Bundan başqa, müəllimlikdə maaşlar da artmaqdadır və daha stabil sahələrdən hesab olunur. Bu sahədə uğurlu olmaq səbr, təmkin eyni zamanda sevgi tələb edir. Öyrətməyi sevmək lazımdır ki, uğur da ardıyca gəlsin. Çünki auditoriyada dərs demək, şagirdlərlə əks-əlaqə qurmaq onlara fərdi yanaşmaq olduqca önəmlidir. Əgər siz universitetdə sırf müəllimlik ixtisasını seçsəniz və ya hər hansı ixtisas da ola bilər (ola bilsin gələcəkdə məhz universitetdə dərs demək istəyəcəksiniz).

  Çox önəmlidir ki, zaman-zaman təlimlərə, seminarlara qatılasınız. Həmin təlimləri və ya seminarları siz sosial şəbəkələr və ya müxtəlif saytlar vasitəsi ilə tapa bilərsiniz. Təbii ki, ən uyğun vaxt bunun üçün tələbəlik illəridir, çünki boş vaxt tapmaq daha asan olur. Eyni zamanda imkan daxilində xaricdə baş tutacaq qısa müddətli yay və ya qış məktəblərində iştirak da mümkündür.  Yeri gəlmişkən deyim ki, ixtisas üçün xaricdə təhsil də əsas prioritetlərdən ola bilər. Həm daxili dövlət proqramı, həm də xarici təqaüdlər almaq mümkündür. Sadəcə araşdırmaq və ya peşəkarlara müraciət etmək kifayət edir.

    Karyera planlanmasını qurarkən bir neçə məqamlara diqqət yetirmək vacibdir. İlk növbədə müəllimlik sahəsində öncül olan universitetlərə baxılmalıdır. Məhz bu məqam karyeranızın irəliki dönəmində həlledici rol oynaya bilər.

  Mütləq şəkildə universitet zamanı fəallıq göstərmək, müxtəlif könüllülük fəaliyyətlərində iştirak vacibdir.

  Məhz burada siz gələcək peşənizin ilk toxumlarını səpmiş, başqa sözlə desək, təcrübəyə yiyələnmiş olacaqsınız. Çünki işə qəbul zamanı sizin CV-nizdə “iş təcrübəsi” hissəsi ən önəmli məqamlardan biri olacaqdır. Əgər siz həqiqətən də göstərsəniz ki, təcrübəniz var, əlbəttə, digər namizədlərdən öndə olacaqsınız. Qeyd edim ki, sırf müəllimliklə bağlı həm dövlət məktəblərinə, qəbul həm də unviersitetlərə və ya hansısa təhsil mərkəzlərinə qəbul ən müxtəlif formalarla həyata keçirilir və burada vahid bir hazırlıq məsələsi olmadığı üçün qazandığınız hər bir təcrübə və qatıldığınız hər bir təlim sizin sonrakı mərhələdə  uğur qazanmanıza açar ola bilər. Ona görə də sırf ixtisasınızla bağlı hər-hansı məqamı qaçırmayın, bir yerə olmasa da, digər yerə müraciət zamanı çox faydalı ola bilər.

  Eyni zamanda, müəllimlik elə bir sahədir ki, burada auditoriya qarşısına çıxmaq, diqqəti öz üzərinə çəkmək, onu idarə etmək, gələcək hər bir suala hazır olmaq kimi vərdişlər, bacarıqlar mütəmadi olaraq inkişaf etdirilməlidir. Bunun üçün ən müxtəlif kitablar oxumaq, habelə müxtəlif videolara baxmaq, canlı olaraq insanlar qarşısında çıxış etmək sizi çox qabağa apara bilər. 

  Çox zaman tələbələr ilk işi tapmağa tələsmir. Universitet dərslərinin ağırlığı və ya daxili inamsızlıq və bir sıra digər səbəblər onları okeana vaxtından əvvəl atılmağa mane olur. Amma vurğulamaq lazımdır ki, praktiki biliklərin qiyməti nəzəri biliklərdən çox zaman üstün olur. Ona görə də gərəkdir ki, unviersitet oxuyarkən hər hansı təcrübə keçəcəyiniz və eyni zamanda işləyə biləcəyiniz bir yer tapasınız.

   Bu oxuduğunuz yerin nəznində hər hansı mərkəz və ya müxtəlif kurslar ola bilər. Tədris etmək istədiyiniz fənnə başlamazdan əvvəl özünüz qısa müddətə həmin fənnin şagirdi də ola bilərsiniz. Deyək ki, siz universitetdə ingilis dili və ədəbiyyatı oxuyursunuz və ikinci kursdasınız və ingiliscəniz də yaxşı səviyyədədir. Bu zaman siz IELTS müəllimi kimi özünüzü sınamaq istəsəniz, ilk növbətə həmin imtahanın kursuna qatılıb sertifikatı almağınız məsləhətdir.

   Bu zaman siz tədris edəcəyiniz sahənin sirlərinə daha yaxşı yiyələnəcəksiniz və sizə dərs deyən müəllimin metodikasını, yanaşmasını görərək onu öz təcrübənizə qata biləcəksiniz.

   Bu sadəcə bir misal idi, siz özünüz belə müxtəlif üsullarla sahənizə uyğun kanallar tapa və asanlıqla ilk işinizə məhz tələbə kimi yiyələnə bilərsiniz. Lakin ilk iş elə universtet bitdikdən sonra daha qəti olur, çünki bu zaman siz bütün gününüzü işə sərf edə bilə, unviersitet qayğılarından uzaqlaşırsınız. Əsas işinizi seçərkən də məqalənin əvvəlində dediyim kimi səbrli olamaq vacibdir. İlk vaxtlar az maaşa qane olmaq və təcrübəyə köklənmək çox önəmlidir. Çünki bir çox yerlərdə olduğu kimi bu sahədə də müəyyən təcrübə daha yüksək əmək haqqı ilə qiymətləndirilir.

  Düşünməyin ki, gördüyünüz işin müqabilində aldığınız pul azdır ona görə ki, bu sizi demotivasiya edə bilər.

  Həmin işinizdə qalmaqla  parelel olaraq başqa sahənizlə əlaqəli işlərə baxa bilərsiniz. İşin əvvəlində hər şey sizə çox çətin görsənə bilər, lakin irəlilədikcə görəcəksiniz ki, əslində hər şey düşünüldüyü qədər çətin deyildir. 

   İlk addımlarınızı atarkən qorxmayın və mümkün qədər qətiyyətli olun. Unutmayın ki, digər qeyri-ixtisas işlərində qısa müddətdə daha çox pul təklifi görə bilərsiniz, lakin bu pul artan olmur və uzun müddət stabil olaraq qalır. Lakin ixtisasınız sizə çoxsaylı imkanlar təqdim edir ki, onu daha dərin bildiyinizdən hər-bir iş yerində qiymətli şəxsə çevrilirsiniz. Hər-birinizə uğurlar arzu edirəm, ümid edirəm ki, doğurdan da bu peşəni seçsəniz, onu sevərək edəcəksiniz. Öyrətmək və olduğunuz toplumu maarifləndirmək müqəddəs bir işdir. Bu yolda sizə hər şeyin ən yaxşısını diləyirəm.

 

 Aysu Savaqatova

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.