Neft-qaz sahəsi ilə bağlı peşələr

Neft-qaz sahəsi ilə bağlı peşələr

Neft-qaz sahəsi ilə bağlı peşələr

  Abituriyentlərin ixtisas seçimi zamanı onlara təqdim olunan peşələrdən bir qismi neft-qaz sahəsi ilə bağlıdır. Bu məqaləmdə neft-qaz sahəsi peşələri ilə bağlı ölkəmizdə hansı prespektivlərin olması haqda məlumat vermək istəyərdim.

  Ümumiyyətlə, neft-qaz sahəsi qlobal səviyyədə gəlir baxımından yüksək cəlbediciliyi olan sahələrdən biridir. Son illərdə neft qiymətlərinin mühüm dərəcədə aşağı enməsi və bu sahədəki gəlirlərin azalmasına baxmayaraq neft-qaz sahəsi yenə də ən yuxarı reytinqlərdən birini qoruyub saxlamağa nail olmuşdur. Neft-qaz ehtiyatlarının tükənməsini və qlobal prosesləri nəzərə alaraq ekspertlər bu sahənin gəlirlərinin yaxın 10-15 ildə aşağı düşəcəyini proqnozlaşdırsalar da, hələ bu dövrün dünya gəncləri üçün xeyli qabaqda olduğunu düşünürəm. Bütün bu qlobal vəziyyəti və ölkəmizin əsas gəlir mənbəyinin neft-qaz sahəsi olduğunu nəzərə alsaq, abituriyentlər üçün ən prespektivli sahələrdən birinin neft-qaz sektoru olduğunu bildirə bilərəm.

  Artıq illərdir ki, bu sahədə çalışıram və dəfələrlə gənc kadrlara nə qədər ehtiyac olduğunun şahidi olmuşam. Doğrudur ki, gənc yeni kadrlar işə cəlb olunur, ancaq bu say baxımından yetərli deyil. Bu sahə üzrə layihələr paralel şəkildə respublikamızda bir neçə yerdə həyata keçirildikdə yerli kadrların azlığı açıq aydın hiss olunur. Hələ də bu cür layihələrdə xarici vətəndaşların müəyyən say çoxluğu ilə rastlaşırıq. 

  Ölkəmizin idarəedici orqanlarının yerli və xarici şirkətlərdən yerli mütəxəssislərin say nisbətinin daha çox olmasını tələb etməsi və bu istiqamətdəki təzyiqləri artıq neft-qaz sahəsində yerli əməkdaşların sayının ildən-ilə artmasına səbəb olur. Bundan əlavə, Bakı Ali Neft Məktəbi məzunlarının SOCAR tərəfindən müxtəlif yerli və xarici nef-qaz şirkətlərinə yerləşdirilməsi həyata keçirilir. Bütün bunlar ölkəmizin gəncləri üçün çox sevindirici haldır. Çox istərdim ki, başqa universitet məzunları da eyni qayda ilə işlə təmin oluna bilərdi.

Bütün yuxarıda qeyd etdiyim məqamları nəzərə alaraq abituriyentlərə neft-qaz sahəsi ilə bağlı peşələr seçməyi məsləhət edərdim. Gələcəyinizin uğurlu olması naminə!

 

Məqalə müəllifi

Rauf Təyyar oğlu Nuriyev

Neft-qaz sahəsinin tikinti sektorunda boru işləri üzrə mühəndis (5 müxtəlif yerli və xarici şirkətlərdə 10 il təcrübəyə malik şəxs) 

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.