Niyə məhz “Beynəlxalq münasibətlər”?

Niyə məhz “Beynəlxalq münasibətlər”?

Niyə məhz “Beynəlxalq münasibətlər”?

 Diplomatiya sahəsinin təməli hesab edilə biləcək olan “Beynəlxalq münasibətlər” fakültəsi ilk dəfə  20-ci əsrin ilk yarısında bir təhsil sahəsi olaraq magistratura və bakalavr səviyyələrində öyrədilməyə başlamışdır. Bu sahəni seçən tələbələr gələcəyin ixtisaslı akademik və diplomatları olaraq yetişdirir. Bu istiqamətdə beynəlxalq dərəcədə məhşur olan alimlərin araşdırmalarını və digər faydalı dərsliklərindən referans alır. Belə ki, siyasi nəzəriyyə, beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq kooperasiya və ticarət kimi dərslər bu sahədə tələbələr üçün təməl dərslər hesab olunur. Bilavasitə ixtisaslaşma yönündə baza-informasiya rolunu oynayır. Lakin bu ixtisas təkcə siyasi elmlərlə limitlənmir, eyni zamanda tələbələrə mikro və makro-iqtisadiyyat, statistika, məlumat idarəetmə sistemləri kimi dərsliklər vasitəsilə riyazi, texniki və iqtisadi biliklər aşılayır. Bundan əlavə olaraq isə tələbələr təməl hüquq dərslərində də iştirak edir. Hansı ki, beynalxalq münasibətlər ixtisasının əsası sayıla biləcək BMT, AŞ, Avropa Birliyi, Şimali Atlantika Müqaviləsi Təşkilatı və s. kimi beynəlxalq qurumların hüquq sistemini və bu sistemin dövlətlərarası siyasi münasibətlərinin tənzimlənməsi yolundakı rolunu öyrənmiş olurlar. Bütün bu dərslərin arasında ən önəmlisi isə, zənnimcə, akademik yazı tərzini və bununla eyni anda elmi araşdırma metodlarını professional şəkildə öyrədən dərslərdir. Belə ki, bu dərslər sayəsində istənilən beynəlxalq, xarici və ya daxili siyasət və ya hər hansı sosial məsələlərlə bağlı fərdi və ya qrup şəklində elmi araşdırma etmək, uğurlu araşdırma edildiyi halda isə məqaləni beynəlxaq jurnal, sayt və ya qəzetlərdə dərc etdirmək mümkündür. 

  Əlbəttə ki, tələbələr əgər özlərini gələcəyin ixtisaslı və bacarıqlı kadrı kimi yetişdirmək istəyirlərsə,  bu yolda atılacaq əsas addımlardan biri də universitet həyatı boyunca yiyələndikləri nəzəri bilikləri praktikaya qoymadır. İxtisasa uyğun olan müxtəlif sahələrdə işləyərək təcrübə qazanmaqdır. Beynəlxalq layihələrin, protokolların, diplomatik sənədlərin hazırlanması, əməkdaşlıqların qurulması, qlobal məsələlərlə bağlı işlər və bir çox digərləri sahələr beynelxalq münasibətlər tələbələrinin ekspert olaraq özlərini inkişaf etdirə biləcəkləri sahələrdir. Bunun üçün XİN, səfirliklər, beynəlxalq, qeyri-hökümət və ya transmilli təşkilatlar, və s. universitetlər ilə əməkdaşlıq edərək, ixtisaslı gənc kadların yetişdirilməsi istiqamətində təcrübə proqramları yaradıblar. Məhz bu vasitə ilə tələbələr nəinki təcrübələrini artırmış olacaqlar, həm də özlərinin ən uğurlu olduğunu və ən yaxşı bacardıqları peşəni də asanlıqla tapmış olacaqlar. 

  Bu ixtisas məzunları iqtisadi və texniki fakültələr məzunlarından fərqli olaraq iş tapma zamanı daha rəqabətli bir prosesdən keçir. Buna görə də məzun olduğu zaman işsizlik problemi üzləşmək istəməyən tələbər bacardıqları qədər CV-lərini müxtəlif qurumlarda əldə etdikləri təcrübələrlə doldurmalı, əlavə olaraq isə dil bacarıqlarını maksimum səviyyədə inkişaf etdirməlidirlər. Çünki diplomatiya sahəsi, adından da bəlli olduğu kimi, müxtəlif ölkələrin arasındakı siyasi münasibətləri öyrənir, və buna görə də bu sahədə ingilis, rus, fransız və ispan dilləri kimi beynəlxaq arenada istifadə edilən diplomatiya dillərini öyrənmək iş axtaran zaman böyük avantaj hesab oluna bilər. 

Hörmətlə,

Pəri Məmmədli 

 Beynəlxalq ticarət və logistika ilə bağlı videomüsahibəyə bu linkdən baxa bilərsiniz.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.