Politologiya ixtisası güclü idarəçi formalaşdırır

Politologiya ixtisası güclü idarəçi formalaşdırır

Politologiya ixtisası güclü idarəçi formalaşdırır

  İbtidai icma formasiyasının qurulduğu dövrdən indiki dövrə qədər biz insanlar, ətrafımızda yaşanan hadisələrə reaksiya verərək onları analiz edirik. Bu maraqlı xasiyətimiz bizi ən ali varlığa çevirmişdir ki, məhz ilk formasiyadan sonra, quldarlıq, feodalizm, kapitalizm keçidlərində bizlər bir çox kəşflərə imza atmışıq. Ən böyük kəşfimiz isə bizim fəlsəfə bacarıqlarımızın inkişafı və sonrasında idarə etmək istəyimizlə yaranmışdır. Bəli, insanın təbiətində güc hərisliyinin olması və birazda eqoizm onu başqa qrupları (sinifləri) idarə etməyə məcbur etmiş və nəticədə fironlar, hökmdarlar, krallar və müasir dövrümüzdə prezidentlik vəzifələri ortaya çıxmışdır. Bu idarəçilik istəyimiz  Platon və Aristotelin “Polis” adlandırığı “Politika” və ya Ərəb mütəfəkkirlərin “Atın Əhilləşdirilməsi” adlandırığı “Siyasət” ifadələrində özünü göstərmişdir.  XX əsrin əvvəllərində müəyyən siyasi-ictimai problemlərin, I və II Dünya müharibələrinin yaşanması isə bir-başa “Politika” və ya “Siyasət”i tənzimləyəcək bir elmin və Politologiya elminin ortaya çıxmasına şərait yaratmışdır.  

İxtisas seçimi zamanı Politologiya

  İxtisası seçimi zamanı böyük əksəriyyətimiz ya ən çox eşitdiyi ya da məsləhət aldıqdan sonra qərarlaşdırdığı ixtisas haqqında seçim edir. İxtisas seçimi zamanı məndə isə bu ikinci kateqoriya idi. Çünki, arzularım və xəyallarım var idi, amma hər hansı bir ağlımda ixtisas yox idi. Həm siyasətlə maraqlanmaq istəyirdim həm də ictimaiyyətlə. Real danışmaq lazımdırsa, arzu və xəyallarıma Politologiyannın cavab verəcəyini belə bilmirdim. Sonra müəyyən tövsiyələrlə Politologiyanın mənim üçün ən uyğun seçim olduğunu gördüm və ilk olaraq özümü inandırdım. Çünki inam yoxdursa, motivasiya, istək də yoxdur. 

  Politologiyanın ilk birinci ilində məktəb zamanı keçirilən humanitar fənlər təkrar edildi. Bunlar, Azərbaycan dili, tarix, ingilis dili kimi fənlər idi. Bununla yanaşı, siyasi düşüncə tarixi dərsləri 2 il bizlərə tədris edildi. Hər birimiz tərəfindən ingilis dilinin I kursda ciddi mənimsənilməsi qəribə qarşılansa da, bu metodun digər 3 il ərzində keçəcəyimiz ixtisas fənləri zəmin olduğunu bilmirdik. İkinci ildən etibarən başlayan ixtisas fənləri həqiqi mənada, Tv-da gördüyümüz xəbərlərin arxa fonunda nələr yaşandığını bizlərə əyani şəkildə müxtəlif datalarla izah edirdi. Üçüncü və dördüncü kursda artıq mən anlamışdım ki, Politologiya sadəcə siyasət və ya dövlət işləri maraqlanmırmış. O həmçinin idarəçilik, liderlik, menecment və diplomatiya kimi bir neçə sahələr ilədə əlaqəli imiş. Bu istiqamətdə, politoloqun şirkət icraçı direktoru və digər poziyada olması bizlər üçün qəribə gəlməməlidir. Hələ, Politologiyanı bitirib siyasi jurnalist olanları demirəm. 

Politologiya ixtisasında təhsil alacaqların mütləq etməsi gərəkənlər:

  1. Ən az 2 xarici dil bilmək.

  2. Universitet təşkilatlarında aktiv fəaliyyət.

  3. Dövlət vəya Qeyri-hökumət təşkilatlarında aktiv fəaliyyət.

  4. Sahə üzrə konfranslarda davamlı iştirak.

  5. III kursdan etibarən analizlər etməyə başlamaq.

  6. Mühazirələri dinləməklə yanaşı mühazirə mövzusunu bir neçə fərqli mənbədən oxumaq.

  7. Dərsliklə yanaşı, elmi məqalələr oxumaq.

  Qeyd etdiyim bütün variantlar sizin gələcək iş karyeranız üçün sizə yeni dostluqlar və ya yeni qapılar açacaqdır. İştirak etdiyiniz hər layihə və ya tədbir öyrəndiniz nəzəri bilikləri təkmilləşdirəcək və sahəsində peşəkar insanlarla ünsiyyətinizə kömək edəcəkdir. Qeyd edilənlərin əksini icra edənlərin 60-70%-nin uğursuz olacağı və ixtisası günahkar göstərmə ehtimalı çox yüksəkdir. Unutmayın, təhsil sizə sadəcə istiqamət verir, yeni dostluqlar və ya iş imkanı yaratmır. Əgər elə olsaydı, bütün insanların yerini sadəcə robotlar alardı. Axı onların kiminsə dostluğuna ehtiyacı yoxdur...

Politologiya ixtisasının mənfi tərəfləri:

  1. Hər bir ixtisas kimi tədrisdə disiplin və davamlılıq gözləyir.

  2. Sizlərdən çox kitab oxumanız gözlənilir. Buna görə sizə “çox oxuyan inək” də deyə bilərlər.

  3. Sosiallaşmanız digər ixtisaslara görə az amma keyfiyyətlidir.

  4. Hər artan kurs nəticəsində bir o qədər dostlarınızdan və əyləncədən uzaqlaşırsız. (Əgər analiz etmək vəya proqnozlar hazırlamaq sizin üçün maraqsızdırsa)

  5. 4 ilin sonunda eynək taxma ehtimalınız və ya dress code (Ağ-qara rəsmi geyim) geyinmə ehtimalınız yüksəkdir. 

Yadigar Nağıyev Elşən Oğlu

2015-2019 Qərbi Kaspi Universiteti Politologiya ixtisası üzrə bakalavr məzunu və Bandırma Onyedi Eylül Üniversitesi Beynəlxalq Münasibətlər ixtisası üzrə II kurs Magistratura tələbəsi.

Mail ünvanı: nagiyevyadigar@gmail.com

Facebook: https://www.facebook.com/yadigar.nagiyev/

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.