Qida mühəndisliyinin perspektivləri

Qida mühəndisliyinin perspektivləri

Qida mühəndisliyinin perspektivləri

Qida məhsulları mühəndisliyi”  ixtisası üzrə təhsil alan  bakalavr tələbələr müasir qida texnologiyalarının yaradılmasında əsas nəzəri və praktiki istiqamətləri, qida məhsullarının istehsalında müasir tədqiqat üsullarını, texnoloji metodları, nanotexnoloji üsulları, qida qatqıları, bioloji aktiv əlavələrin sağlam, keyfiyyətli qida məhsullarının alınmasında tətbiqini, keyfiyyətin normallaşdırılması, məhsulların standartlaşdırılması, təhlükəsiz məhsul istehsalını, klassik və modern qida nəzəriyyələrini, texnologiyaların mikrobioloji, reoloji, biokimyəvi əsaslarını, xammal və qida məhsullarının xarab olma səbəbləri və onların aradan qaldırılması üçün tələbləri, qida istehsalı  sahəsində mövcud olan beynəlxalq qanunvericilik, normativ–texniki sənədlər, qida məhsullarına və müəssisələrinə olan təhlükəsizlik tələblərini öyrənir. Həmçinin Avropa Direktikləri və yerli standartların tələbləri, “Tarladan süfrəyə” prinsipinə əsaslanan təhlükəsiz məhsul istehsalı, mövcud risklər, risklərin minimuma endirilməsi və idarə olunmasını öyrənir. 

Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər Azərbaycan Respublikası üzrə 6 təhsil məkanında təhsil ala bilərlər:

  • Azərbaycan Dövlət İqtisad Universiteti (Azərbaycan və rus bölməsi), 
  • Azərbaycan Turizm və Menecment Universiteti, 
  • Azərbaycan Kooperasiya Universiteti, 
  • Azərbaycan Dövlət Aqrar Universiteti, 
  • Lənkəran Dövlət Universiteti, 
  • Azərbaycan Texnologiya Universiteti. 

Dərslər laboratoriya şəraitində keçirilir. Bu sahədə uğur qazanmaq istəyən tələbələr labarotoriya dərslərdə fəal iştirak etməlidirlər. Bundan əlavə olaraq, hər bir təhsil ocağımızda Bu ixtisas üzrə təhsil alan tələbələr mütəmadi olaraq Azərbaycan Respublikasında yerləşən zavodlara gedib qida texnologiyasının prosesi haqqında yaxından tanış ola bilirlər. Lakin Azərbaycan universitetlerində bu ixtisas üzrə bir mənfi cəhəti var. Yüksək səviyyədə laoaratoriyaların olmamasıdır. Praktiki dəsrlərin nəzəri dərslərdən az olmasıdır. Amma əlavə etmək istərdim ki, son illərdə Azərbaycan Dövlət İqtisad Universiteti böyük bir uğur əldə etmiş olub. Yeni tikilən Nizami korpusu və oraya köçürülən həmin ixtisas yeni laboratoriya və cihazlar ilə təmin edilmişdir.

Qeyd etmək istərdim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Qida məhsulları mühəndisliyi kafedrasında tədris edən müəllimlərin yetəri qədər elmi əsərləri var. Hansıları ki, tədris zamanı oxuyub öyrənməyə şiddətlə tövsiyə edirəm. Bu sahənin müəllimləri və professorları Rusiyada və Belarusiyada təhsil almış müəllimlərdir. Hansılar ki, qida məhsulları texnologiyalarına, proses və aparatlarına, onların etnoqrafiyasına həsr olunmuş müxtəlif aspektdə materiallarının əksəriyyəti respublikamızdan kənarda – ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, Belarusiyada, Ukraynada və digər ölkələrdə çap olunmuşdur. Görülən elmi işlərin çoxu funksional əhəmiyyətli qida məhsulları istehsalının texnologiyalarına və bu sahənin avadanlıq və aparatlarının yaradılması və tədqiqinə həsr edilmişdir. Kafedra əməkdaşları elm sahəsində qrantlar almış, beynəlxalq elmi müsabiqələrdə iştirak etmişlər.

Əslində, Qida məhsuları mühəndisliyi ixtisası ümumi qida üzrə olan bir ixtisasdır. Lakin təxminən 8-9 il öncə bu ixtisas səpələnib 5 istiqamət üzrə tədris olunurdu. Lakin artıq bakalavrda təhsil alan tələbələr hər 5 istiqamət üzrə biliklərə yiyələnə bilirlər. Bu ixtisasdan təhsil alan tələbələr ilk 1-ci kursdan artıq bir istiqaməti seçib həmin istiqamətə doğru yiyələnməlidirlər. Bakalavrda hər 5 istiqamət üzrə ümumi məlumat verilir. Bu həm yaxşı hal ola bilər, həm də pis. Bunun üçün də hər bir tələbəyə şiddətlə tövsiyə edirəm ki, ilk 1-2-ci kursdan gələcək peşəyə doğru gedib əlavə materiallar oxusunlar. 

Hər bir tələbə tezdən-gecdən olsa da, ağlına gələn sual “magistraturanı xaricdə təhsil almalıyam?” Buna cavabım MÜTLƏQ! Hal-hazırda sadaladıqlarım təhsil müəssisələrimizdə Avropa səviyyəsində olan cihazlarımız yoxdur. Tələbələr, adətən, əziyyət çəkirlər. Çünki Qida məhsulları mühəndisliyi ixtisası praktiki ixtisas olaraq hər laboratoriya dərsini gözlə görüb praktika etməlidirlər. 

Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin istənilən sahəsində  süd və süd məhsulları, balıq və balıq məhsulları, ət və ət məhsulları, şərabçılıq, çörək və qənnadı məmulatları istehsal edən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında, iaşə müəssisələrində mühəndis-texnoloq, qida təhlükəsizliyi üzrə menecer, laboratoriya mütəxəssisi və s. kimi vəzifələrdə çalışa bilər.

İkinci sual isə hər bir tələbənin “Necə karyera qura bilərəm?”, Karyeram üçün nə etməliyəm?” olur. Buna isə qısa cavabım olacaq. İSSO standartları kurslarına qatılmaq, zavodlarda praktika almaq və praktiki nəzəriyyəsini öyrənmək. Məsləhət görərdim ki, ilk addımlarını AQTA-da başlasınlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi - Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə yaradılmış orqandır.

Hamıya məlum olduğu kimi universiteti bitirdikdən sonra hər bir bakalavr təhsili almış tələbələr ilk işləri ilə əziyyət çəkirlər və onlardan staj tələb olunur. Lakin hər biri bakalavr olaraq nəzəri biliklərini artırıb, bəzi ixtisas təlimi, seminarlar və kurslarda iştirak edərək universiteti bitirdikdən sonra zavodlara işlə bağlı müraciət edə bilərlər.

 

Eyyubov Elxan   eyyubovelkhan@gmail.com

Bakalavr təhsili - Qida məhsulların mühəndisliyi “ADİU”

Master təhsili – Safety in the food chain  “Universität für Bodenkultur, Wien (BOKU)”

Çalışdığım sahə - Qida Təhlükəsizliyi və Keyfiyyət Təminatı köməkçisi.

Qida mühəndisliyi ilə bağlı videomüsahibəyə burdan baxa bilərsiniz.

Qida mühəndisliyi ilə bağlı digər məqaləmizə burdan baxa bilərsiniz.

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.