Qutarıb nə olacaqsan? Bələdiyyədə işləyəcəksən? Nədir bu“Dövlət və Bələdiyyə idarəetməsi”?

Qutarıb nə olacaqsan? Bələdiyyədə işləyəcəksən? Nədir bu“Dövlət və Bələdiyyə idarəetməsi”?

Qutarıb nə olacaqsan? Bələdiyyədə işləyəcəksən? Nədir bu“Dövlət və Bələdiyyə idarəetməsi”?

Salam, dəyərli abituriyent! 

 “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasının adı sənin üçün gözəl səslənə bilər. Lakin, düşünürəm, ixtisas haqqında bilməli olduğun vacib məlumatlar var. 

  İlk öncə, özüm haqqında qısa məlumat vermək istəyirəm. Mən, Asif Ağayev, 2017-ci ildə Bakı Mühəndislik Universitetinin “Dövlət və Bələdiyyə idaretməsi” ixtisasına ( tədris ingiliscə) qəbul olmuşam. Birinci kursdan etibarən müxtəlif təlimlərə, könüllülük proqramlarına, layihələrə qoşulmuşam. Həm universitetdaxili ,həm də universitetxarici layihələrdə aktiv iştirak etməyə çalışmışam.

  Bunları niyə edirdim? İlk öncə, baxış bucağın dəyişir, ətrafın genişlənir. Ətrafında nə qədər keyfiyyətli ( öz məqsədlərini bilən, aktiv gənc) insan varsa, sən bir o qədər inkişaf edəcəksən. Lap başdan başlayaq, univeristetdaxili klublarda ( Biznes klub, Karyera klub və.s) ilk öncə üzv daha sonra, idarəçi, sədr-müavini vəzifələrinə kimi gəlmişəm. Amma, qətiyyən TGT-nin lazımsız tədbirlərinə qoşulub, vaxtını itirmə. Onun əvəzinə, yerli və ya xarici könüllülük proqramlarına qoşula bilərsən.

  Yerli könüllülük proqramlarından ASAN Xidmət, DOST agentliyi, İcra hakimiyəti, Gömrük komitəsi və digər qurumlarda könüllü ola bilərsən. Mən hətta könüllü olub bir neçə müddətdən sonra,  2 dəfə iş təklifi belə almışam (məqalənin sonunda müraciət üçün linklər yerləşdirmişəm).

Xaricdə isə AİESEC ilə könüllü ola bilərsən, ingilis dilinin və dünyagörüşünün inkişafı üçün mükəmməldir. 

 Keçək ixtisasa, görək nədir bu? Bəli, adı maraqlı səslənə bilər. Gəl görək, bu ixtisas özündə nəyi birləşdirir?

     Bilməlisiniz ki, ixtisas çoxşaxəli ixtisasdır, burada marketinq, iqtisadiyyat, mühasibat, biznes ,hətta data elmi( eng: data science) sahəsinə aid olan dərslər də keçirilir. Bu, əksər tələbələrin problemli yeridir. Çünki yalnız universitet dərsləri ilə kifayətlənmək,sonda hərşeyşünas olmağa səbəb olur. Bu da əmək bazarında heç bəyənilmir. Çünki, 

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

                                                  Nizami Gəncəvi

“Bəs nə edək? “ sualını verə bilərsiniz.

  1. Dillər: Rus və İngilis dili 

Siz bu ixtisasa qəbul olmaq istəyirsinizsə, MÜTLƏQ ilk öncə rus dilini öyrənməlisiniz, çünki ingiliscə oxumağıma baxmayaraq, rus dilini bilməməyim mənə çətinliklər yaradırdı. Tələb olunan ilk xarici dil rus dilidir. Eyni zamanda, rus dili ingiliscədən daha çətin olduğuna görə, 1-ci kursdan etibarən rus dili öyrənməyinizi tövsiyə edərdim. 

  1. GPA- Ümumi ortalama göstəricisi

Çalışın, universitet ortalamanızı 88+ saxlayın, çünki gələcəkdə siz xaricdə təhsil almaq istəsəniz, sizə inanılmaz xeyri dəyəcək. Bundan əlavə, Amerika səfirliyində hər il könüllülük proqramı, BP kimi şirkətlərdə təcrübə proqramı olur, onlara rahatlıqla müraciət edə bilərsiniz. 

 2A.   Ortalamanızın yuxarı olması sizə 1-ci kursdan sonra ERASMUS + a  müraciət etməyə kömək edəcək. Nədir Erasmus+? Demək, sizin universitetiniz xarici universitetlərlə əməkdaşlıq edirlər və siz 1 və ya 2 semesterlik xarici universitetdə oxuyursunuz. Bunun üçün yaxşı ingiliscə bilmək və yüksək GPA lazımdır. 

Universitet seçərkən, Erasmus+ proqramını dəstəkləyib dəstəkləmədiyini mütləq öyrənin. 

İxtisası bitirib harada işləyə bilərsiniz ?

  İxtisasin bir neçə qolu olması sizin istəyinizdən aslıdır. Tutaq ki, DvB ixtisasına yox, marketinq ixtisasına daxil oldunuz. Amma bəyənmirsiniz, bu zaman başdan başlamalı olacaqsınız, lakin bu ixtisasda bir neçə dərslərin tədris edilməsi sizin gələcəkdə hansı sahəyə yönəlmənizi müəyyənləşdirəcək. Sizə yalnız seçdiyiniz ixtisası magistrda daha da yaxşı öyrənmək qalacaq. 

Ümumi olaraq, dövlət qurumlarında, banklarda, özəl qurumlarda (əgər marketinq, data science, iqtisadiyyat sahəsinə yönəlsəniz) çalışa bilərsiniz. 

 

Asan Xidmət: https://konullu.asanschool.az/

İcra Hakimiyyəti: Sizə yaxın olan İcra Hakimiyyətinin saytından tapa bilərsiniz, məs, http://khatai-ih.gov.az/page/83.html

Gömrük Komitəsi: https://customs.gov.az/az/muracietler/volunteer/

DOST Agentliyi:  http://dost.gov.az/page/career

KOB( kiçik və orta biznesin inkişafı agentliyi): https://smb.gov.az/az/volunteer

Amerika səfirliyi : https://az.usembassy.gov/embassy/jobs/

AİESEC : https://aiesec.org/?gclid=EAIaIQobChMIw-TojpfH8AIVxgZ7Ch0q3QXcEAAYASAAEgJ7p_D_BwE

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.