Rabitə olmasa Həyat olmaz - Elektronika mühəndisliyi

Rabitə olmasa Həyat olmaz - Elektronika mühəndisliyi

Rabitə olmasa Həyat olmaz - Elektronika mühəndisliyi

Rabitə olmasa, Həyat olmaz - Elektronika mühəndisliyi

  Elektronika mühəndisliyi ən böyük və ən qarışıq mühəndislik sahələrindən biridir. Bu sahə televiziya, radio, kompüter, telefon və s. kimi cihazların bizim üçün əlçatan olmasında biləvasitə rol oynayır. Elektronika, neft, enerji, kənd təsərrüfatı və iqtisadiyyatın digər önəmli sektorlarının məhsuldarlığını artırmaqda vacib rola malikdir. Bu sahə tələbələr üçün böyük karyera imkanları təqdim edir. Dərəcənin tamamlanmasından sonra tələbələr istehsalat sənayesi və yayın kimi xidmət təşkilatlarında məsləhət, informasiya rabitəsi, əyləncə, tədqiqat və inkişaf xidmətləri kimi iş imkanlarından asanlıqla yararlana bilərlər. Namizədlər, video konfrans və internet yayımı vasitəsilə real vaxt rejimində məlumat ötürən müasir multimedia xidmət şirkətlərində də işləyə bilərlər.

  Bir elektronika mühəndisi qarışıq məhsul və sistemlərin, yəni, elektron cihaz və qurğuların istehsalını təşkil etmək, onları simulyasiya etmək və onlara nəzarət etmək üçün qruplar halında fəaliyyət göstərir. O, xəstəxana, kompüter sənayesi, beynəlxalq əlaqələr, müdafiə sənayesi kimi bir çox sektorların elektron məlumatlar bazası sistemlərində fəaliyyət göstərə bilər. Onlar mikroprosessorlarla, fiber optik kabellərlərlə, kommunikasiya, televiziya və radio sahəsində çalışmaq imkanlarına malikdirlər. Elektronika mühəndisliyi ixtisaslaşmış professionallar üçün mükəmməl iş fürsətlərinin mövcud olduğu, sürətlə böyüyən sektordur.

İxtisasın perspektivləri

  Günümüzdə texnologiya sürətlə böyüyür, inkişaf edir. Gələcəkdə elektronika sənayesindəki yetkin, ixtisaslaşmış mühəndislərə ehtiyacın artması, texnologiyadakı bu tələbatın öhdəsindən gəlmək üçün zəruri şərtlərdən biridir. Bu mühəndislər artan rəqabətdə öndə olmaq və qalib gəlmək üçün ən yeni texnologiyaları yaratmaq və bu prosesləri davamlı olaraq icra etməklə maraqlanmalıdırlar. Elektrik texnikləri və texnoloji ekspertlər, texniki satış, məhsul təmsili, sistem idarəetməsi, elektron cihaz və sistemlərin istehsalı və dizaynı və yaxud, elektron sistem və qurğuların quraşdırılması, texniki baxımı və təmiri sahəsində ixtisaslaşa bilərlər. Onlar, eyni zamanda, tibb, emal sənayesi kimi sektorlarda kompüter və ya digər elektron qurğularla çalışa bilərlər.

İxtisasın bəzi hazırki iş istiqamətləri

  Elektronika və telekommunikasiya mühəndisliyi sahəsi analoq ötürmə, rəqəmsal ötürmə, video, səs və ya data tipli verilənlərin emalı, təməl elektron cihazlar, mikroprosessorlar, rəqəmsal və analoq rabitə, analoq inteqral sxemləri, kosmik rabitə, mikrodalğa mühəndisliyi, anten və radio dalğaların inkişafı ilə məşğul olur. Televizor, telefon və internet xidmətininin ucqar kənd bölgələrinə gəlib çatmasını təmin edən peykləri dizayn edir. Bu mühəndislər, həmçinin bütün dünyada insanları bir araya gətirən video konfrans kimi qabaqcıl rabitə vasitələri istehsal edir. İstənilən nəzarət və rabitə sistemləri üçün müxtəlif proqramlar hazırlayır. O, həmçinin, elektronika cihazları, elektron dövrələr və ötürücülər, qəbuledicilər, sensorlar, inteqrasiyalı mikrosxemlər, mikrodalğalar, fiber optik cihazlar kimi bir çox kommunikasiya qurğularının istehsalı ilə məşğul olur. Eyni zamanda elektronika və telekommunikasiya sahəsindəki müxtəlif proqramların analizini, sistem tətbiqini, iş prinsipini, dizaynını və baxımını əhatə edən professional çalışmalarında tələbələrin baza konsepsiyası və nəzəriyyəsi haqqında bilik və bacarıqlarını dərinləşdirməyi hədəfləyir.

Karyera perspektivləri

  Elektronika və telekommunikasiya mühəndisi iş üçün bir sıra çeşidli fürsətlərə malikdir. Dünyanın istənilən ölkəsində daima ehtiyac duyulan bu perspektivli sahələrdən bəziləri aşağıda sadaladıqlarımdır:

  • Xidmət mühəndisi;
  • Proqram təhlilçisi;
  • Texniki direktor;
  • Sahə üzrə test mühəndisi;
  • Satış üzrə böyük menecer;
  • Şəbəkə planlaşdırma mütəxəssisi;
  • Müştəri dəstək mütəxəssisi;
  • Elektron və rabitə məsləhətçisi;
  • Tədqiqat və inkişaf üzrə proqram mütəxəssisi.

Daha ətraflı məlumat üçün https://ixtisas.az/az/radiotexnika-ve-telekommunikasiya-muhendisliyi-ixtisasi-91


Elmin Hacıbalayev 

ADNSU Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi  (bakalavr)

"Metak" MMC / İstehsalat üzrə dispetçer

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.