Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (Qafqaz üzrə) ixtisası – Qafqaz ölkələrində baş verən:

  • Sosial, iqtisadi, siyasi prosesləri;
  • Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycan Respublikasına təsirini;
  • Böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz  siyasəti, onda Azərbaycan Respublikasının yerini;
  • Qafqaz regionunda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələrini;
  • Diaspora və lobbi fəaliyyətləri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışlarını öyrənir.

  Regionşünaslıq (Qafqaz üzrə) ixtisası üzrə 4 il ərzində rus, gürcü, erməni və türk dilləri keçirilir ki,  ixtisası bitirdikdən sonra öyrəndiyimiz dillər üzrə müxtəlif sahələrdə tərcüməçi kimi işləyə bilərik. Hazırki vəziyyəti nəzərə alsaq, erməni dilini daha mükəmməl öyrənməliyik ki, düşmənə öz dilində zərbələr endirə bilək.

  Bu ixtisas üzrə dövlət qurumlarında dövlət qulluqçusu olaraq 

  • Beynəlxaq şöbədə;
  • Diasporla iş üzrə dövlət komitəsində;
  • Turizm agentliklərində;
  • Özəl şirkətlərdə;
  • Beynəlxalq quqrumların nümayəndəliklərində və s. qurumlarda çalışmaq mümkündür.

  Bu ixtisas üzrə çalışmaq istəyiriksə, bizim yüksək  tarixi, coğrafi, dil biliklərimiz, yüksək kommunikasiya, hadisələri təhlil etmək,  düzgün nəticə çıxarmaq bacarıqlarımız olmalıdır. Qafqazda baş verən sosial, iqtisadi, siyasi, ekoloji proseslər  barəsində də məlumatımız olmalıdır.

  Gələcəkdə savadlı kadr olmaq təmamilə öz seçim və bacarıqlarımızdan asılıdır. Təhsil aldığımız müddətdə universitetdə keçdiyim dərslərdən əlavə bu sahəyə aid kitablar oxumalı, təlimlərə, debatlara qoşularaq öz bilik səviyyəmizi artıra bilərik.

  Bizim yaşadığımız dövr üçün Qafqazşünaslıq ixtisası perspektivli ixtisaslar siyahısına daxildir.  Qafqaz dillərini mükəmməl bilənlər üçün geniş iş imkanları vardır.   

Günel Tamazanova

Bakı Dövlət Universiteti, Qafqazşünaslıq ixtisası, 3-cü kurs 

Bu ixtisasla bağlı olan başqa məqaləmizə buradan baxa bilərsiniz

 

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.