SƏTƏM
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM).
S – Sağlamlıq (Health) – Peşə sağlamlığı iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan, sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur. Sağlamlıq xəstəliyin (və bu kimi halların) olmaması halıdır. Misal üçün: Azbest tozunun təsirinə məruz qalma nəticəsində sizin sağlamlığınızı xərçəng xəstəliyi riski gözləyir.
ƏT - Əməyin təhlükəsizliyi (Safety) - Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir (Az.Res. Əməyin mühafizəsi haqqında qanun). Başqa sözlə, təhlükəsizlik – Şəxsi ciddi xəsarət alma riskinin olmamasıdır. Misal üçün: Yükqaldırma əməliyyatı zamanı yükün altında (atəş xəttində) dayanmaq sizin ciddi xəsarətinizə və ölümünüzə səbəb ola bilər.
ƏMM – Ətraf Mühitin mühafizəsi (Environment) – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır (Ətraf Mühitin Mühafizəsi haqqında Az.Res. qanunu). Başqa sözlə, əmək fəaliyyəti, iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin (hava, su, torpaq, bitki, heyvanat aləmi) çirklənməsiə hallarına yol verilməməsi və ya çirklənmənin qarşısının alınmasıdır.
SƏTƏM-in iş prinsipi aşağıdakılardır:
- İnsanlara ziyan verməmək;
- Mülkiyyətə ziyan vurmamaq;
- Ətraf mühitə ziyan vurmamaq;
- Bədbəxt hadisələrin qarşısını almaq.
-
Yerli qanunvericiliyin tələblərini, beynəlxalq standartları bilmək, yerli və beynəlxalq sertifikatlara sahib olmaqla bu sahədə uğurlu olmaq olar.
-
İxtisaslaşmış, İSO sertifikatlı və FHN tərəfindən tanınan təlim mərkəzlərində SƏTƏM təlimlərində iştirak etmək və sahə təcrübələrinə yiyələnmək üçün zavod/müəssisələrin işində iştirak etməklə bu sahədə bilik və bacarıqlara yiyələnmək olar.
-
Xaricdə təhsil məqsədilə distance təhsil yetərlidir, bunun üçün UK diplomuna bərabər NEBOSH, NVQ kvalifiasiyaları və s. əldə etməklə dünyanın istənilən yerində karyera qurmaq imkanı əldə etmək mümkündür. (Kanada, Avstraliya və s. ölkələrdə fərqli diplomlar qəbul olunur).
-
Əmək məcəlləsi (maddə 207-239), FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin dərc etdiyi toplularını, SƏTƏM nizamnamələrini, əmr və fərmanları öyrənmək və tətbiqi üçün zavod/müəssisələrdə təcrübə keçmək, İSO standartları, SƏTƏM idarəetmə sistemlərini mənimsəməklə karyera planlamasına nail olmaq olar.
-
SƏTƏM üzrə ixtisaslaşmış təlim mərkəzlərinə, zavod/müəssisələrə təcrübəçi kimi müraciət etməklə ilk işi tapmaq mümkündür.
Sayad Hüseynova
Gilan Holding
Öz rəyinizi yazın
Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.
Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.