Təbiəti geologiya ilə öyrən və zövq al

Təbiəti geologiya ilə öyrən və zövq al

Təbiəti geologiya ilə öyrən və zövq al

Geologiya mühəndisliyi- Təbiəti geologiya ilə öyrən və zövq al

  Geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, inkişaf tarixi, faydalı qazıntıları, onların yerləşmə qanunauyğunluqları və kəşfiyyat üsulları haqqında elmdir.

Geologiya mühəndisliyi ixtisasını seçmək istəyən abituriyentlər nələri bilməlidir?

  Onlar bilməlidirlər ki, Geoleogiya mühəndisliyi həm dəqiq, həm də humanitar fənlərin tədris olunduğu ixtisasdır. Ən maraqlısıda ondan ibarətdir ki,  əgər şəxsi potensialın, intellektin və praktiki təcrübən azdırsa, tədris olunan fənləri nə qədər yüksək səviyyədə bilsən belə kifayət deyil.

   İxtisasın məğzi əsasən faydalı qazıntı yataqlarının axtarışı - kəşfiyyatı  üçün geoloji planlar və xəritələr hazırlayır, sonra isə bu işləri həyata keçirdir.

  Faydalı qazıntı yatağı aşkar olunduqdan sonra onun iqtisadi cəhətdən əlverişli olub-olmamasını araşdırırlar və sonra işlənməsi üsulları hazırlanır.

  Geologiya əsasən iki istiqamətdə tədris olunur. Neft GeologiyasıFiliz sahəsi üzrə. İki universitetdə tədris olunur; ADNSU BDU.

  Bir sözlə əgər çöl işlərinə həvəsiniz varsa və dağlarda, dənizdə və s. işləməyi sevirsinizsə, bu ixtisas ideal seçimdir. Həm işləyə, həm də təbiətin gözəlliklərindən zövq ala bilərsiniz. Geoloqlar əksər hallarda fanatik olurlar. Tanıdığım əjdaha geoloqların əksəriyyəti fanatikdir. Onlar arasında ağacdan şahmat düzəldən, müxtəlif minerallardan kolleksiya yığanlar və s. vardır. 

Bu sahədə uğurlu olmaq üçün nə etməli?

  • Universitetdə dərslərə yüksək səviyyədə maraq göstərməlisiniz;

  • Əlavə seminarlarda iştirak etməli ( əsasən mühəndislərin spiker olduğu);

  • Çoxlu sayda təcrübə keçməlisiniz;

  • Getdiyiniz bütün təcrübələrdə öyrəndiklərinizi qeyd etməli, nümunələr götürmüsünüzsə, özünüzdə saxlamalı və onun haqqında araşdırmalar etməlisiniz;

  • Xarici dil səviyyənizi artırmalısınız;

  • Həmişə diplomu aldıqdan sonra özünüzə Geologiya mühəndisiyəm deyə biləcək biliklərə yiyələnməlisiniz;

  • Ən əsasda ixtisasınızı sevməlisiniz.

Bu kitablar ixtisası əhatə edir;

  • Ümumi geologiya

  - Petroqrafiya və Mineralogiya

  - Neft-qaz və mədən geologiyası (Bağırov Bağır) 

  - Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı

  - Filiz və qeyri-filiz sahəsi üzrə Faydalı qazıntı yataqlarının geologiyası (Vasif Babazadə) 

  - Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı

Karyera

  İxtisas üzrə karyeranızı  “AMEA Geologiya və Geofizika, həmçinin, Neft və Qaz İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, GEOTECH, NORM, Mətanət A, AzərGold, AİMC, SOCAR, Schlumberger, BP, Weatherford, Halliburton, Baker Huges və s.”  dövlət qurumu, müəssisə və şirkətlərdə qura bilərsiniz.

  Bu şirkətlərin təcrübə proqramlarında iştirak etmək sizin karyera qurmağınızı daha da asanlaşdırar. İlk sıradakı qurumlarda Geologiya üzrə part-time işləmək də olur.

  Mən tələbə vaxtı əsasən restoran, otel və s. yerlərdə köməkçi, ofsiant, barmen və s. işləmişəm. Ən sonlarda bir restoranda Schlumberger-in partisində işləyirdim və səhv etmirəmsə, şirkətin prezidenti və ya vitse-prezidenti də oradaydı. O işçilərin necə sadə və ünsiyyətcil olduqlarını gördüm. Hətta onlardan təcrübə proqramların soruşurdum. Cavabları isə bizim şirkət əksər hallarda hazır kadrlar işə götürür, lakin çox həvəsiniz və istəyiniz varsa, istək məktubları mütləq yazın və biz sizə mütləq geri dönüş edəcəyik. Bundan sonra bir çox iş yerlərində haqsızlıq, 10 və bəzən də daha çox iş saatlarının olduğun gördüm.

  Artıq 2-ci kursda qapısından içəri buraxılmadığım Geologiya İnstitutunda təcrübə keçməyim mənim üçün çox vacib olduğunu anladım. Öz üzərimdə işləyərək 3-cü kursun dekabr ayında (təsadüf, 2-ci kursda yox aldığım gün, ən az maaşlı yerə gedirsən və səni qapıdan içəri buraxmırlar) orada ixtisasım üzrə ilk iş gününə çıxdım. Bir neçə geoloji ekspedisiya və turlarda iştirak etdim (özüm təşkil etdiklərim də var idi). 

  Sonra isə universitetdən təcrübəyə Gədəbəyə “AİMC” göndərdilər. Orada təcrübəli mühəndislər ixtisasa olan marağımın daha da artmasına səbəb oldular. Oxuduğum mineralları, süxurları mənə canlı göstərdilər. 

  Geologiya institutunda 1 il təcrübə yığdıqdan sonra isə AzərGold, SOCAR və s. şirkətlərə müraciət etdim. SOCAR-da işləməyi həqiqətəndə çox istəyirdim (Məqsədim SOCAR idi, səbəbi var). Bir çox şirkətdən iş təklifi almağıma baxmayaraq əvvəlcə SOCAR-da ödənişli təcrübə keçdim və hal-hazırda təcrübə keçdiyim müəssisədə işləyirəm.

 Sizə də məsləhətim bunlardır:

  Dəlicəsinə sevdiyiniz məqsədlər qarşınıza qoyun və onlara çatmaq üçün əzmlə, motivasiya ilə davam edin. Əlavə mentor və motivasiya spikerlərinin seminarlarından yararlanın.

  Bu yolda sizə çox maneələr yaranacaq, müəlimlər imtahanda kəsəsəcək, haqsızlıqlar görəcəksiniz, ruh düşkünlükləri olacaq və s. Amma nə olursa olsun siz yenidən motivasiyalı olun və yolunuza davam edin. Uğurunuzun həzzini maneələri aşıb nəticəni aldıqdan sonra deyil, maneələri həll edərkən proses müddətində alacaqsınız. Bu ən gözəl motivasiyanız olacaq.  Diqqətinizə görə təşəkkürlər!

 Əgər hər hansı bir sualınız yaranarsa, buyurub mənimlə əlaqə saxlaya bilərsiniz: 

Elektron poçt: necmeddinbesirov576@gmail.com

Hörmətlə,

Bəşirov Nəcməddin (ixtisas, Geologiya mühəndisi)

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.