Təhsildə Sosial-psixoloji xidmət ixtisası və sirləri

Təhsildə Sosial-psixoloji xidmət ixtisası və sirləri

Təhsildə Sosial-psixoloji xidmət ixtisası və sirləri

Təhsildə Sosial-psixoloji xidmət ixtisası

  Təhsildə sosial - psixoloji xidmət ixtisasına 3- cü qrupdan imtahan verməklə qəbul olmaq mümkündür. Eyni zamanda 4- cü qrupdan da psixologiya ixtisasına daxil olmaq mümkündür. Fərq isə Təhsildə Sosial Psixoloji Xidmət  üzrə  bakalavr oxuyan tələbələr magistrda klinik psixologiya istiqaməti seçə bilmirlər. Yəni bu ixtisası oxuyan şəxslərin daha çox cəmiyyətin aktiv olduğu təhsil və digər sosial mühitlərdə çalışmaları düşünülüb. Ancaq hələ ki bu sistem tam oturmayıb. Çünki 4 - cü qrup psixologiya ixtisası bitirən şəxslər də məktəblərdə və digər buna yaxın sahələrdə çalışmaqdadır. Bu ixtisasla polis və ədliyyə sistemlərində , penitensiar xidmətdə, təhsil sahəsində, özəl mərkəz və şirkətlərdə, uşaq inkişafı və reabilitasiyası mərkəzlərində çalışmaq mümkündür. 4 - cü qrupdan qəbul olanlar isə bundan əlavə, psixiatrik xəstəxanalarda (magistr şərtdir) çalışa bilərlər.
Ümumiyyətlə, mənə görə uğur nisbi anlayışdır. Bəzilərinə görə uğur sadəcə Bakıda bakalavr təhsili almaq ola bilər, digərlərinə görə isə professor olmaq. İkinci tərəfdən psixologiya 3 sahənin qarışığıdır. Burda həm şəxsi karyera , həm xidmət, həm də ən əsası sağlamlıq aspektləri var. Yəni psixoloqların əsas uğuru o ola bilər ki, hər hansı məktəb şagirdinə və ya ona müraciət edən pasientə  həyatını yaxşılaşdırması üçün yardım göstərməkləri olsun. Bir növ psixoloqun uğuru daha çox nə qədər insana müsbət istiqamət verə bilməsi ilə bağlıdır.
   

  Təhsildə Sosial-psixoloji xidmət karyerası

  Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün  öncə özünü bu sahədə yoxlamaq gərəkdir. II və III kursdan təcrübə proqramlarına baş vurmaqla başlaya bilərsiniz. Kinolarda və sizə göstərilən psixoloq tipləri ümumiləşdirmədir. Ona görə bu sahədə çalışa bilmək üçün işin gedişatını prosesin özündə yoxlamaq gərəkdir. Eyni zamanda hər hansı terapiya istiqaməti seçərək o üzrə ixtisaslaşmaqla Koqnitiv Davranış Terapiyası, Geştalt Terapiya, Pozitiv Terapiya və s.)bakalavrın sonunda digərlərindən daha avantajlı CV- yə sahib olmaq mümkündür. Çox yayılmasa da, hər hansı psixiatr və ya psixoloq yanında assistent olaraq da inkişaf etmək mümkündür. Əlavə olaraq bu sahədə tələbələrə dəstək olmaq üçün də Gənc Psixoloqlar İctimai Birliyi fəaliyyət göstərir. Gənc Psixoloqlar İctimai Birliyi ölkə ərazisində layihə və təlimlər keçməklə bərabər eyni zamanda Avropa Tələbə Psixoloqları Federasiyaları Assosiasiyasının (EFPSA) üzvü və təmsilçisidir. Adı keçən təşikilatla da mübadilə proqramları həyata keçirir. Eyni zamanda EFPSA hər il konqres və konfranslar müəyyən araşdırma layihələri ilə ona üzv olan 35 Avropa ölkəsinin nümayəndəsini bir araya toplayır.

  Azərbaycanda təəsüf ki, psixologiya sahəsində olan yanaşmalar köhnəlib. Yeniləri ilə də əvəz edilmir. İstər universitetlərin dərs proqramları , istərsə də universitetlərin təşkil etdiyi təcrübələr çoxu tələbələrin işinə yaramır. Bunun üçün magistr təhsili ən azından müəyyən kurslar belə olsa keçmək lazımdır.
Yuxarıda qeyd etdiyim kimi psixologiya bir sağlamlıq və xidmət sahəsidir. Buna görə də karyera planlaması etmək tələbənin yönəldiyi istiqamətə görə dəyişir. Bunun üçün maraqlı olduğu istiqamətdə çalışan  psixoloqları araşdırıb onlardan mentorluq və ya superviziya xidməti ala bilər.

  Sağlamlıq sahəsi olduğu üçün bu işdə hər hansı işi tapmaq üçün təcrübə şərtdir. Təcrübəni də könüllü proqramlarda toplamaq mümkündür. Bu iş tələbəlik dövründə də ola bilər. Önəmli olan çalışmaq istədiyiniz sahəni tez tapmaq və bunun üçün uyğun bacarıqları və bilikləri özündə cəmləşdirməkdir. Sevdiyiniz peşələrdə çalışmanız diləyi ilə.

  Murad Akifsoy

  Günəş Tədris və Psixologiya mərkəzi Uşaq psixoloqu
  Gənc Psixoloqlar İctimai birliyi PR menecer

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.