Tələbənin gözündə Əczaçılıq

Tələbənin gözündə Əczaçılıq

Tələbənin gözündə Əczaçılıq

Əziz bu məqaləni oxuyan tələbə!

  Öncəliklə, belə bir tanışlıq verim. Mən, Səbinə Muradova Azərbaycan Tibb Univesitetinin Əczaçılıq fakültəsinin məzunuyam. Sizə Əczaçılıq haqqında məlumat verəcəm.

Belə sual yaranar beyninizdə “Əczaçılıq” nədir? Əczaçılıq necə yaranıb?                     

  Əzcaçılıq (farmasiya və ya farmasevtika) - yunanca “pharmako”, latınca “pharmacia” dərmanların tətbiqi, işlədilməsi mənasındadır. Başqa cür desək, dərmanşünaslıqdır. 

ƏczaçılıqƏczaçılıq dedikdə, çoxunun ağlına aptek “aptekçi”, “satıcı” kimi gəlinir. Hətta, mən də əczaçılığa qəbul olduqda “ aaaa niyə buranı yazdın? əczaçılıq nədir? “Nə olassanee oranı oxuyub qurtarıb..” və bu tip bir qədər sözlər... Amma ali savadlı əczaçı üçün tək yer aptek deyil. Bunu izah edim sizə.

  Əczaçılıq ixtisasına qəbul olduğum il universitetin ilk dərs günü  bizi Tibb Universitetinin dekanı Tahir Süleymanov qarşıladı, bizi təbrik etdi və bizə bu yolda uğurlar dedi. Sonra isə bizi Əczaçılığın idarə olunması və texnologiyası kafedrasının müdiri, əczaçılıq elmləri doktoru Məhbubə Vəliyeva qarşıladı. Bizə əczaçılığın tarixi, əczaçılığın önəmi haqqında danışdı. Onun fikirləri:

  Azərbaycanda ali əczaçılıq təhsilinin tarixi 1938-ci ildən başlanır. Həmin ildə Bakıda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilmişdir. Institutun rektoru vəzifəsini bacarıqlı təşkilatçı və siyasi dövlət xadimi prof. Əziz Məmmədkərim oğlu Əliyev, prorektoru vəzifəsini prof. Əbdüləhəd Səftər oğlu Həsənov, dekan vəzifəsini isə əczaçılıq magistri İ.K.Qolberq yerinə yetirmişdir. Dərslər 1939-cu ilin fevral ayında başlanmışdır. Burada tədris işləri ilə, əsasən, tibb institutunun müəllimləri məşğul olurdu. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi başladıqdan sonra institut əməkdaşlarının bir hissəsi ordu sıralarına cəlb edildiyinə görə tədris prosesində ciddi çətinliklər yaranmışdı. Bunu əsas tutaraq 1942-ci ildə Əczaçılıq İnstitutu ləğv edilmiş, onun bazası və tələbələri Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən əczaçılıq fakültəsinə verilmişdir. 1945-ci ildə fakültənin 220 tələbəsi olmuşdur. 1957-ci ildən əczaçılıq fakultəsinin qiyabi şöbəsi də fəaliyyətə başlamışdır. Lakin sonralar ali əczaçılıq təhsilinin qiyabi tədrisinin məqsədəuyğun olmadığı nəzərə alınaraq bu şöbə 1969-cu ildə bağlanmışdır. Ötən illər ərzində bu şöbədə 240 nəfər orta təhsilli əczaçı ali təhsil almışdır. Fakültənin nəzdində 1953-1957-ci illərdə və 1964-cü ildə təkmilləşdirmə kursları fəaliyyət göstərmişdir. Bu kurslarda əczaçılıq işinin təşkili üzrə 533 nəfər, əczaçılıq texnologiyası üzrə 351 nəfər, aptek işi üzrə 207 nəfər (cəmi 1091 nəfər) ixtisaslaşma kursu keçmişdir;

  Əczaçılıq fakültəsi müxtəlif illərdə SSRİ-nin bir sıra respublikaları (o cümlədən Türkmənistan, Qazaxıstan, Gürcüstan də Ermənistan) üçün də kadrlar hazırlamışdır. Sonrakı illərdə isə fakültədə Azərbaycan vətəndaşlarından başqa Türkiyə, İran, Suriya, Anqola, Nigeriya, Sudan, İraq, Əfqanıstan və b. ölkələrin gəncləri də təhsil almışdır.

Keçək əsas məsələyə...

  Universitetin Əczaçılıq ixtisası 4 ildir və siz bu 4 ildə tibbin digər ixtisasları ilə öz ixtisasınızı hər zaman qarşılaşdıracaqsınız, müqayisə edəcək, hətta yeri gələcək mən bu ixtisası niyə seçdim deyəcəksiniz. Bunu sizə təkcə özünüz etməyəcəksiniz, universitet həyatında yeri gələcək elə müəllimlərlə qarşılaşacaqsınız ki, onlar sizi bu ixtisasdan soyudacaq..Qorxmuyun. Onlar ancaq söz yığınıdır. Əsas öz düşüncənizdir.. Öz ixtisasınızı sevin, sevin ki kimsə sizin ixtisasınız haqqında nəsə artıq əskik bir söz deməsin...

  Siz I kursdan etibarən dekanlığımızın yanındakı o gözəl bina ilə sıx əlaqəniz olacaq. Hansı ki, digər tibb tələbələri bura girmir. Siz bu binanı çox sevin, çünki oxuduğunuz 4 ildə sizə çox şey öyrədəcəklər. Bu binada Əczaçılığın Tarixi, Əczaçılığın Təşkili, Əczaçılığın İqtisadiyatı,  Əczaçılığın Texnologiyası, Əczaçılığın Kimyası, Botanika, Farmakoqnoziya, bunlarla yanaşı Analitik kimya, Qeyri-üzvi və Üzvi kimya, Fiziki-Kolloid kimya, Toksikoloji kimya kimi fənləri öyrənəcəksiniz. İndi bu adları oxuyub “bu nədi belə?” deyəcəksiniz, əmin olun sonra çox sevəcəksiniz. Və sizə Əczaçılığın təkcə aptekdən ibarət olmadığını öyrədən kafedralarda sırf bu binada olacaq....

  Universitetdə oxuduğunuz müddətdə çalışın kafedralardan kitab almayın. Birinci universitetə sənədlərinizi götürməyə gəldikdə kitabxanamızdan qeydiyyatdan keçin və ilk  kitab deyildikdə sizə burdan soruşun sonra axtarışa keçin. Kafedradan baha aldığınız kitabı yuxarı kurs tələbələrdən ikinci əl və ya universitetimizin məhşur kseriksçisi olan Hüseyn dayıdan çox münasib qiymətə tapa bilərsiniz. 

  Keçək “mən universitetin əczaçılıq fakültəsinin tələbəsiyəm, bitirib nə işləyəcəyəm? Ancaq aptek? Buranı oxudum mənə nə faydası?” kimi suallar... 

Hörmətli, Əczaçılıq ixtisasını seçmək istəyən tələbə.

  Sən buranı bitirmədən də oxuyarkən aptekdə işləyib özünə praktika yığa bilərsən. Hətta, praktika ilə dərsi eyni arada apara bilsən sənə dərslər çətin gəlməz, çox rahatlıqla hərşeyi yadında saxlaya biləcəksən... Deyək ki, bitirdin “Harada işləyim?” sualı yaranacaq.

  Sən “Avromed”, “Avis”, “Azərimed”, “Zəfəran aptek şəbəkələri” və s. kimi apteklərdə, yeni açılan dərman zavodlarında və ya yox aptek (zavod) istəmirəm deyirsinizsə, magistr kimi Kosmetologiyanı oxuyub həm əczaçı, həm də kosmetoloq ola bilərsiniz (əmin olun ki, sizin oxuduğunuz hər şey kosmetologiyada sizə çox kömək olacaq). Bundan başqa, kimyaya marağınız böyükdürsə, Analitik ekspertiza mərkəzində işləyə bilərsiniz. Hətta, Toksikoloq kimi də işləyə bilərsiz (buna tam ixtiyarınız çatır). Və ya siz universitetdə qalaraq elmi dərəcənizi artıra , müəllimlik edə bilərsiniz. 

  Savadlı ali təhsilli əczaçı bir həkimə bərabərdir. Siz dozaları, qramları daha dəqiq bilər, dərman uyuşmazlığını çox rahatlıqla tapa bilərsiniz. Bir sözlə, hər şey sizin əlinizdədir. Əczaçılıq ixtisasını seçən bütün tələbələrə gələcək həyatında uğurlar, yolunuzdan dönməyin düz yoldasınız! 

 

Hörmətlə: Muradova Səbinə

Azərbaycan Tibb Universitetin Əczaçılıq fakültəsinin məzunu

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.