Tərcüməçilikdən Biznesmenliyə doğru gedən yol !

Tərcüməçilikdən Biznesmenliyə doğru gedən yol !

Tərcüməçilikdən Biznesmenliyə doğru gedən yol !

  Əziz dost, bu məqaləni oxuduğun üçün ilk öncə təşəkkürümü bildirirəm! Son kurs tələbəsi kimi onu deyə bilərəm ki, universitet illəri sənin ən gözəl, zəhmətkeş, əzmkar illərindi. Bu illərin hər saniyəsi sənə uğur, nailiyyət gətirməsini arzu edirəm.
  2014-cü ildə mən də sıravi abituriyentlər kimi səhər məktəb, günorta kurs və repetitor hazırlığı həyatımın əsas hissəsinə çevrilmişdi. Ailəmizin maddi problemləri olmasa belə, mən hər zaman öz ayaqlarım üzərində durmağı sevir, 8-ci sinifdən reklam agentliyində işləyərək kurs və repetitor hazırlıqlarımın pulunu özüm ödəyirdim. Bu məqsəd mənə hər zaman inkişaf etməyimə yardımçı olurdu. Gecələr işləyib, səhərlər hazırlıqlara gedərək, universitet qəbul olmaq arzumu reallaşdırmağa çalışırdım. Uşaqlıqdan bu yana hər zaman hüquqşünas-prokuror olmaq arzum idi. Gecələr gec saatlara qədər test həll edəndə bu arzum gözlərimin önündə idi.Taleh bəlkə də mənim prokuror olmağımı istəməsə də, mən hər test həll edəndə, dərs materialları öyrənəndə, bu arzum qəlbimdə işıldamağa davam edirdi.
  Birdə onu qeyd edim ki, hər zaman sınaq imtahanlarında keçid balını toplaya bilmirdim, amma bilirdim ki, əgər indi ki məqsədin arxasıyca getməkdən boyun qaçırsam, məğlub olacam. Bəlkə də gülməli gələcək, ancaq sınaqlarda heç 50-100 balı belə güclə toplayırdım. Bütün müəllimlər məni danlayırdı. Hər kəs motivasiya etmək əvəzinə mənim xəyallarımdan xətt çəkməyə çalışırdılar. Həyatda nə olur olsun, heç kəsi öz şəxsi həyatına müdaxilə etməyi, xəyallarından xətt çəkməsinə izin vermə.
  2016-cı ilin son 3 ayı stresli keçirdi, imtahana çox az qalmışdı. Kitablar və testlərin sayı artdıqca sanki ümidlərim daha da parlayırdı. Hazırlıq və kurs müəllimlərim valideynlərimə demişdilər ki, uşağınız sınaqlardan az bal toplayır, boşuna pul xərcləyirsiz. Nəzərə alsaq ki, ödənişləri mən özüm işləyərək ödəyirdim, ona görə də valideynlərim bu məsələ barəsində sadəcə mənə dərslərimi daha da yaxşı oxumağımı israr etdilər.

  2016-cı il qəbul ili, Bakı Dövlət Universitetinin 2-ci korpusu 5-ci mərtəbəsi, hələ indiyədək yadımdadır. İsti gün valideyn izdihamı və abituriyenlərin qorxusuyla qarışmışdı. Nəzarətçi imtahana başlamamışdan öncə bizi ciddi-ciddi tənbeh etdi ki, bir-birinizdən köçürtmək, kömək etmək olmaz. İmtahan vərəqləri paylanan an içdən dua etdim ki,bu dəfə hədəfimə çatacam. Həyacandan suallar ilk öncə qorxulu gəlsə də, özümü toparlayıb, dərindən nəfəs aldım. Ən çox sevdiyim tarix və ədəbiyyatdan fənlərindən sualları cavablamağa başladım. Riyaziyyat fənni mənə çox çətin gəlsə belə, imtahan günü özüm stresdən uzaqlaşdırmağa çalışıb, fikrimi toparlayıb,misalları həll etdim. Sualların hamısını bitirdikdən sonra vərəqi nəzarətçiyə təhvil verdim. İmtahanın 1.5 saatın sadəcə 40 dəqiqəsini istifadə etdim. Pilləkanlardan aşağı düşəndə belə hələ də fikrimdə sualları yadıma salıb,yenidən həll edirdim. Valideynlərim ilk öncə tez çıxdığıma görə təəcüblənsələrdə,daha sonra bildiyim sualları yazdığımı izah etdim.
  İmtahandan 3 gün keçdikdən sonra cavablar açıqlanmağa başlanmışdı. Həmin an işdə olduğumdan imtahan nəticələrini valideynlərim mənə zəng edərək bildirdilər. Qəbul olduğumu eşitdiyim an sevincimdən az qala yerimdə dayana bilmirdim, stresli günlərin gözəl nəticəsi gəlmişdi. Sınaqlar 50-100 bal toplasam da, qəbulda 350 bal toplamışdım. Gözlərimə inana bilmirdim, hüquq fakültəsinə qəbul ola bilməsəm də, Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin İngilis dili və Fransız dili tərcüməçiliyi ixtisasın seçdim. Uşaqlıqdan ingilis dilini yaxşı bilməyim, ixtisas seçimimi asanlaşdırdı.
  Həyatımız sınaqlarla doludur, 350 bal hüquq fakültəsi üçün heçnə idi ancaq mənim həyatım bəlkə də o yönümdə olmaycaqdı. Universitet illərim iş və universitet olduğu üçün qrup yoldaşlarımı dərs sonrası az hallarda görə bilirdim. Məktəbdə keçirilməyən həmin ali təhsil həqiqətən öz sözünü deyirdi. Çox gözəl müəllim kollektivi və izahatlı dərs sistemi bizim təhsil almamızı asanlaşdırırdı. Xəzər universiteti Azərbaycanın top 5 universitetindən biridir və buradakı təhsil keyfiyyəti mükəmməldir. 1-ci kurs nə qədər qorxuducu, tanımadığımız dərs metodlarını bilməsək də, müəllimlərimiz sayəsində çox rahat və səlis tədris edilirdi. Universitet yoldaşlarıyla məktəb yoldaşlarınızı bir tutmayın, universitet sizə sağlam dostlar, gözəl sevgilər, yaxşı ətraf bəxş edəcək. Bizim qrup yoldaşlarımız bəziləri univeristeti bitirsələr də, hələ də əlaqə saxlayıb, bir-birimizlə maraqlanırıq.
  Universitet təkcə dərs oxumaq deyil, burada mən xalçaçılıq sənətinə yiyələnərək peşəkarlaşmış, şairlik istedadımla şeir gecələri təşkil edərək məşhurlaşmış və s. məşğuliyyətlərlə məşğul olmuşam. Universitet sizə öz ayaqlarınız üzərində durmağı, inkişaf etməyi, sağlam fərd olmağı öyrədir. Universitet mənə təkcə adi işlərdə işləməklə kifayətlənməyib öz biznesimi qurmağıda öyrədib.
  Bu günləri startup mərhələsində olan biznesimin qurulması mənim həyata daha da perspektivli, inkişaf yönümlü olmasına şərait yaratmışdır. Bu xüsusiyyətləri mənə universitet, universitet yoldaşlarım, əzmkarlığım, daim öyrənməyim və ən əsası hədəflərimin olmağıma əsaslanır. Əziz dost nə olur-olsun öz üzərində daima inkişaf et,qəbul imtahanında az bal toplasan belə kefini pozma. Həyat sənə daima öz qapısını açır. Məqsədini qoy və irəli get, öz həyat yolunda sənə uğurlar arzu edirəm. Məqaləmi oxuduğun üçün sənə sonsuz təşəkkür edirəm! 

  İxtisas haqqında daha ətraflı məlumat üçün https://ixtisas.az/az/tercume-ixtisasi-fransiz-dili-70

 

Yaqub Teymurov Vahid oğlu

Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin İngilis dili və Fransız dili tərcüməçiliyi,bakalavr,

Biznesmen

Əlaqə: +994505431205

Mail: yaqubteymurov@icloud.com

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.