XXI əsrdə iqtisadçı

XXI əsrdə iqtisadçı

XXI əsrdə iqtisadçı

XXI əsrdə iqtisadçı

  İqtisadiyyat çox əhatəli bir sahədir. Bu sahədə çalışmağın - iqtisadçı olmanın gözəl xüsusiyyətləri vardır. Bu sahənin bir çox müxtəlif alt sahələrinə yiyələnməklə hərtərəfli ixtisaslı kadr olursan. Sırf özünü gördüyün iqtisadiyyatın bir sahəsində əlavə ali təhsil almadan da təkmilləşə və ona asanlıqla yönələ bilirsən.

  Cəmiyyət yarandıgı gündən iqtisadiyyat yaranıb və bugün də inkişafdadır. Ona görə də bu ixtisası seçənlər yenilikçi ruha malik olmalıdır. Belə ki, ixtisas çox maraqlı olduğundan bir çox insanın bu sahəni seçməsinə səbəb olur. Buna görə də iş imkanları baxımından çox güclü rəqabət var. Bunu mənfi xüsusiyyət olaraq qeyd edirlər. Lakin mən bunun insanı öz üzərində daha çox çalışmağa həvəsləndirdiyini düşünürəm. Rəqabətə davamlı namizəd olmaq üçün müasir dövrdə meydana gələn yenilikləri, texnologiyaları tez bir zamanda öyrənməli, innnovasiyalardan xəbərdar olmalı, öz işinizə kreativlik və yeniliklər qatmağa meyilli olmalısınız. 

  Bir iqtisadçı kimi iş həyatınıza uğurlu addımlarla giriş üçün könüllü fəaliyyətlərlə və ya öz ixtisasınıza uygun başlanğıc səviyyəsində olan işlərə universitetdə oxuyarkən başlamaq ideal ilk addım olacaqdır. Belə ki, siz bu işlər zamanı praktiki biliklərə yiyələnəcək, həmçinin professional iş mühiti ilə tanış olacaqsınız. Bunun üçün universitetlərin təşkil etdikləri karyera sərgilərində iştirak, iş elanları ilə tanış olmaq və “networking” sizə yardımçı olacaq. Müxtəlif işlərdə, şirkətlərdə çalışdığınız zaman sizin əhatə dairəniz (your network) genişlənir. Bundan əlavə Linkedin iş profiliniz də sizin ixtisaslı bir kadr olaraq iş mühitində yeni bağlantılar quraraq və öz təcrübələrinizi, uğurlarınızı paylaşaraq tanınmanıza kömək edəcəkdir. Həmçinin, Linkedin vasitəsilə çox yaxşı şirkətlərdə iş tapan kifayət qədər namizədlər var.

Bəzi faydalı resurslar

  Nəzəri biliklərində yiyələnmək, müxtəlif metodlarla müxtəlif situasiyalarda nə etmək olar kimi suallara cavab tapmaq üçün kitab oxumaq çox əhəmiyyətlidir. Bir neçə kitab məsləhət görə bilərəm: 

 

 

  • Outliers-Malcoml Gladwell
  • Dünya Ekonomisi-Mahfi Eğilmez
  • Economics 100- Alfred Mill
  • Blue Ocean Strategy- Renée Mauborgne and W. Chan Kim

 


İqtisadçı karyerası

  Bir iqtisadçı kimi siz dövlət müəssisələrində və özəl şirkətlərdə müxtəlif departamentlərdə çalışa bilərsiniz. Məsələn, maliyyə, marketinq, xəzinədarlıq, insan resursları və s. oxşar departamentlərdə müvafiq vəzifələrdə iş tapa bilərsiniz. İqtisadçılar arasında rəqabət güclü olduğuna görə nə qədər işə həvəsli olduğunuzu göstərməli, niyə məhz  sizin bu iş üçün ən yaxşı namizəd olduğunu sübut etməlisiniz. 

  Sadə dildə desək, işə götürənlərə müsahibələr zamanı siz “özünüzü satmalısınız” -yəni, vakant yer üçün ən uyğun namizəd olduğunuzu və yaxşı tərəflərinizi göstərməlisiniz. Bunun üçün də soft skills, ixtisasla bağlı bacaqlarınız və  mükəmməl kompüter biliklərinə yiyələnmək üçün öz üzərinizdə işləməniz vacibdir. Çünki iş mühitində heç kim yalanları sevmir, bu yol verilməzdir. Ona görə də, nə CV-də, nə də müsahibədə olmayan bacarıqlarınız və s. qeyd etməyin. Əvəzində, sizi digərlərindən fərqləndirən cəhətlərinizdən bəhs edin.

  Yaxşı tərəflərinizi inkişaf etdirib, zəif olduğunuz nöqtələrin üzərində işləyin. İxtisasınıza uyğun biliklərə və dünya görüşünüzü artıra biləcəyiniz təlim, vebinarlarda və beynəlxalq tədbirlərdə iştirak edin. İştirak etdiyiniz təlimlər tədbirlər nəticəsində əvəzolunmaz biliklər əldə edəcəksiniz. Ölkəmizdə belə tədbirlər kifayət qədər təşkil olunur və hətta əksər hallarda iştirakçılara sertifikat da verilir. Lakin bununla belə sırf sertifikat üçün hansısa sizə lazım olmayan və ya sizə maraqlı olmayan bir tədbirə qatılmayın. Zamanı düzgün dəyərləndirmək vacibdir. İmtahanlarda verilən bir neçə saatı necə məqsədlərimizə çatmaq üçün maksimum səmərəli şəkildə istifadə etməyə çalışırıqsa, həyatda da belə etmək lazımdır. 

Bu sahənin tələbələri üçün biznes həyatı

  Son zamanlar insanların sərbəstlik istəməsi ilə bağlı və çox uğurlu biznesmenləri görüb həvəslənməsi ilə heç bir təcrübələri olmadan öz şəxsi bizneslərini qurmaq barədə düşündüklərini, hətta bəzən bunu həyata keçirdiklərini görürük. Lakin burada əsas məsələ, o biznes uğurlu olacaqmı? Bu suala cavab tapmaqdır. Mənim fikrimcə, uğursuz olması ehtimalı uğurlu olmasından qat-qat daha çoxdur. Əgər sizin işlərin necə idarə olunması barədə praktini təcrübəniz yoxdursa, bunu bacara bilməzsiniz. Yalnız universiteti bitirməklə biznesdə uğur qazanmaq olmaz. Diqqət etsək, görərik ki, əksər uğurlu biznesmenlər karyeralarının ilk addımlarını biznes qurmaqla deyil, bu sahədə işləməklə başlayıblar. Çünki, biznesmen ən azından onun biznesində hansı işlər görüldüyündən xəbərdar olmalı və idarəetmədə yaxından iştirak etmək üçün əsl lider xüsusiyyətlərinə sahib olmalıdır.

  Şəxsi biznes qurmaq üçün iqtisadiyyat təhsili olan şəxslərin MBA (Master of Business Administration) üzrə də təhsil almalarını məqsədə uygun hesab edirəm. MBA təhsilinin də nə qədər maraqlı və faydalı olduğunu şəxsi təcrübəmə əsasən deyirəm. MBA dərslərini tədris edən müəllimlər hər biri müxtəlif şirkətlərdə işləyən mütəxəssislər olduğundan onların şəxsi təcrübələrindən faydalanmaq üçün mükəmməl imkandır. Bildiyiniz kimi həyatda hər şeyi özümüz təcrübə etmirik başqalarının da təcrübələrindən dərs çıxarmalı və yararlanmalıyıq.

  XXI əsrdə ağıllı iqtisadçı hər yerdə ehtiyac duyulan şəxsdir, və onlar mikro və makro səviyyələrdə iqtisadiyyata yeni nəfəs gətirirlər.

Nərmin Dadaşova

UFAZ Fransız Azərbaycan Universiteti

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.