Yaradıcılıq ruhu

Yaradıcılıq ruhu

Yaradıcılıq ruhu

  Mən Turəxanım Qasımlı Azərbaycan İncəsənət Dövlət və Mədəniyyət Universitetinin Sənətşünaslıq fakültəsinin Bədii yaradıcılıq və Ekran dramaturgiyasının məzunuyam. Bu fakültəni tam aydın başa düşməyiniz üçün deyə bilərəm ki, bədii yaradıcılı yəni “dramaturq”, ekran dramaturgiyası isə “ssenarist” adlandırmaq  da olar. Bu mənim ikinci təhsilim və arzuladığım sənətdir. Çünki fikirlərimi, istəklərimi, xəyalımda qurduğum hər hansı bir obrazı, həyatı canlandırıb qələmə almaq, onu ssenari halında yazmaq, oxuculara və tamaşaçılara çatdırmaq üçün bu ixtisası dərindən qavrayıb öyrənmək lazım gərək idi. Bunun üçün də peşəkar və təcrübəli müəllimlərin bizə dediyi dərslər və onların köməyi bizim üçün çox vacib idi. 

  Yaradıcı olmaq, yazıb-yaratmaq və onu canlı görmək... Bu sahəni seçən adam ruhən yaradıcı doğulmalıdır. Fikir vermisiz, dramaturqların çoxu az yaşlarında qələmi əlinə alıb yazmağa başlamışlar. Bu insana peşəni seçəndən sonra istedad gəlmir, insan istedad ruhu ilə doğulur. Ümumiyyətlə, incəsənətə adi bir peşə kimi baxmaq, ondan yan keçmək mümkün deyil. Oxuduğum illərdə bəzi yoldaşlarımızdan bunu görüb deyə bilirəm ki, həvəsi olmayan, peşəni düzgün seçməyən insan bunu axıra kimi gedə bilmir, nə vaxtsa hardasa qırılır, istifadə elədiyi hər bir material tükənir. Amma yazıçı, ssenarist, “yaradıcı insan” heç vaxt tükənə bilməz. Hər vaxt onun beyni, təxəyyülü günü-gündən artır, nələrisə yazıb-canlandırmağa can atır.

  Dramaturq (yunanca dramaturges tamaşa yaradan sözündəndir) - dramatik əsərlər, pyeslər yazan şəxsdir. İlk dram əsərləri XVIII-XIV əsrlərdə yazılmışdır.  İlk dəfə alman yazıçısı Qottlob Lessinq teatr üçün səhnələr yazmış və ilk dramaturqlardan olmuşdur. Azərbaycan da isə ilk dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov hesab edilir. 

  Belə deyim dramaturq olmaq bütün yazıçıları, hər bir yazıçılarının dəsti-xəttini tanımaq lazımdır, onların yazılarını köçürməmək şərti ilə. Yazıçı heç kimin fikrini, yazısını oğurlayıb öz yazılarında istifadə etməməlidir, bu onsuzda nə vaxtsa sizdə tükənə bilər. Yazıçının söz bazası, təxəyyülü, xəyal gücü artığından çox olmalıdır ki, hər zaman onu istifadə eləməyi bacarsın. Bununla beyninizi heç vaxt yormadan qələminizi istifadə edə biləcəksiz. 

Keçək indi ekran dramaturgiyası, yəni “ssenarist” bölməsinə.

  İndi belə bir sual ortaya çıxır: “Ssenarist” kimdir? İşi nədən ibarətdir? “Ssenarist” sənətçidir. Onun yazıb-yaratdığı isə onun sənət əsəridir, yəni “ssenari” . Filmdə, serialda, reklamda, tədbirlərdə və s. ən böyük rol ssenarist oynayır. Onun yükü ağırdır, böyük məsuliyyət daşıyır. Rejissor ssenaristdən asılıdır, aktyor isə rejissordan. Ssenaristin yükü nədən ibarətdir: 

- Hekayə qurmaq üçün araşdırıcı olmaq;

- Tamaşaçının diqqətini cəlb eləmək üçün maraqlı və real mövzular seçmək;

- Real fantaziyalarını tükəndirməmək şərti ilə onlardan az miqdarda xərcləməyi bacarmaq;

- Ssenari də dolğun dialoqlar qurmaq üçün mütailən çox güclü olmalı;

- Ssenarinin dramatik tərəflərini vurğulamaq;

- Hazır bir hekayəni ssenari halına gətirmək;

- Hər hansı bir əsəri ssenari halına gətirərkən, məzmun yaratma motivasiyasını qiymətləndirmək üçün müəlliflə birgə işləmək;

- Qəzet, jurnal kimi çap olunmuş nəşrlər və onlayn istifadə üçün reklam mətni yazmaq;

- Bir obraz yaratmaq üçün hər hansı bir aktyorla əlaqə qurub onun xarakterini öyrənmək; 

- Rejissor, prodüser, redaktor kimi mütəxəssislərlə iş birliyi qurmaq. 

  Ssenarist işə götürülərkən ondan tələb olunan amillər bunlardır ki, ssenarist, əsasən, istedadlı, praktik və müvafiq təlimli olmalıdır. Ən əsası da öz sənətinə bağımlı olmalıdır. Kollektiv içərisində sürətli yazmaq bacarığı olmalıdır. Uğurlu filmin arxasında həmişə ssenari böyük rol oynayır, bunun üçün də dayanmadan təcrübələrinizi çoxaltmalı, mütaliənizi  genişləndirmək  lazımdır. Aktyorlarla sıx əlaqədə olmağınız gərəkdir.

  Dünya bazasında hal-hazırda uğurlu filmin ərsəyə gəlməsi üçün ssenaristə böyük tələbat var. Maaşa gəlincə film, serial kimi proyektlərdə sponsorun böyük əhəmiyyəti olduğu üçün maliyyə razılaşma yolu ilə həll olunur. 

  Sizə məsləhətim budur ki, yaxşı tələbə adı qazanmaq istəyirsinizsə, ilk növbədə öz bacarığınızı kəşf edin və o zaman ixtisas seçimi sizin üçün rahat olacaq. Hər bir işinizdə sizə müvəffəqiyyət arzu edirəm!

 

Hörmətlə : Turəxanım Qasımlı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq və Ekran dramaturgiyası ixtisasının məzunu

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.