Yaşıl düşüncəyə keçid — Ekologiya

Yaşıl düşüncəyə keçid — Ekologiya

Yaşıl düşüncəyə keçid — Ekologiya

Yaşıl düşüncəyə keçid — Ekologiya

  Təbiətlə müharibədəyik. Qazansaq, məğlub olacağıq.

  Hər birimizin bu günlərdə ən çox eşitdiyi sözlərdən biri, Ekologiya - çox insan tərəfindən qeyri-ciddi yanaşılsa da öyrənilməsi gərəkən mühüm elmlərdən biridir.

  Kökləri 1866-ci ilə dayanan bu elm təbiət və insan arasındakı qarşılıqlı təsiri öyrənir. Sənaye dövrünün başlamasından bəri ekologiyanın kəskin pozulduğunu nəzərə alsaq, hazırda bu sahəyə tələb böyükdür və yaxşı mütəxəssislər layiqincə qiymətləndirilir.

  Bəs ekoloqların işi nədir?

  İnsanların təbiətə göstərdiyi mənfi təsirin və tullantıların minimuma endirilməsi, “recycle” etməyi öyrənmək və ən əsası da bütün bunların digər insanlara təbliğ etmək. 

  İnsanların təbiətə qarşı çox laqeyd yanaşdığını hər birimiz bilirik. Bu insanlardakı ekoloji maarifləndirmənin səviyyəsinin aşağı olmasından və yetərincə məlumatının olmamasından qaynaqlanır. Lakin biz gənclər bu problemə həll yolu gətirə bilərik. Bilirik ki, insanlarda tərbiyə, həmçinin, eko-tərbiyə anlayışının formalaşması orta məktəb çağlarından başlayır. Biz insanları bu çağlardan başlayaraq məlumatlandırmaqla onlardakı təbiətə qarşı olan məsuliyyət hissini oyadırıq. İnsanlara heyvanların, bitkilərin və digər canlıların qayğısına qalmağı aşılayırıq.

  Ekoloqlar ayağımız altındakı torpaqda yaşayan çox kiçik varlıqların, bir meşədəki yaxud okeandakı heyvanlara və bitkilərə qədər bir çox canlını və onların yaşayış mühitini öyrənirlər. Tarixçilər ilk ekoloqun filosof Aristotel olduğunu güman edirlər. Lakin dövrümüzün ekoloqları dəqiq alimlərdir. Onlar təcrübələr keçirir, böyük dataset-lərdə nümunələr tapmaq üçün statistikalardan istifadə edir və ekoloji qarşılıqlı əlaqələrin riyazi modellərini qururlar.

  Bizə bütün bunlarla bağlı bəzi bacarıqlar lazımdır.

  Ekologiya fənlərarası elm olduğundan bu sahədə təkmilləşmək istəyən şəxslər biologiya, kimya, coğrafiya, fizika kimi təbiət elmləri üzrə müəyyən dərəcədə biliyə sahib olmalıdırlar. Daha sonra tələbələr bu elmləri ekoloji cəhətdən öyrənirlər. Həmçinin, bütün sahələrdə olduğu kimi tələbələrin müəyyən qədər ingilis dili bilikləri olması xarici ədəbiyyatlardan istifadə üçün məqsədəuyğundur. Eyni anda mütaliə zamanı kitablarla yanaşı, elmi məqalələrdən də istifadə olunmalıdır.

  Ekoloqların işi insanlardakı təbiətə qarşı olan yanaşmanı müsbətə doğru dəyişməkdir. Yəni, onlar yaxşı ünsiyyət bacarıqlarına malik olmalıdırlar. Eyni anda onlarda analitik düşüncə qabiliyyəti olmalı və müəyyən qədər kreativ olmalıdırlar.

  “Sehrli çubuğum olsa idi və bu çubuqla hər kəsi ətraf-mühitin qayğısına qalmağa təşviq edə bilsəydim, problemlər həllə çox yaxın olardı. Lakin, bu çubuğu hələ tapa bilməmişəm”.

  Michael H. Higuera

  Bildiyimiz bir şey var ki, bizə bütün bu mənbələri təqdim edən və yaşamağımız üçün bizə ev olan planetimizin qayğısına qalmaq üçün ekoloq olmağa ehtiyac yoxdur. Təbiəti qoruyun, sağlam qalın!

 

 

Nərmin Seyidova,

Bakı Dövlət Universiteti,

Ekologiya ixtisası, 2-ci kurs tələbəsi

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.