Yer elmləri və onların tətbiq sahələri

Yer elmləri və onların tətbiq sahələri

Yer elmləri və onların tətbiq sahələri

  Yer Elmləri atmosferin yuxarı təbəqəsindən planetimizin nüvə qatına qədər bizi əhatə edən ətraf mühiti öyrənir. Buna görə də bu elm sahəsi birbaşa bizim özümüzlə bağlıdır.

  Unutmamalıyıq ki, təbiətdə mövcud olan hər şey bir-biri ilə sıx əlaqədədir. Bu baxımdan, yerşünaslar da təbii qanunauyğunluqları, onların nəticəsi olan prosesləri və təbii fəaliyyətlərin mənşələrini öyrənir.

  Minillərdir ki, insan cəmiyyətinin əsas məqsədi Yer kürəsini anlamaq və onun haqqında bilikləri zənginləşdirməkdir. Məhz bu səbəblə yerşünaslar planetimizin təbii sərvətlərni və onların dəyərini araşdırır. Onlar bu sərvətlərin davamlı istifadəsinin yollarını və ətraf mühitə təsirlərini öyrənirlər. Həmçinin, yerşünaslar planetimizin biosfer təbəqəsinin gələcəyini və təbii fəlakətlərə qarşı mübarizə aparmağın yollarını da araşdırırlar.

            Daha dəqiq desək, Yer Elmləri planetimizin müxtəlif təbəqələri olan atmosfer, hidrosfer, litosfer və sairəni öyrənir. Bu baxımdan, Yer Elmlərinə geoloqlar, paleontoloqlar, seysmoloqlar, hidroloqlar, mineroloqgeokimyaçılar daxildir.

            Azərbaycan-Fransız Universitetində (UFAZ) tədris edilən Yer Elmləri, əsasən geofizika, sedimentologiya və mineralogiyaya yönəlib. Geofizika planetimizin səthini, onun alt təbəqələrinin xarakteristikasının prinsiplərini və fiziki metodlarını öyrənir. Sedimentologiya çökmə süxurların fiziki və kimyəvi xüsusiyyətlərini, onların formalaşmasına, daşınmasına, toplanmasına və çevrilməsinə daxil olan prosesləri tədqiq etməyə yönəlib. Mineralogiya  süxur minerallarının kristal quruluşunun kimyasını və fiziki xüsusiyyətlərini öyrənən elm sahəsidir.

            Tədris olunan kurs müddəti ərzində UFAZ tələbələri praktiki işlər, nəzəri biliklər və bölgə tədqiqatı bacarıqlarına yiyələnirlər. Praktiki işlərdə tələbələr müxtəlif növ süxurlarda mineralları tədqiq etmək məqsədilə mikroskoplardan istifadə edirlər. Bölgə tədqiqatı işlərində isə onlar əsasən dəniz və ya gölün keçmiş şəraitini başa düşmək məqsədilə çöküntülərin (süxurların) strukturlarını şərh etməyi öyrənirlə. Burada, həmçinin Yerin daxili strukturunu tədqiq etmək üçün tələbələrə müxtəlif növ geofiziki avadanlıqların istifadə qaydaları da öyrədilir.

            UFAZ-ın “Yer Elmləri” ixtisası üzrə məzun olan tələbələri faydalı qazıntı (filiz yataqları) yataqlarının kəşfiyyat və hasilat sənayesində, neft kəşfiyyatı və hasilatı şirkətlərində, habelə hidrogeologiya və hidro-mühəndislik sahələrində işləyə bilirlər.

Hər bir abituriyentə uğurlar arzu edirik!

 

                                            Dr. Elşən Abdullayev

                                            UFAZ, Geofizika proqramı üzrə koordinator

Əlaqə: e-mail elshan.abdullayev@ufaz.az

Öz rəyinizi yazın

Bloqlara rəy yazmaq üçün istifadəçi hesabınıza daxil olmalısız.

Saytda istifadəçi olaraq qeydiyyatdan keçmisinizsə, hesabınıza daxil ola bilərsiniz, əks halda istifadəçi olaraq qeydiyyatdan keçməyiniz tövsiyyə olunur.