Cihazqayırma mühəndisliyi – Aviasiya cihazları

Cihazqayırma mühəndisliyi – Aviasiya cihazları

Cihazqayırma mühəndisliyi – Aviasiya cihazları

İxtisasın təsviri:

  Aviasiya cihazları təyyarələrin və əlaqədar sistemlərin dizaynı, inkişafı, sınağı və istehsalı ilə məşğul olan mühəndislik sahəsidir. Aviasiya cihazları mütəxəssisləri riyaziyyat, nəzəriyyə, bilik və problem həlletmə bacarıqlarını uçuşla əlaqəli konsepsiyaların daha sonra qurulmalı və işləməli olan uçuş dizaynlarına çevirmək üçün tətbiq edirlər. Bu sahənin mütəxəssisləri qurğular, sistemlə və komplekslərlə işləmək bacarıqlarına, təlimatları dəqiq yetirmək bacarığına sahib olmalıdırlar. Onlar ölçmə və müşahidələr aparmalı, cihazları təcrübədən keçirməli və nasazlıqları aradan qaldırmalıdırlar. Aviasiya cihazları, əsasən, pilotlu/pilotsuz təyyarələrin, helikopterlərin cihaz və avadanlıqlarını dizayn edilməsi, qurulması və sınaqdan keçirilməsini özündə ehtiva edir.

 
İxtisasın gələcəyi:

  Texnologiyanın sürətli inkişafı ilə birlikdə aviasiya cihazları ixtisasının tətbiq sahələri də genişlənir. Bütün dövlət və özəl aviasiya təşkilatları, təyyarə və kosmik gəmi istehsalı, sınaq bölmələri bu sahənin mütəxəssislərinə ehtiyac duyur. Aviasiya cihazları mütəxəssisləri yalnız təyyarə və kosmik aparatların dizaynında, istehsalında deyil, eyni zamanda sürətli qatarlarda (güllə qatarları), uçan cihazlarda, turbin istehsalı və dizaynında da iştirak edə bilərlər.


Universitet:

→Milli Aviasiya Akademiyası