Coğrafiya ixtisası

Coğrafiya ixtisası

Coğrafiya ixtisası

İxtisasın təsviri

   Coğrafiya -  insanla təbiətin qarşılıqlı təsiri, eyni zamanda onların yayılma qanunauyğunluqlarını öyrənir. Özündə yerlə bağlı olan, demək olar ki, bütün elm sahələrini birləşdirir. Fiziki və iqtisadi coğrafiya deyə iki qola ayrılır. Asan dildə desək, fiziki coğrafiya səthində yaşadığımız yeri, iqtisadi coğrafiya isə insanı, onun yaşadığı yerə təsirini öyrənir. Qısacası, fiziki coğrafiya təbiətin insana, iqtisadi isə əksinə, insanın təbiətə təsirini göstərir, amma unutmayaq ki, bunlar qarşılıqlıdır. Tədqiqatın əsas mövzusundan asılı olaraq coğrafiyaşünaslar torpaqlar, buzlaqlar, okeanlar, vulkanlar, göllər, əhalinin tərkibi və sayı, yer qabığının yaranma tarixi (paleogeoqraflar), xəstəliklərin yayılma coğrafiyası (tibbi coğrafiyaçılar) və turizm mənbələri (turizm coğrafiyası) və s. üzrə ixtisaslaşırlar. Əvvəllər bütün ərazilər aşkar olunmadığı və araşdırılmadığı zaman əsasən coğrafiyaçılar öz müşahidələri ilə məşğul olmuşlar. Bu gün onların əsas fəaliyyəti müxtəlif proseslərin və hadisələrin izahı, səbəblərini müəyyənləşdirmək və gələcək üçün proqnozlar verməkdir. Coğrafiyaşünas hansı sahədə çalışırsa, xəritələr ilə işləməlidir: onları tərtib etməli və düzgün oxumalıdır. Biologiya, kimya, fizika, ekologiya, tarix, riyaziyyat, iqtisadiyyat, sosiologiya ilə maraqlananlar bu ixtisası seçə bilər.

İxtisasın tarixi 

   Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına, əsasən, 1944 - cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya - coğrafiya fakültəsi yaradıldı. 1945-1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə Azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyatlı nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972 - ci il), hidrometeorologiya (1973 - cü il ) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979 - cu il) kafedraları yaradıldı. 1970 - ci illərdən BDU geologiya - coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi. İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007- ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-«Azərbaycan coğrafiyası» kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

➝ Cоğrafi təbəqənin dayanıqlığı üzrə;
➝ Landşaftın təkamülü üzrə;
➝ İqlimin mənşəyi və prоqnоzlaşdırılması üzrə;
➝ Xəzər dənizinin hidrоmeteоrоlоji şəraiti üzrə;
➝ Ekосоğrafi problemlərinin həlli;
➝ Xəritəçilik üzrə xəritə çəkmə landşaft üzrə planlamalar üzrə;
➝ Hidrometeorologiya üzrə .
➝ Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi;
➝ İstehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemlərinin, respublikanın konstruktiv və regional problemləri, səhralaşma proseslərinin tədqiqi ;
➝ Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi;
➝ Təbiət, ətraf mühit, insanlar arasında qarşılıqlı əlaqə yaratmaq;
➝ Fiziki coğrafiya, iqlimşünaslıq, torpaqşünaslıq, nəzəri hidrologiya, bitki ekologiyası və geomorfologiya daxil olmaqla vahid bir fənnin yaradılması;
➝ Ərazi idarə edilməsi və nəzarətdə saxlanılması ilə bağlı araşdırmalar.
➝ Yeni bir elm sahəsi olan Coğrafi İnformasiyalar Sistemi üçün lazım olan bazanı yaratmaq;
➝ Xəritələşmə və xəritəçəkmədə ərazi araşdırmasına dəstək olmaq. 
➝ Yerli qlobal miqyasda uzanan fiziki və sosial-iqtisadi elmlərdə intizamlı və inteqrativ tədqiqatların aparılması, dəyişən planetimizin yerləşmə perspektivinə və davamlılığına vurğu etmək.


Qeyd:  Sadalanan sahələr üzrə işləyərkən ali təhsillə yanaşı, əlavə olaraq  xəritə çəkmə və ya bununla əlaqədar  işlərlə məşğul olmaq üçün GİS proqramın bilmək vacibdir.   

Harada bu ixtisasa sahiblənmək olar?(universitet ya kursların adları) 

➝ Azərbaycan Kooperasiya Universiteti- Coğrafiya Fakültəsi (əyani təhsil)
➝ Bakı Dövlət Universiteti - Coğrafiya Fakültəsi  (qiyabi və əyani təhsil)
➝ Naxçıvan Dövlət Universiteti - Coğrafiya Fakültəsi (əyani təhsil)

Bu ixtisas üzrə harada çalışmaq olar? (şirkət və sahə qeyd etmək olar)

➝ İqtisadiyyat Nazirliyində;
➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyində;
➝ Botanika İnstitutunda;
➝ Hidrometeorologiya Departamentində;
➝ Elmlər Akademiyasında (institutlar);
➝ 1 illik pedoqoji ixtisas artırmadan sonra isə müəllim kimi;
➝ Yaşıllaşdırma idarəsində
➝ Turizm sahəsində
➝ Milli parklar və qoruqlarda
➝ Coğrafiya ixtisasının məzunları aşağıdakı vəzifələr üzrə çalışa bilərlər:
➝ Ekologiya və Təbiətin  Mühafizəsi - iqtisadiyatın idarə edilməsi üzrə;
➝ Planlaşdırma üzrə;
➝ Torpaq quruluşu üzrə;
➝ Bələdçi- ekskursiya rəhbəri kimi;
➝ Ekoloq kimi;
➝ Alim və tədqiqatçı kimi.
➝  Coğrafiya ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq coğrafiya fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

➝ İxtisas bilikləri;
➝ Coğrafi biliklərinin, xəritəçilik üzrə  bacarıqların daima təkmilləşdirilməsi;
➝ Komputer bilikləri, xəritələrin çəkillməsində  isifadə olunan xüsusi CİS ( GİS)  proqram üzrə biliklər;
➝ Müxtəlif növ xəritə və cihazlardan istifadə etmək qabiliyyəti;
➝ Güclü yaddaş və görmə qabiliyyəti;
➝ Analitik düşünmə bacarığı;
➝ Məkan təsəvvürünə malik olmaq;
➝ Fiziki dözümlülük;
➝ Yaxşı müşahidə qabiliyyəti;
➝ Dəqiqlik və məsuliyyət;
➝ Stressə davamlılıq.

İxtisasın gələcəyi 

 Coğrafiya ixtisası dünyanın fiziki proseslərini, bütün iqtisadi və siyasi amillərin formalaşmasına təsiri baxımından, qloballaşan və inkişaf edən dünyada qeyd edilən hadisələri dərindən öyrənmə və araşdırma, proqnozların verilməsi kimi əhəmiyyətli  funksiyaları yerinə yetirdiyindən bu sahə üzrə ixtisaslı kadrlara daima ehtiyac olacaqdır.

Əmək haqqı

➝ Ekologiya və Təbii Sərvətlər Nazirliyində: 150-300 AZN
➝ Torpaq quruluşunda:  400-500AZN
➝ İqtisadiyyat Nazirliyində:  500-800AZN
➝ Milli Elmlər Akademiyasında: 170-200AZN
➝ Proqram bilikləri olduğu təqdirdə: 500-700 AZN
➝ Dövlət qulluğunda dərəcəyə görə məvacib aralığı: 300-1000 AZN