Dağ mədən mühəndisliyi – Faydalı qazıntıların işlənməsi

Dağ mədən mühəndisliyi – Faydalı qazıntıların işlənməsi

Dağ mədən mühəndisliyi – Faydalı qazıntıların işlənməsi

İxtisasın təsviri

  Faydalı qazıntı yataqları üzrə geoloji kəşfiyyat işləri yekunlaşdıqdan sonra yatağın filiz kütləsinin blok modeli hazırlanır. Dağ-mədən mühəndisi filiz kütləsi üzrə hazırlanmış blok modelə əsasən yatağın işlənmə sisteminin seçilməsinə, mədən dizaynının hazırlamasına, üstaçma işlərinin aparılmasına, qazma partlayış işlərinə nəzarətin edilməsinə, filizin anbarlaşdırılmasına, mədənin işlənməsinə, filizin kasıblaşmasının minimum həddinin qorunmasına, mədənin rekultuvasiya planının tərtib edilməsinə və həyata keçirilməsinə cavabdeh olan şəxsdir.
 

İxtisasın gələcəyi

  Perspektivli sahədir, xüsusilə də Azərbaycanda. Bizim ölkədə qızıl, gümüş və.s filiz yataqları çoxdur. Yəni ən azı 40 illik ehtiyatımız var. Bu o deməkdir ki, hələ uzun müddət yataqda qazma işləri, onların təmizlənməsi, saflaşdırılması işləri görüləcək. Ona görə də ixtisaslı kadrlara ehtiyac duyulur.


Universitetlər

→ Azərbaycan Neft və Sənaye Universiteti
→ Azərbaycan Texniki Universiteti