Davamlı inkişafın idarə edilməsi ixtisası

Davamlı inkişafın idarə edilməsi ixtisası

Davamlı inkişafın idarə edilməsi ixtisası

İxtisasın təsviri

  “Davamlı inkişaf (Sustainable development)”, XX əsrin sonlarında  BMT-in təşəbbüsü əsasında yaradılmış konsepsiyadır və hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biridir. Konsepsiyanın əsas fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətli istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək  nəsillərin həyat fəaliyyətinin yaxşılaşdırılmasından ibarətdir. Davamlı İnkişaf Məqsədləri (SDGs) bəşəriyyətin üzləşdiyi böyük problemləri müəyyənləşdirir və gələcək əsrin aclıq, yoxsulluq, bərabərsizlik, su, enerji və ya iqlim dəyişikliyi kimi qlobal məsələlərini təyin edəcəkdir. Bu ixtisasın əsas hədəfi  müasir inkişaf modellərinin texniki, inzibati, iqtisadi, sosial, ekoloji və etik sahələri haqqında hərtərəfli perspektivi olan mütəxəssislər hazırlamaqdır.

İxtisasın tarixi 

  Azərbaycan  2015 – ci ildən 2016 – 2030 – cu illər üçün təsdiqlənmiş Davamlı İnkişaf məqsədlərinə qoşulmuşdur. Buna müvafiq olaraq Prezident İlham Əliyev 6 oktyabr 2016 – ci il tarixində  “Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” nın yaradılması haqqında fərman imzalamışdır. Bu fərmanın 2.2 – ci bəndinə əsasən şuranın fəaliyyətinə elmi müəssisələr də cəlb edilərək 2016 – cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi” adında ilk bakalavr ixtisası yaradılmışdır və ixtisasın təsviri bir çox iqtisadi, sosial, ekoloji probemlərin araşdırılaraq həllini tapmasını məqsəd qoyan Davamlı İnkişafın 17 məqsədinə müvafiqdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  Azərbaycanda bu sahə üzrə çalışan insanlar hazırda, əsasən, Akademik fəaliyyətlə məşğul olur və bu sahədə yalnız nəzəri baza mövcuddur. Sahə ölkəmiz üçün yeni olduğundan (ilk bakalavr buraxılışı  2020-ci ildə olacaq)  hələlik konkret sahələr üzrə iş öhdəliklərini sadalamaq mümkün deyildir.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Hazırda Azərbaycan Respubikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakalavr və Magistratura dərəcəsi üzrə;
  • ➝ Bakı Dövlət Universitetində isə yalnız bakalvr üzrə;
  • ➝ Xarici ölkələrdən isə bir çox Avropa ölkələrinin xüsusilə də Almaniya, Norveç, İsveç və s. kimi ölkələrin prestijli ali təhsil müəssisələrində bakalavr, magistratura və doktorantura dərəcələri üzrə bu ixtisasa yiyələnmək mümkündür.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Bir çox yerli və dövlət rəsmi icra orqanlarında;
  • ➝ Bəzi özəl qurumlarda ;

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Təhlil, araşdırma qabiliyyəti;
  • ➝ Tətbiq etmə bacarıqlarına malik olmaq;
  • ➝ Ekologiya, İqtisadiyyat, Hüquq, Geosiyasət, Sosial Emlər barəsində kifayət qədər zəruri bilikləri olmalıdır;
  • ➝ Təşəbbüskar olmaq;
  • ➝ İdarəcilik vəTəşkilatçılıq bacarıqlarının;
  • ➝ Analitik düşüncə bacarığı;
  • ➝ Erudisiya və intellektual inkişafın ümumi səviyyəsinin yüksək olması;
  • ➝ Təqdimatını etmə bacarığı;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Məntiqi təfəkkür;
  • ➝ Ünsiyyət bacarıqları.

İxtisasın gələcəyi

   “Davamlı inkişaf” konsepsiyası dünyanın bir çox yerlərində  özünü doğruldur və ona getdikcə daha çox yer verilir.  İxtisas isə  BMT – nın gələcək üçün müəyyən etdiyi prioritet ixtisaslar sırasındadır. Bu baxımdan ixtisası perspektivli hesab etmək  olar, lakin onu da nəzərə almaq lazımdır ki, ixtisas ölkəmizdə çox yenidir , ixtisas üzrə daha geniş iş imkanlarının yaranması üçün müəyyən zaman tələb olunur.  Ümumən isə ixtisasın  indiki və gələcək nəsillərin rifahının yüksəldilməsini hədəfləməsi bu sahənin parlaq gələcəyə malik olduğunu və bu sahədə ixtisaslı kadrlara tələbin artacağını deməyə əsas verir.

Əmək haqqı

Qeyd:Sahə ölkəmizdə yeni olduğu üçün məvaciblə bağlı dəqiq və  ya təxmini  hər hansı rəqəm vermək mümkün deyil.