Dizayn nümayəndələri daim yeni fikirlər yaradan, yeni ideyalar irəli sürən və yaradıcı başlanğıcları ilə fərqlənən çox sayda ixtisasın ümumi adıdır. “Dizayn” sözü ingiliscə layihələndirmək və həmin layihəni kağız üzərində təsvir etmək mənasını verir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla, onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir. Dizayn insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır. Keçmişdə layihələr kağız üzərində təsvir edilirdisə, dövrümüzdə kompüter vasitəsi ilə hazırlanır və həyata keçirilir. Dizayn müxtəlif sahələrdə tətbiq edilir. Reklamda dizayn təqvim, buklet, reklam lövhələri kimi poliqrafik məhsulların tərtibatına cavab verir. Dizayner şirkətin loqotipini, jurnalların maketini hazırlaya bilər.
İnteryer dizayn – ən populyar ixtisaslardan biri hesab olunur. İnteryer dizaynerinin funksiyalarına mənzilin tərtibat və dizaynını işləyib hazırlamaq aiddir.İnteryer dizaynerlik tamamilə bir bilik və bacarıq tələb tələb edir. İnsanlar ilə düzgün ünsiyyət qurmağın yaxşı olması ilə bərabər interyer dizaynerlik proqramları da düzgün istifadə olunmalıdır. Bu istiqamətdə təhsil alan tələbələr AutoCAD, ArchiCAD, 3DSMax, Solid Works kimi qrafiki proqramlar öyrənir.
3DSMax- çox detallı və dəqiq bir proqramdır.Bu proqram vasitəsilə real görünüşə çox yaxın dizaynlar hazırlanır.İstifadəsi və öyrənilməsi digər proqramlara görə daha çətin olsa da, ortaya çıxan nəticələrə görə bu çətinliyə dəyən bir interyer proqramıdır.
AutoCad İnteryer Çertyoj və Dizayn Proqramı – xüsusilə plan hazırlamaq üçün yaradılmış bir proqramdır. Kvadrat hesablamalarında və işlərin planlamasında AutoCad proqramı istifadə olunur. 3DS Max proqramına nisbətən bu çox asan proqramdır.
Sketchup İnteryer Çertyoj və Dizayn Proqramı- Google tərəfindən hazırlanan bir dizayn proqramıdır. Google mühəndisləri xüsusilə 3 ölçülü dizaynları hazırlamaq üçün Sketchup proqramını yaratmışlar. Proqramı öyrənmək is interyer dizayn proqramları ilə müqayisədə daha asan hesab edilə bilər.
Cinema 4D Dizayn Proqramı – Konsept dizaynlarda,interyer dizaynlarında Cinema 4D proqramı istifadə olunur. Olduqca fərqli dizaynlarn hazırlandığı proqram film sənayesində də istifadə edilməkdədir.
ArchiCAD – memarlar üçün hazırlanan 3 ölçülü dizayn proqramlarından biridir. İlk dəfə Apple kompüterləri üçün hazırlanan ArchiCAD daha sonra Microsoft platforması üçün də hazırlanmışdır. İçərisində bir çox modelləmə var.
Solidworks Proqramı – xüsusilə obyekt dizaynlarında istifadə olunan Solidworks proqramı memarlıq cisimlərini asanlıqla dizayn etməyə kömək edən bir vasitə hesab etmək olar. Amma kütləvi şəkildə istifadə olunmur.
Dizayn tarixi çox qədim olub, insan fəaliyyətinin ən qədim dövründən başlayaraq XX-XXI əsrlərə kimi olan dövrlərə təsadüf edir. Cəmiyyətin retrospektiv texniki inkişafı, elmi kəşfləri və ixtiraların tarixi aspektində dizayn-incəsənətin inkişafı diqqəti cəlb etmişdir.
Qeyd: Ölkəmizdə bu sahələrdən əsas olaraq interyer dizayn, veb dizayn və qrafik dizayn sahələri geniş yayılmışdır. İnteryer dizayner sahəsi inşaat ilə bağlı bir sahədir. Veb-dizayn sahəsi müxtəlif saytların yaradılması, dizaynı ilə bağlıdır.Qrafik dizayn isə əsasən reklam işlərinin yaradılması ilə bağlıdır.
Dizayn sahəsi geniş olan bir peşədir gələcəyi isə çox parlaqdır. Bunun səbəbi zaman irəlilədikcə yeni dizayn sahələrinin yaranmasıyla bağlıdır. İnsan həyatı boyu gözəlliyə, ətrafındakı ahəngə, rahatlığa önəm vermiş və verəcəkdir. Dövr irəlilədikcə dizayn sahəsinə olan maraq genişlənəcək və əhəmiyyətini qoruyacaqdır. Dizaynsız gələcək düşünməyə çalışsaq, təsəvvürümüzə cansıxıcı eynilik gələcəkdir. Bu baxımdan dizayn sahəsini perspektivli gələcəyə malik ixtisaslardan biri hesab edilə bilər.