Dövlət və ictimai münasibətlər (İctimai siyasət)

Dövlət və ictimai münasibətlər (İctimai siyasət)

Dövlət və ictimai münasibətlər (İctimai siyasət)

İxtisasın təsviri:

  Bu ixtisasda əsas məqsəd təcrübi biliyə əsaslanan analitik və idarəetmə bacarıqlarının tədris edilməsi ilə effektiv dövlət qulluqçusu yetişdirməkdir. Eyni zamanda komandayla iş, sivil cəlbolunma, məsuliyyət, qarşılıqlı idarəetmə və inkişaf etdirilmiş kommunikasiya əlaqələri də bu ixtisasın prioritet hədəfləri arasındadır. Təkcə dövlət şirkətləri yox, özəl şirkətlərdə də kommunikasiyanı qurmaq olur. Kommunikasiyanın qurulması, insanlarla daimi əlaqədə olmaq bu ixtisasın başlıca işidir. Dövlət təşkilatlarında, nazirliklərdə və s. yerlərdə vəzifə ilə çalışa bilirlər. 
Siyasət, iqtisadiyyat, idarəçilik, hüquq, etika və kommunikasiya sahələrinə əhatə edən bir ixtisasdır. Bu mütəxəssislər ictimai siyasət, layihə və proqramların tətbiqi, dövlət və ictimai sektora aid məsələlərin təhlili, ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi, liderlik və natiqlik bacarığı üzrə qabiliyyətlərə yiyələnirlər.
Yerli hökumətin inkişafı (Local government management)
→ İqtisadi inkişaf (Economic development)
→Sosial siyasət (Social policy)
→Ətraf mühitin idarə edilməsi (Environmental management)
Bu kimi  ixtisaslari da ozunde birləşdirir və tələbələrin ictimai və humanitar elmlər, incəsənət, mədəniyyət, riyaziyyat və məntiqi düşüncə bilikləri inkişaf etdirilir.


İxtisasın gələcəyi:

  Azərbaycanda bu ixtisas yeni yaranmış bir ixtisasdır. Beynəlxalq olaraq bu ixtisasda ixtisaslaşmış məzunlara ehtiyac duyulur. Ölkəmizdə siyasi arenada bu ixtisasın gələcəyi parlaqdır.


Universitetlər:

→Bakı Dövlət Universiteti
→Azərbaycan Diplomatik Akademiyası