Dövlət və ictimai münasibətlər ixtisası

Dövlət və ictimai münasibətlər ixtisası

Dövlət və ictimai münasibətlər ixtisası

İxtisasın təsviri

   Dövlət və İctimai münasibətlər ixtisası yeni nəsil dövlət idarəçilərinin, mülki sektorda çalışanların və özəl sektor üçün mütəxəssislərin hazırlanmasına xidmət edir. Bu ixtisaslaşmanın əsas ideyası tələbələrin siyasət təhlili, proqram qiymətləndirməsi, layihələrin idarə edilməsi və s. ilə əlaqəli müxtəlif tapşırıqları yerinə yetirmək üçün lazımi bacarıqlarla qiymətləndirilməsidir.

İxtisasın tarixi 

Dövlət və İctimai münasibətlər ixtisası 2013-cü ildən bəri tələbə qəbulu elan edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  Bu peşə sahiblərinin əsas iş öhdəliyi dövlət və ictimai işlərin müxtəlif sahələrində təcrübə qurmaq məsuliyyətidir.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Diplomatik  Akademiyası;
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  İxtisasın əhatə dairəsi çox genişdir, bu sahə ilə bağlı əsas iş yerlərini  kommersiya məqsədli xidmətlər təklif edən özəl şirkətlər təşkil etsə də, bu ixtisas üzrə kadrlara qeyri-kommersiya tipli, sosial biznes layihələri həyata keçirən şirkətlərdə, dövlət qurumlarında da, ehtiyac olur. Ümumi şəkildə bu ixtisas üzrə fəaliyyət sahələrini aşağıdakı formada qeyd etmək olar:

  • ➝ Məhsul və xidmətlərin istehsalı və yaradılması, istehlakçılara təqdim olunması  fəaliyyəti ilə məşğul olan bütün növ kommersiya və qeyri-kommersiya təşkilatlar və qurumlar;
  • ➝ Banklar, qeyri-bank kredit təşkilatları və digər maliyyə təşkilatları.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar) 

  • ➝ Güclü analitik və ünsiyyət qurma bacarığı;
  • ➝ Yüksək iş qabiliyyəti, sabitlik, çeviklik bacarıqları;
  • ➝ Sistematik düşüncə bacarığı;
  • ➝ Tənqidi düşünmə bacarığı;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Sürətli problem həll etmə bacarığı;
  • ➝ Biznes risklərinin idarə edilməsi , risk menecment bacarıqları;
  • ➝ Excel bilikləri;
  • ➝ Dil bilikləri (ingilis və rus dilləri əsasən).
  • ➝ CRM (müştəri ilə qarşılıqlı əlaqənin avtomatlaşdırılması üçün proqram təminatı) və s .kimi texnologiyalar üzrə biliklər;
  • → Məlumatı dəqiq izah etmək bacarığı, düzgün sual vermək bacarığı;
  • ➝ Təşkilatçılıq bacarığı və  müstəqillik;
  • ➝ Məlumatlarla və tədqiqat fəaliyyət növü ilə işləməyə meyillilik;

İxtisasın gələcəyi 

   İxtisasın əhatə dairəsi çox genişdir. Məzunlar  ixtisas üzrə konkret sahələri seçərək ( maliyyə, marketinq, menecment, risk menecmenti və s.) karyeralarına bu istiqamətdə davam edə bilərlər . Həmçinin sahə üzrə gələcək əmək bazarında tələb olunan kadrlardan olmaq üçün e-kommersiya fəaliyyəti üzrə bilik və bacarıqların artırılması məqsədəuyğun olardı.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq 400-2000 AZN aralığında dəyişir.