Filologiya ixtisası (fars dili və ədəbiyyatı)

Filologiya ixtisası (fars dili və ədəbiyyatı)

Filologiya ixtisası (fars dili və ədəbiyyatı)

İxtisasın təsviri 

   Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Fars dili və ədəbiyyatı filologiyası özlüyündə fars dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

İxtisasın tarixi

   Filologiya fakültəsi 1919 – cu ildə tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq;
  • ➝ Elmi səviyyədə tədqiqatlar aparmaq;
  • ➝ Dilin tarixi haqqda  dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq;
  • ➝ Fars ədəbiyyatını elmi səviyyədə araşdırmaq;
  • ➝ Fars dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq;
  • ➝ Ümumilikdə müqayisəli filologiya da var. Burada fars dili və ədəbiyyatı ilə azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq  lazımdır;
  • ➝ Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  • ➝ Dilçilik üzrə məsləhətlər vermək;
  • ➝ Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması; 
  • ➝ Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • ➝ Elmi sənədlərin və hesabatların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ İlk öncə təbii ki, məzunların biliklərini nəzərə alsaq univeristetlərdə, özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır.
  • ➝ Burada məzunların bilikləri çox böyük rol oyanyır. Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə, bir çox universtetlərdə və ya AMEA-da iş tapmaq imkanları vardır.
  • ➝ Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.
  • ➝ Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ İlk öncə Fars dilinə maraq olmalıdır. Ən azından A1 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə Fars dili bilikləri ;
  • ➝ Fars dili ədəbiyyatına marağın olması;
  • ➝ Yaddaşın güclü olması;
  • ➝ Geniş dünya görüşünün olması;
  • ➝ Yüksək təhlil etmə bacarığı;
  • ➝ Səbirli olmaq;
  • ➝ Söz bazasının olması (fars dili);
  • ➝ Lüğətlərlə işləmək bacarığının olması;
  • ➝ Şifahi və yazılı nitq;
  • ➝ Zəngin təxəyyül;
  • ➝ Analitik düşüncə;
  • ➝ Güclü eşitmə və yaddaş;
  • ➝ Diqqətlilik.

İxtisasın gələcəyi 

   Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir. Məzunlar üçün bir çox sahələrdə iş imkanları mövcuddur (Müəllimlik, Filoloq, Tərcüməçi və s.).

Əmək haqqı

  Universitetlərdə, orta məktəblərdə əmək haqqı minimum 400-600 AZN  başlayır. İxtisas üzrə digər fəaliyyət sahələri üçün isə  məvaciblər müxtəliflik təşkil edir.